Oxatan.com » bAzNet » Xəbəriniz var?!

Aprel 01

bAzNet, TaxNo : Xəbəriniz var?!

Ustune dinqildat.

Yəqin hamınız uşaq və buz şerin xatırlayırsız, orda uşaq buaz deyirdi ki, "yaz gələr artar qəmin....". İndi onun sözü olmasın bu yaz gələndən sonra biraz problemlərlə bağlı olaraq Oxatan blogun bütün ağırlığı bizim bu Oxchu qardaşın üzərinə düşmüşdü. Bir qədər olar ki, oxumaqla kifayətləndiyim internetdə vaxt tapan kimi məndə əlimə klaviyatura alıb 1-2 kəlmə yazmaq istədim. "Manıs"lar demişkən görüşünüzə əliboş gəlməmişəm. Təzə məlumatlarım var. İki xəbər və bir bildirişim olacaq. Başlayaq ən pisindən....
Gözünüz aydın hər şeyin bahalaşdığı bir vaxtda artıq domain qiymətləri də bahalaşacaq. 2008-ci ilin martın 27-də məlum olub ki, .com və .net, domen məkanlarının administratoru, tanınmış VeriSign şirkəti, sözügedən məkan daxilində domen qeydiyyatı qiymətlərini qaldıracaq. Bu, ICANN ilə razılaşma əsasında baş verəcək.
Şirkətdən bildiriblər ki, yuxarıda adları çəkilən domen məkanlarında qeydiyyatın məbləği .com-da 6.86 dollar, .net-də isə 4.84 dollar təşkil edəcək. Dəyişikliklər 1 oktyabr 2008-ci il tarixindən qüvvəyə minəcək. Əgər siz domain`inizi yerli hostinq saytlarından alırsınızsa bu qiymətlər sizin gözünüzə tamam başqa cürə görünəcək.
Oxatan İkinci xəbərim isə biraz qəribədir. Deyilənə görə artıq qadın cazibədarlığına heç bir hissi olmayan kompyuterlər qərar verəcək. Beləki İzrail riyaziyyatçıları qadınlardan hansının cazibədar hansının isə cazibadər olmadığı barədə düşünməkdən yorulublar və artıq bu işidə kompüterlərin öhdəsinə buraxmağa qərar veriblər. Proqramistlər xüsusi bir proqram işləyib hazırlayıblar. Proqram təminatçıları bunu süni intellektin bir növü kimi qələmə verməyə çalışıblar. Deyilənə görə bənzər bir proqramla kişilərin də gözəgəlimliliyini ölçmək olarmış amma kişilərin cazibədarlığı anlayışı onların fikrincə bir o qədər də konkretləşməyib. Amma məncə bu proqramın niyə məhz qadınları qiymətləndirdiyini anlamaq üçün bilmək lazımdır ki, proqramın yaradıcısı Amit Kagian özü kişidir. O, Tel-əviv universitetinin tələbəsidir. Deyilənə görə o bu fikrə "Müasir psixoloji araşdırmalar sübut edir ki insanların cazibədarlıq qiymətləndirməsi eynidir" məqaləsinin oxuyandan sonr düşüb. Elə ideyanın əsasını da bu fikir təşkil edir. Proqram insanın üzünü bir neçə hissələrə bölərək öncədən bazasına əlavə olunmuş məlumatlarla - inansanların cazibədarlıq haqqında fikirlərilə müqayisə edir və nəticə çıxarır...
Bildirişim isə yazımın başlığından da göründüyü kimi " Xəbəriniz var?" sualı ilə bağlıdır. Oxatan olaraq yerli internet resurslarımısın ciddi atılımları barədə sizlərə bildirməyə çalışırıq və şərhlərdən də belə başa düşdüm ki, ən çox marağa səbəb olan müzakirə mövzuları da məhz "özümüzünkülər" barədə olanlardır. Belə ciddi layihələr barədə "Xəbər Darlığı" yaşayırıq. Yəni əgər sizin bildiyiniz bir yenilik filan olsa bu barədə yaz sayt sahibisinizsə özünüzü yazaraq bizə göndərin və ya şərhlərdə bildirin özümüzü ziyarət edib qiymətləndirək. Əvvəlcədən deyim ki, hər sayt adıyla açıb camaata "atış gəlinən" DLE`lər bizim üçün xəbər dəyəri daşımır.


Subscribe      Qaynaq - Oxatan.

Tags: computer qadın cazibə bahalıq domain

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Rek - lam - lar ....
  • Aznetin “püfff” nöqtələri.
  • Google özünə rəqib yetişdirib
  • Aznetin “püfff” nöqtələri #2 .
  • Aznet "haydan gəlib, huya gedir?" (və ya "Hardan gəlib, h ...
  • #1 yazdı: Yasin




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Melumatlara göre sağol! :-)
    sitat gətir    

    #2 yazdı: Ra




    Qrup: Qonaq
    Qeydiyyat: --
    DLE söhbəti ləzzət elədi.
    sitat gətir    

    #3 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Ra
    DLE söhbəti ləzzət elədi.


    düz söz əksərən adama xoş təsir edir =)
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: