Oxatan.com » bAzNet » MyXazar.com - yeni community fəaliyyətə başladı

Mart 22

bAzNet : MyXazar.com - yeni community fəaliyyətə başladı

Ustune dinqildat.

Sosial şəbəkələrin dünyada reytinqləri alt üst etdiyi vaxtda Azərbaycan internetində də sosial şəbəkələr yaranır. Əvvəldə xəbər vermişdik. İlk olaraq www.azcomonline.net yarandı. Ardından emi.az sosial şəbəkəsi. Növbəti olaraq isə Myxazar.com sosial şəbəkəsi. Sayt adının oxşarlığından da görsəndiyi kimi Xaza.com`a məxsus servisdir. Xazar`ın rəsmi blogunda verilmiş məlumata görə sistem tam fəaliyyətdə deyil, test rejimində işləyir. Gələcəkdə sistemin inkişaf etdiriləcəyi vurğulanır. Sistem tam fəaliyyətə başlamasada kifayət qədər geniş və funksionaldır. Ad və servis seçimlərində MySpace`ə bənzədildiyini göstərir. Elə saytın adının yazı tərzidə bunu deməyə əsas verir. Sistem iki dildədir. Azərbaycan və İngilis dilində fəaliyyət göstərir. Rəsmi blogdan oxuduqda sistemdə olan funksiyalar haqqında ətraflı məlumata sahib olmaq mümkündür. Ancaq son zamanlarda açılan bu sistemlərə nə dərəcə marağın olacağı isə müəmmalıdır. Bir növ böyüklər üçün oyuncaq funksiyası daşıyan sosial şəbəkələr Azərbaycanda nə qədər maraqla qarşılanar sual altındadır. Hər halda bizim internet istifadəçilərinin istifadə səviyyəsi heç də hamsının böyüdüyünü deməyə imkan vermir.


Subscribe      Qaynaq - Oxatan.

Tags: my xazar .com community sosial şəbəkə shebeke

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Növbəti sosial şəbəkə.
  • MySpace sosial şəbəkəsi dizaynı dəyişib
  • Bizdə olanlar
  • Facebook öz şəbəkəsinin rus dilli versiyasın& ...
  • Sosial şəbəkələrdən xəbər.
  • #1 yazdı: Rəşad Əliyev




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Görək nə olur bu şəbəkələrlə.

    Qeyd: Məqalədə qrammatik səhvi düzəlt. Mən bilən Sosyal yox Sosial yazılmalıdır.
    sitat gətir    

    #2 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Rəşad Əliyev
    Mən bilən Sosyal yox Sosial yazılmalıdır.


    Sən bildiyin elə doğru imiş. geniş araşdırdım sosial olaraq yazılır. Türkcədə sosyal `dır. düzü bu cür sözlərdə olan səhvlərimə ən böyük səbəb qəzetlərdir. Əvvəllər əksərən hansı sözün düzgün yazıldığını bilməkdən ötəri qəzet səhifələrini vərəqləmək kifayət edirdi ancaq indi tam əksinədir. Buna görə mən uzun müddət kompüteri "kompyuter" olaraq yazmışam. Çünki əksər qəzetlərdə belə görmüşdüm. Sonradan bilmişdimki düzgün yazı forması kompüter imiş =(


    Sitat: Rəşad Əliyev
    Görək nə olur bu şəbəkələrlə.


    Ümid edirəmki yaxın gələcəkdə nəsə alınar...
    sitat gətir    

    #3 yazdı: TinBala




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Əvvəla onu deyim ki, yuxarıdakı saytlar profisional şəkildə hazırlanmayılb, sadəcə əldəqayırma kimi bir şeydir. Mən AzNetdə daha çox öz dilimizdə və səliqəli olan layihələrə üstünlük verirəm. Rus və digər dildə olan saytların AzNetə heç bir dəxli yoxdur! Xazar.com heç bir saytı məndə açılmır. (Almaniyadan qatılıram) Ona görə də proxy ilə girirəm.

    MyXazar.com domain seçimini bəyənmədim. Milli sayt olacaqsa milli sözlərimizdən istifadəsini üstün tuturam. Saytın scripti babatdır, quruluşu sadədir. Ümidvaram istənən səviyyədə inkişaf etdirilər. Amma açılan kimi saytn dilinin ingiliscə olması mənə görə yanlışdır. Hər halda uğurlu və mübarək olsun.

    O ki, qaldı "kompyuter" sözünə bizim dildə elə "kompyuter" olaraq yazılır. Azərbaycan dilinin izahlı Lüğəti adlı kitabda bu cür qeyd olunub.Buradan Buradan 346-cı səhifəyə baxa bilərsiniz. Aşağıda şəkil qoyuram.

    <img src="http://img505.imageshack.us/img505/9167/98659870if4.png" />

    Ona görə də elə düz yazmısan, sadəcə yuxarıda verdiyim linklə bunu bilmək olar. Qəzet sahəfilərində yüzlərlə səhvlər var, onlara istinad düzgün deyil. "Sosial" sözü də "sosial" olaraq yazılır. uğurlar!
    sitat gətir    

    #4 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: TinBala
    O ki, qaldı "kompyuter" sözünə bizim dildə elə "kompyuter" olaraq yazılır.


    Ancaq polyglot və dilmanc kimi tərcümə maşınlarında kompüter kimi yazılır. indi kima hansı yazıya inanasan adam özüdə çaş baş qalır =(...

    Sitat: TinBala
    Xazar.com heç bir saytı məndə açılmır.

    ola bilsin hansısa səbəbdən istifadə etdiyiniz provayder girişi məhdudlaşdırılıbdı. Tinsohbeti saytına da ( adınızın TinBala olduğunu görüb ehtimah edirəmki həmin saytın sizinlədə əlaqəsi var ) Azərbaycandan məhdudlaşdırlma var =(. Olsunki hansısa səbəbi var.

    domain və dil seçiminə isə rəsmi açıqlama gələrsə daha aydın olardı.
    sitat gətir    

    #5 yazdı: TinBala




    Qrup: Qonaq
    Qeydiyyat: --
    "Polyglot və dilmanc" rəsmi deyil, mən verdiyim lügət isə rəsmi Azərbaycan dilinin izahlı lüğətidir. Elə mənim fikrimə görə də "kompyuter" yazılmalıdır! Ki, o cürdür. Ona görə də çaşbaş qalmağa dəyməz smile

    Tin Söhbəti saytının idarəçisiyəm, bəli. Saytın Azərbaycanda açılmamasına səbəb orda "block", qadağan olunmasıdır. Proxy sayları vasitəsiylə girilir. Və ya kompyuterinizdə DNS dəyişməklə bütün yasaqlı saytlara girmək mümkündür.
    Amma xazar.com buralarda açılmamasını anlamadım. DNS də deyişdirdim yenə olmadı. Çox güman ki, Azərbaycan provayderlərinə açıqdır saytlar.
    sitat gətir    

    #6 yazdı: Shaig Muradov




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Sitat: Rəşad Əliyev
    Görək nə olur bu şəbəkələrlə.


    İnşa Allah gələcəkdə ediləcək əlavə və dəyişiklərlə daha yüksək yerlərə gətirməyi istəyirik...

    Sitat: TinBala
    Xazar.com heç bir saytı məndə açılmır. (Almaniyadan qatılıram) Ona görə də proxy ilə girirəm.


    Serverə bəzi provayderlərdən göndərilən gərəksiz, artıq connect sayı ( ping ) olduqda sistem tərəfindən avtomatik olaraq block edilir ( bəzən proxy saytları belə block edilmiş IP`lər sırasında olur ) . Local olaraq Azərbaycandakı provayderlərin IP`ləri nəzarətdə saxlanırlaraq vaxtaşırı blocklar götürüldüyü halda digər ölkələrin IP`lərinə olan blocklar əksərən gec götürülür və ya heç götürülmür. Bu səbəbdən istifadə etdiyiniz provayder IP`si blockda olduğundan sayta normal giriş edə bilməməniz ehtimalı var. Ancaq bu bütün Almaniyanı əhatə etmir. Saytımızın daimi userləri arasında Almaniyadan olanlar var. İstər forum istərsədə digər userlər arasında.

    Sitat: TinBala
    MyXazar.com domain seçimini bəyənmədim. Milli sayt olacaqsa milli sözlərimizdən istifadəsini üstün tuturam.


    Domainin isə bu tip seçilməsinə səbəb onun Xazar.com saytına məxsus olduğunu bildirmək üçün edilmişdir. Fikrimizcə "Mənim Xazarım" domaini kifayət qədər qısa deyil. Bu səbəbdən "my" başlanğıcından istifadə eləmişik. Əslində ilk əvvəl sadəcə olaraq my.xazar.com olaraq saytı hazırlamaq fikrimiz var idi ( Мой мир kimi etmək ). Ancaq bu halda userlərə ayrılacaq adreslər uzanırdı və gələcək planlarda hazırlayıb inkişaf etdirməyi fikirləşdiyimiz sub kateqoriyalara ayrılacaq subdomainlər artıq daha çox mərtəbəli olacaqdı. Bu səbəbdən konkret olaraq adı MyXazar.com olaraq seçdik. Xazar`ın blogunda bildirdiyimiz kimi bu tam versiya deyil. Əslində Azərbaycan internetində sosial şəbəkədən hər bir insanın istifadə edə bilməyəcəyini düşünərək ( təəssüfki bu faktdır ) indidən istifadəçiləri sistemə alışdırmaq məqsədi ilə daha tez efirə verilmişdir sayt. Biz sistemi inkişaf etdirdiyimiz vaxt ərzində isə indiki sistemdə olan çatışmamazlıqları görmək üçündə bu daha yaxşı yoldur deyə fikirləşdik.

    Sitat: TinBala
    Amma açılan kimi saytn dilinin ingiliscə olması mənə görə yanlışdır.

    Saytın açılış dilinin İngilis dilində olması isə bir sıra səbəblərə görədir.Saytın tamamilə tərcümə olunmaması, bəzi terminlərin istifadəçilər tərəfindən İngilis dilində daha rahat qavranılmış olması, axtarış sistemlərinə rahat düşmək imkanı və s. Ancaq irəliləyən vaxtlar ərzində dil seçimini çoxaltmaq və açılış dilini Azərbaycan dili etmək fikrimiz var.


    Sitat: TinBala
    Əvvəla onu deyim ki, yuxarıdakı saytlar profisional şəkildə hazırlanmayılb, sadəcə əldəqayırma kimi bir şeydir. Mən AzNetdə daha çox öz dilimizdə və səliqəli olan layihələrə üstünlük verirəm.


    Əgər bu iradlar arasında konkret olaraq bizim layihəyə qarşı fikriniz varsa cavablandırmağa çalışarıq.
    sitat gətir    

    #7 yazdı: Rəşad Əliyev




    Qrup: Qonaq
    Qeydiyyat: --
    profisional - peşəkar
    kompyuter - rusca yazılıq, Azərbaycanca kompüter yazılır. компютер.

    http://www.aliev.info/aliev-blog-12.03.2008-29.html Məqaləmi oxu.

    Hər halda bu çoxdan Kopüter kimi qəbul edilib. Müxtəlif lüğətlərdə isə bunu müxtəlif cür yazırlar.
    sitat gətir    

    #8 yazdı: pero




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Üzr isteyirem bu maxazar.com bu zadin bu şeyidir? maraqlidir.Mence bele boyuk lahiyeler yerli istehsali olsaydi , en azindan dizayn veya ordaki şekiller ve s. ela olardi, yenede uğurlar arzulayiram, köstek olmamaq lazimdir=)
    sitat gətir    

    #9 yazdı: Shaig Muradov




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Sitat: pero
    Üzr isteyirem bu maxazar.com bu zadin bu şeyidir? maraqlidir.Mence bele boyuk lahiyeler yerli istehsali olsaydi , en azindan dizayn veya ordaki şekiller ve s. ela olardi, yenede uğurlar arzulayiram, köstek olmamaq lazimdir=)


    Hörmətli Pero biz axı qeyd etməmişik ki, bu Azərbaycanda ilk və ya ən birinci sosial şəbəkədir. Bunu heç özümüzün yazdığınıda vurğulamamışıq. Sadəcə olaraq test yayımları olduğunu demişik. Bu müddət ərzində yeni versiya hazırlanır. Bunun istifadəçilər tərəfindən mənimsənilməsi, eyni zamanda əksikliklərini görməyimiz üçün bir vasitədir. Fikrimcə siz demiş bu zadın bu şeyini biz bu fasona gətirmişik. Hesab edirəmki burada olan dəyişiklikləri qeyd etməyə ehtiyyac yoxdur ( üstəlik sadəcə dizaynla bağlı olmayan və onlarla əlavə texniki göstəricilər ) . Hər halda buna da nəsə etmək olar deyə fikirləşirəm. Sadəcə scriptin özü elə fevral ayında işıq üzü görübdü. Bu qədər qısa zamanda nəsə etmək mümkün deyil... Düşünürəmki oradakı şəkilləri dəyişməklədə dizayn etmişik ya dəyişmişik demək yersiz olardı. Ona görə elə rəsimlərdə seçilmişləri kifayətdir...

    Səhv etmirəmsə siz Mak.az ın forumunda da yazırsnız.
    Mən də yeni layihənizdə uğurlar diləyirəm. Siz necə qeyd etmisiniz ki, bir neçə TV`ni canlı olaraq yayımlayır. ( Hansıki bu Tv və radioların rəsmi saytlarında MMS protokolu üzərindən və ya xüsusi portlardan özləridə yayımlayır. Sadəcə götürülüb ( c/p ) bir yerdə yerləşdirilib hələki və əlavə bir funksiyası yoxdu ). Necəki gələcəkdə təkmilləşdiriləcəyini vurğulayırsınız. Buna kimi oradakı forumda da bununla bağlı fikir bildirməmişdimki tam işlər başa çatsın ondan sonra çatışmamazlıqlar haqqında nəsə danışmaq olar. Eyni ilə də bizdə. Özünüz demişkən köstək olmamağımız lazımdır. Hər halda buranın auditoriyası forumdan fərqli olduğu üçün yazdım. Burada hamımız bir birimizi başa düşərik. Sizə də işlərinizdə UĞURLAR deiləyirəm. Ümidvaramkı proyektiniz istədiyiniz nəticəni verər
    Bizim təkmilləşdirmə işləri də tam olaraq başa çatandan sonra da fikirlərinizi oxumaq xoş olardı.

    Hörmətlə...
    sitat gətir    

    #10 yazdı: pero




    Qrup: Qonaq
    Qeydiyyat: --
    day niye esebleşirsenki?
    tenqide açiq olmaq lazimdir=)
    yayim.net e geldikde ise men dememişem ki kanallari ozum yayiram, menim orda etdiyim PİARdir, ve tenqidin musbet netice verer menim ucun=)
    piarin qarasi aği olmaz:P
    uğurlar
    sitat gətir    

    #11 yazdı: Shaig Muradov




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Sitat: pero
    day niye esebleşirsenki?
    tenqide açiq olmaq lazimdir=)


    Yox əşşi əsəbilikdən deyil. Tənqidləri əlbəttə qəbul edirəm, sadəcə mənim reaksiyam bu şey-zad məsələsinə oldu. Elə sizin dediyiniz kimi də mən deyirəm. Heç bizdə saytın harasınasa programmed by filan yazmamışıq axı. Sadəcə olaraq rəsmi blogda sistemin fəaliyyətə başladığını yazmışıq.
    Bütün əziyyət çəkənlərə Uğur olsun.
    sitat gətir    

    #12 yazdı: pero




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Bizlik bir destek lazim olsa bilek, desteyimiz mücerred olmasın, real olsun!
    uğurlar yene
    sitat gətir    

    #13 yazdı: Ant0ha1




    Qrup: İstifadəçi
    Qeydiyyat: 8.08.2008
    Автору огромный респект ...
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: