Aprel 01
bAzNet : Shine.Yahoo.com

31 martdan etibarən Yahoo həvəskarları yeni bir xidmətdən daha istifadə etmə imkanı qazanıblar. Bu xidmətin ərsəyə gəlməsinə son zamanlar aparılmış araşdırma nəticələri səbəb olub. Hesablamalardan belə məlum olub ki, real həyatda olduğu kimi virtual dünyada da xanımlar online mağazalardan daha çox istifadə edirlər. Buradan da aydın olur ki, reklam bazarı daha çox qadınlara yönələcək. Belə bir araşdırmadan öz lehinə istifadə etməyə qərar verən Yahoo yeni xdməti olan Shine`ı istifadəyə verib. Sayt barədə onu deyə bilərəm ki, lazımınca sadədir və bir növ bloqları xatırladır. Amma saytın yazıçı kütləsi olduqca geniş və daim yenilənən bir kontentə sahib olacağının söylənməsi sayta olan marağın yüksək həddə olacağından xəbər verir. Saytın bölmələri arasında qadınların iş həyatı, ailə həyatı, uşaqların tərbiyəsi, cinsi əlaqə və buna bənzər mövzuları əhatə edəcək başlıqlar yer alacaq.
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

