Oxatan.com » bAzNet » Spamın 15 yaşı tamam oldu

Aprel 02

bAzNet : Spamın 15 yaşı tamam oldu

Ustune dinqildat.

Ötən yazılarımızdan birində e-mailin memarının spam haqqındakı sözlərinə yer vermişdik. İndi də bir az spam haqqında.
Martın 31-də internet-istifadəçilər üçün xoşagəlməz spamın 15 yaşı tamam oldu. Ciddi desək, spam özü elə təxminən internetlə eyni vaxtda yaranıb. Lakin  "spam" termini məhz 15 il bundan öncə istifadə edilməyə başlanılıb.
Araşdırma şirkətlərinin hesablamalarına görə poçt trafikinin 80% -dən 95%-dək məhz şübhəli əmtəənin, sayt və xidmətlərin reklamını əks etdirən zibil elektron məktublar təşkil edir.
Əvvəllər  "spam" termini, çatlara, forum və elektron lövhələrə reklam xarakterli məktubların kütləvi ötürmələrini ifadə etmək üçün istifadə olunurdu. Lakin 90-cı illərin ortalarında spamın elektron ünvanlara axını başladı.
Spamhouse ( spam evi) online-xidmətin informasiya təhlükəsizliyi şöbəsinin baş mütəxəssisi Riçard Koks deyir: - “Bu gün spamın elektron poçt şəbəkələrində artımı, eyni zamanda istifadəçilər üçün riskin artımı deməkdir. Spamın mövcudluğu elektron poçtdan etibarlı kommunikasiya aləti kimi istifadəni şübhə alrına alır.”
Spamhouse verdiyi məlumatlara əsasən, spamın əksəriyyəti ABŞ, Çin və Russiyadan yayılır. Xidmətdə həmçinin deyilir ki, spamın kökünü qısa müdət ərzində kəsmək olar. Lakin buna hökumətin lazımi dəstəyi vacibdir.
Statistikaya görə, dünyada 80% spama 2000 adam cavabdehdir. Mübarizəni çətinləşdirən səbəb spamerlərin spamı yayarkən öz kompüterlərindən istifadə etməməsidir.


Subscribe      Qaynaq - RİTN MHM.

Tags: Spam mail forum chat 15

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Runet məktublarının 90%-i spamdır
  • 2008-ci ilin sonuna kompüter viruslarının sayı 20 milyo ...
  • E-mail`in memarından...
  • Təhlükəli saytlar...
  • Aznetdə yeniliklərdən...





  • Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: