Aprel 04
bAzNet : Sosial şəbəkələrdən xəbər.
Artıq tez-tez haqqında xəbərlər eşitdiyimiz sosial şəbəkələr son zamanlarda ən reytinqli internet saytlarından olmağa başlayıblar. Dünyada gedərək artan sosial şəbəkələrlə birlikdə, illərdir mövcud olanlar isə daimi yeniliklər edərək öz istifadəçilərini artırmağa çalışırlar. Əlbəttə istifadəçi artımı maddi vəziyyətin yaxşılaşmağına işarədir. Gedərək öz papulyarlığını artıran Facebook artıq maddi vəziyyətini daha da yaxşılaşdırmağa doğru gedir. Beləki, Hutchison Whampoa telekommunikasiya şirkətinin rəhbəri Li Ka-Şinq, Facebook sosial şəbəkəsinə 40 milyon dollar sərmayə qoyubdu. Sözü gedən sahibkar bundan əvvəldə 60 milyon dollarlıq yatirim etmişdi. Onun yatırımı cəmi 100 milyon dollardır və bunun artacağını deyir.
Sosial şəbəkə bazarında lider olan MySpace isə yeni xidmət istifadəyə vermək niyyətindədirlər. Bunu şirkətin nümayəndələri qeyd edib. Onların dediyinə görə ödənişli online musiqi xidməti yaratmaq niyyətləri var. Bu xidmət, musiqiyə aid - konsert biletlərindən tutmuş musiqi fayllarınadək hər şeyi satmaq üçün nəzərdə tutulub. MySpace bu işdə Vivendi SA’s Universal Music Group, Sony BMG Music Entertainment və Warner Music Group Corp şirkətləri ilə birgə işləyəcək. Gəlirli işdir. Bir müddət əvvəldə Facebook Mars ilə əməkdaşlığa başlamışdı.
Bir digər xəbər isə Murat Aktihanoğlu adlı bir türk yaratdığı Unype.com adlı sistemdir. Sistem açıldığı 7 həftə ərzində 11.000`dən artıq üzvə çatıbdı. Fikrimcə bu kifayət qədər yüksək göstəricidir. Sistemin əsas məqsədi isə Google Maps, Google Earth, MS Virtual Earth (PC, Mac, Linux, iPhone, Android, RIM) və digər sistemlər vasitəsilə bir çox sosial şəbəkələrdə olan dostlarınızın yerini sizə göstərməkdir. Hələki Facebook, Bebo, Orkut, Ning, Hi5, MySpace, Twitter kimi sistemlərdəki üzvlər haqqında məlumat əldə etmək olur. Ancaq bunun dahada artacağı bildirilir. Proyektə Yahoonun istifadəçi təcrübələri üzrə rəhbəri Michael Hoch# məsləhətçilik edir.

Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.