Aprel 03
bAzNet : Netty2008`in press relizi
Bu gün "Netty 2008" milli internet mükafatının press relizi
yayımlanıbdı. İstədimki bunu siz oxuyucularlada bölüşəm. Nəsə bu
mükafatlandırma ötən illərdən elə imic formalaşdırıbdıki məndə, nə
desələr nə yazsalar elə bilki adama batır. Sözləri və açıqlamaları
olduqca qeyri ciddi gəlir. Görək bu il necə olacaq. Nəsə heç cürə
yüksək səviyyəyə nə bilim böyük inkişafa ümidim yoxdur. Təşkilatçıların
açıqlamalarıda adama qeyri səmimi və doğrudan uzaq kimi gəlir. İndi
açıqlamaları sizinlədə bölüşüm. Bəlkə dediklərimi beləcə daha rahat
başa salmaq olmar. Press reliz üçün ətraflı oxuyaq:
Azərbaycanın Milli İnternet Mükafatı olan NETTY-2008 müsabiqəsində iştirak etmək üçün veb-saytların qeydiyyat prosesi davam edir. Aprelin biri tarixinə artıq 230 veb-sayt müsabiqədə iştirak məqsədilə sorğu göndərmiş ki, bunların da 200-ü müsabiqəyə buraxılmışdır. Digər saytların kənarlaşdırılması isə iştirakçıların qeydiyyatdan yanlış keçməsi və NETTY-2008 müsabiqəsinin qaydaları ilə uyğun gəlməməsi ilə bağlıdır. Ən çox iştirakçı-saytlar əyləncə və korporativ sahəni təmsil edirlər. Həmçinin idman və mədəniyyət haqqında olan saytları da qeyd etmək yerinə düşər.
İştirakçıların qeydiyyat prosesi ilə yanaşı olaraq, həmçinin virtual jüri üzvlərinin qeydiyyat prosesi də fəal şəkildə davam edir. Xatırlatmaq lazımdır ki, müsabiqənin qaydalarına əsasən, jüri üzvləri ilkin mərhələdə ən yaxşı finalçıları seçəcəklər. Bu günə qədər 161 nəfər jüri üzvü qeydiyyatdan keçmişdir.
Təşkilat Komitəsinin sədri Ruslan Novruzovun sözlərinə görə, bu il İnternetin Azərbaycan zonasının iştirakçları daha fəaldır, və bu da Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişaf etməsinin əyani sübutudur. Cənab Novruzov qeyd etdi ki, NETTY mükafatı Azərbaycanda İnternet durumunun real şəkildə nəzərdən keçirilməsi üçün Azərbaycan saytlarının illik baxışına çevrilməkdədir. “Həm dizayn, həm də kontent ilə bağlı problemlərin mövcud olmasına baxmayaraq, müvafiq inkişaf hiss olunur və bu da bizi sevindirir”, deyərək cənab Novruzuv öz sözlərini yekunlaşdırdı.
Qeyd etmək lazımdır ki, NETTY müsabiqəsinin keçirilməsinin məqsədi qlobal İnternet şəbəkəsinin Azərbaycan seqmentinin, milli informasiya resurs və xidmətlərinin inkişafından, hökumət və ictimai təşkilatların, həmçinin biznes birliklərin diqqətlərini İnternetin sosial və iqtisadi inkişafa istiqamətlənən real və səmərəli alət kimi hökümət səviyyəsində istifadə etmək imkanlarına cəlb edilməsindən ibarətdir.
NETTY2008 çərçivəsində müəyyən nominasiyalar üzrə 11 ən yaxşı milli saytlar seçiləcəklər. Ilk dəfə olaraq, bu il “Ana dili” və “Ən yaxşı dizayn” adlanan həvəsləndirici mükafatlar veriləcəklər.
Qeyd etmək lazımdır ki, cari ildə Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları, Mədəniyyət və Turizm, Gənclər və Idman Nazirlikləri sözügedən tədbirin keçirilməsinə təşkilati dəstək göstərmişlər. Tədbirin baş sponsoru ənənə üzrə ölkənin aparıcı telekommunikasiya operatoru AzEuroTel şirkətidir, rəsmi partnyoru - HP korporasiyasıdır, sponsoru - İntrans şirkətidir; informasiya dəstəyini isə www.e-azerbaijan.info, Renley, ITMagazine və Internet News qəzeti kimi KİV-ləri həyata keçirəcəklər.
Burada sədr Ruslan Novruzov deyibki bu ilki fəalliq guya internetimizin inkişafı ilə əlaqədardır. Məndə deyərdimki ay hörmətli sədr, siz saytları qəbul edəndə baxmırsız içinə? Bunun harası inkişafdır. Elə misal üçün qeyd etdiyiniz ən fəal bölmə olan Əyləncəni ələ alaq. ( əvvəla onu deyimki bu bölmənin belə fəal olmasına səbəb kateqoriya qıtlığıdır. Kimki görür saytı digər kateqoriyalara uyğun gəlmir buraya qeyd edir saytın ) Deməli bölmədə 39 sayt qeydiyyatdan keçib mən baxdığım tarixə. Bu saytlardan yalnızda 18`i DLE üzərində qurulubdu və 17`si ( bizim blogdan başqa ) özünü əyləncə portalı adlandırır. Yəni bu 17 saytı 1 dənə də hesab etmək olar. Ona görəki kontent etibarı ilədə bir - birindən fərqlənmirlər. Burada isə ümumi olaraq kontent olaraq bir-birindən fərqlənməyən 21 sayt var. Yəniki hətta xəbərləri belə bəzən nüsxələyərək hərə öz saytında yerləşdirir ( həmin bu bizim dediyimiz kontent atışı ). Deməli necə oldu? 19 sayt mübarizə aparırki hətta bunlardanda yüksək keyfiyyətlisi o qədərdə çox deyil. Bunu isə internetimizin inkişafı kimi qiymətləndirmək olmaz. Kəmiyyət heçdə keyfiyyətə dəlalət etmir. Əgər yenilik yoxdursa inkişafdan söhbət etmək yersizdir. Əgər kəmiyyət keyfiyyətə dəlalət etsə idi ( şou əhlindən misal gətirirəmki söhbətin nədən getdiyini hamı başa düşsün), müğənni Rəqsanə ən səviyyəli müğnnilərimizdən idi. Amma belə deyil axı....

Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.