Oxatan.com > bAzNet > Tələbə saytı
Tələbə saytıAprel 07. Разместил: Sadig |
|
Yeni bir sayt açılıb, hansı ki, kontenti tamamilə tələbələrə yönələcək. Yəqin hamınız bilirsiniz ki, TQDK-nın son qərarından sonra artıq tələbələr könüllü sürətdə olmasalar da internetdən istifadəni öyrənməli olacaqlar. Göürünür belə bir saytın yaranmasının da indiyə təsadüf etməsi, təsadüfən olmayıb. Saytın ünvanı Telebe.az`dır. Bu sayt barədə MediaForum-da gördüm. Sayt haqqında yazılmışdı ki,
Yeni informasiya resursunda bir sıra mövzular barədə məlumatlar yerləşdiriləcək: Azərbaycanda və dünyada tələbə həyatında baş verən ən son hadisələr, ölkədə və xaricdə keçiriləcək seminarlar, treninqlər barədə əvvəlcədən məlumat, xarici ölkə səfirliklərinin təşkil etdikləri tələbə mübadilələri, xaricdə təhsil və iş imkanları barədə ən dolğun və operativ məlumatlar, Təhsil Nazirliyi və Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının qərarları, qanun layihələri və gələcək planları barədə məlumatlar. Düzü mən özüm ətraflı araşdıra bilmədim saytı, amma gəzinəndə aydın oldu ki, sayt bir növ "tələbə xəbərlərindən" ibarətdir. |