Aprel 05
bAzNet : Tələffüz lüğəti
Saytımızın istifadəçilərindən birinin bizə haqqında məlumat verdiyi Forvo haqqında söhbət açacağıq. Başlıqdanda göründüyü kimi saytı tələffüz lüğəti adlandırmaq olar. Yazılmış sözlərin tələffüz formalarını buradan tapmaq olar. Sayt çox yenidir. Qeydiyyatı mart ayında olub. Buna baxmayaraq artıq 177 dildə söz tapmaq olar. Mən baxdığım anda saytda 3166 söz və bunların 3186 səsləndirilməsi mövcud idi. Səsləndirmələrin sayının sözlərdən çox olduğuna diqqət yetirsək, hər hansı sözə bir dənədən daha artıq tələffüz qaydası əlavə etmək olduğunu hesab etmək olar. Azərbaycan dilində isə hələki 43 söz var. Bu da sayt haqqında bizi xəbərdar edən istifadəçinin əlavə etdiyi sözlərdir. Sayt beta versiyada fəaliyyət göstərir. Qısa zamanda bu qədər çox sözün yığılması isə saytın müxtəlif istiqamətlərdədə inkişaf etməsinə və papulyarlığının daha da artmasına zəmin yaradır. İrəliləyən aylarda birlikdə bunun şahidi olacağıq.
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.



