Oxatan.com > bAzNet > 2008-ci ilin sonuna kompüter viruslarının sayı 20 milyonadək artacaq
2008-ci ilin sonuna kompüter viruslarının sayı 20 milyonadək artacaqAprel 03. Ðàçìåñòèë: Shaig M |
|
Bu və ya başqa dərəcədə kompüterlərə ziyan vuran viruslarının ümumi sayı 2008-ci ilin sonuna 20 milyonadək artacaq. 2007-ci ilin göstəriciləri ilə müqaisədə ziyankar proqramların sayı 10 dəfə çox olacaq. Bundan əlavə ilin sonuna elektron poçt qutularına daha çox spam gələcək. Artıq indidən, məktubların ümumi sayının 80%-ni spam təşkil edir.
“Kasperski laboratoriyası”dan bildiriblər ki, 2008-ci ilin yekunlarına əsasən kompüter virus növlərinin miqdarı 10 dəfə artacaq. Qeyd edək ki, 2006-cı ilin məlumatları ilə müqaisədə, 2007-ci ildə virusların sayı 4 dəfə cox olub. 2007-ci ildə internetdə 2.2 milyon yeni virus peyda olub. Bu virusların ümumi həcmi 354 GB təşkil edib. Analitiklərin 2008-ci ildə kompüter viruslarının nənki çoxalacağını, hətda onlarla mübarizənin daha da mürəkkəbləşəcəyini proqnozlaşdırırlar. Kompüteri belə viruslarla yoluxdurmaq asan, mübarizə etmək isə olduqca çətin olacaq. |