Oxatan.com > bAzNet > Barcamp Azərbaycan

Barcamp Azərbaycan


Mart 22. Ðàçìåñòèë: Shaig M
Nəhayət deyəsən inkişafa doğru qədəm qoyuruq. Son vaxtlarda BarCamp Azərbaycan yaradılıbdı. Barcamp Azərbaycan haqqında indi ətraflı danışacağıq. Əvvəla onu deyimki MDB və Baltikyani ölkələrdə indiyə qədər yalnız iki Barcamp təşkil olunub: Kiyev və Riqa Barcampları. Riqa Barcampında Azərbaycandan 5 iştirakçı iştirak edib. Bu iştirak edənlərdən Alievin öz dilindən Barcamp haqqında oxuya bilərsiniz. Bu ay isə Azərbaycanda, Riqa Barkampının təşkilatçıları Bakıda martın 27-də "Barkamp", "Barkamp Qafqaz" , "Barkampın əhəmiyyəti" haqqında məlumat verəcəklər. Ətraflı məlumatı BarCamp Azərbaycan saytından ala bilərsiniz. İndi də Barcam haqqında ətraflı...

İnformasiya Texnologiyaları və Müasir Media sahələrinə həsr olan

BarKamp qeyri-konfransları, Gürcüstanda keçiriləcək

BarKamp Qafqazda iştirak haqqında

SEMİNAR

 

BarKamp nədir?

BarKamp (BarCamp) qeyri-konfransı (onun qeyri-rəsmi, mehriban ah-havasını vurğulamaq üçün qarşısına “qeyri” sözünü əlavə edirik) İnternet texnologiyaları, İnternet resursları, Müasir Media, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edir. Bu unikal qeyri-konfrans məhz iştirakçıların özləri tərəfindən hazırlanan açıq təqdimatlardan, mühazirələrdən, hesabatlardan, master-qruplardan və digər sessiyalardan ibarətdir.

Tədbirin məqsədi informasiya texnologiyaları və yeni medianın bütün ölkələrində inkişafını stimullaşdırmaq, təcrübə mübadiləsinə, səhvlərin analizi və münasib həll yollarının tapılmasına yardımçı olmaq, iştirakçı mütəxəssislər arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlıq mühiti və yeni medianın ümumi görünüşünün formalaşdırılması, birgə layihələrin, o cümlədən beynəlxalq layihələrin inkişafını asanlaşdırmaq, dünyada qeyri-kommersiya layihələrinin (Creative Commons, Global Voices Online, Wikipedia, NewsAssignment və s.), həmçinin vətəndaş jurnalistikasının inkişafına töhfə verməkdir. BarKamp güclü fikir və təcrübə mübadiləsi ilə müşayiət olunur, bir çox yeni layihələrin başlanmasına, “start-up”-lara səbəb olur –   BarKamp çərçivəsində investorlar və fondlar ən maraqlı sosial və ya kommersiya layihələrinə maraq göstərirlər.

Hal-hazırda BarKamplar Dünyanın bir çox yerlərində keçirilir. Bu haqda daha geniş məlumatı www.barcamp.org saytında əldə edə bilərsiniz. MDB və Baltikyanı ölkələrdə ilk BarKamp ötən il Ukraynada, ikincisi isə bu il Riqada (www.barcamp.lv) keçirilmişdir. Azərbaycanda bu ənənəni yeni yaradılmış “BarKamp Azərbaycan” davam etdirəcəkdir. Ətraflı məlumat www.barcamp.az, müzakirələr isə http://network.barcamp.az ünvanındadır.

Seminarın keçirilməsində məqsəd

BarKamp Azərbaycan tərəfindən təşkil olunan, 27 mart 2008-də keçiriləcək bu seminarın məqsədi BarKamp formatlı qeyri-konfransla maraqlananları məlumatlandırmaq, Azərbaycanda BarKamp hərəkatını sürətləndirmək, informasiya texnologiyaları, yeni media, wap və web texnologiyaların, vətəndaş jurnalistikasının inkişafına dəstək olmaq, BarKamp Qafqazda Azərbaycanlıların inkişafını təmin etməkdir. Mühazirəçilər  Riqa BarKampını (www.barcamp.lv) təşkil etmiş mütəxəssislərdir.

Kimlər bu seminarda iştirak edə bilər?

  • Müasir Media ilə işləyənlər və maraqlananlar;
  • İnformasiya texnologiyaları ilə işləyənlər və maraqlananlar (İnternet saytları hazırlayanlar və s.)
  • Bloqqerlər;
  • Fəal gənclər;
  • Jurnalistlər;
  • Aktiv internet istifadəçiləri.
  • BarKamplarla maraqlanan hər bir şəxs. J