Oxatan.com > CızmaQara, bAzNet > Aznet "haydan gəlib, huya gedir?" (və ya "Hardan gəlib, hara gedir?")
Aznet "haydan gəlib, huya gedir?" (və ya "Hardan gəlib, hara gedir?")Aprel 08. Ðàçìåñòèë: Sadig |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Oxatan olaraq oxuduğunuz kimi daim şikayətlənirik. Bizim kimi “qəlbi qaralara” həmişə deyinəcək bir səbəb olur. İndi də istədim biraz statistik rəqəmlərlə və rəsmi məlumatlarla “ox atam”. Düzü mən həmişə ağıllı olmasam da kənardan ağıllı görsənmək istəmişəm ona görə də indi sizdə belə bir təəssürat yaratmaq üçün Azneti iqtisadi aspektdən araşdırmaq istədim. Görəsən niyə hələdə istənilən inkişafı əldə etmək mümkün olmur. Əvvəla onu qeyd edim ki, hiss etməsəniz də indi Azərbaycanın iqtisadiyyatında prioritet inkişaf sahəsi məhz İKT yəni informasiya kommunikasiya texnologiyalarıdır. Üstəlik proitet sahə olaraq 2003-cü ildən elan olunub. Bəs niyə hələ də gözlə görünən inkişaf hiss olunmur? İqtisadçılar demişkən bunun obyektiv və subyektiv səbəbləri var. Yəqin haqlı olaraq Aznet niyə inkişaf etmir sualı səslənəndə ağlınıza ilk olaraq Aznet`dəki istifadəçilərin “istehlak keyfiyyətsizliyi” başqa sözlə istifadəçilərin çoxunun intellektual səviyyəsinin aşağı olması gələcək. Amma bunun başqa səbəbləri də varmı deyə biraz araşdırmağa çalışdım. Bilirsiniz ki, Azərbaycanda bu işlərlə məşğul olan, RİTN – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi var. Bəs görəsən heçmi inkişaf üçün səyy göstərməyib bu qurum? RİTN-nin köməkliyi ilə "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında" və "Telekommunikasiya haqqında" qanunlar qəbul olunub, hansı ki, əgər siz bu sahədə qanuni fəaliyyət göstərsəniz sizə kömək edə bilər. Yəni əgər siz internet mağaza açmaq istəsəniz bu qanunlar vasitəsilə nəsə etməyə çalışa bilərsiniz. Məsələn: Yəqin çoxlarını TV-də axır vaxtlar tez-tez eşidirsiniz ki, artıq vergiləri internet üzərindən ödəyə bilərsiniz. Bax yuxarıda sadalanan qanunlar bu işin təşkilində kömək ediblər. Amma realda bu qanunlar çətin ki, sizə bir sahibkar kimi lazım ola. Niyəsini soruşsanız deyərəm ki, bir sahədə biznes qurmaq istəyən üçün gərək o sahədə münbit şərait ola. Başlamaq üçün sizə sərmayə lazım olacaq, hansı ki, siz banklardan kredit istəsəniz və desəniz ki. “Mən internet saytı yaradaraq internet üzərindən filan pullu xidməti göstərmək istəyirəm” və ya “Mən internet saytı yaradıb yüksək istifadəçi trafiiki əldə edərək internet reklamla məşğul olmaq istəyirəm” sizi ən yaxşı ehtimalla rədd edəcəklər və ya dəli hesab edib mühafizə xidmətindən kömək istəyəcəklər. Əmin olun əgər sizə qarşı nəzakətli davransalar belə və kredit verməyə razılıq versələr belə qarşılaşacağınız faizlər qarşısında özünüz etiraz etmək qərarına gələcəksiniz. Çünki bu elə sahədir ki, sizə ən az 3-5 il möhlət lazım olacaq, bizdə isə təzə başlayan müəssələr üçün ən yaxşı ehtimalda 3 il kredit verilir ki, buda o deməkdir ki, siz işiniz güc bəla sakitləşib bankrot təhlükəsini sovuşduranda bank başınızı kəsdirib yüksək faizlərlə verdiyi və 3 il ərzində yığışıb “hörmətli bir məbləğə” çevrilən borcunuzu ödəmənizi tələb edəcək. Sizdə məcbur olub 3 il qurduğunuz şirkəti satıb (əgər alan olsa) borcunuzu verməli olacaqsınız. Yəni havayı 3 il itirdiniz və əlinizdədə heçnə qalmadı. Yox əgər siz hər işi “yağ kimi ” gedən xoşbəxtlərdənsizsə və 3 ilə istədiyiniz mərtəbəyə qalxıb, yaxşı gəlir əldə edəcəyinizə inamınız varsa və möcüzə gerçəkləşdirib kredit aldınızsa yenə də sevinmək tezdir. Çünki siz bizneslə məşğul olmaq istəyiniz üçün sizin planlarınız birabaşa sizin istehlakçılarınızın vəziyyəti ilə bağlıdır (hələ bürokratik süründürməçiliyi qoyuruq bir kənara). Bir pis xəbər daha... sizin müştəriləriniz də vəziyyəti sizin vəziyyətiniz kimi heçdə ürəkaçan deyil. Çünki onlar da siz tərəfdən göstərilməsi mümkün xidmətlərdən yararlana bilməyəcəklər. Çünki Aznet öz internet qiymətləriylə dünyada “Nömrə 1”dir:
Yazını çox uzatmaq istəmirəm, baxmayaraq ki, kifayət qədər məlumat var. Əgər əsəbləriniz möhkəmdirsə buradan statistik göstəricilərlə tanış olub Aznetin inkişaf tempini görə bilərsiniz. Arada bir məlumatlar arasıdna RİTN-nin inkişaf var sözünü görsəniz bilin ki, “Azərbaycanda olan telefon aparatlarının sayının artımı” nəzərdə tutulur. |