Oxatan.com » bAzNet » Barcamp Azərbaycan

Mart 22

bAzNet : Barcamp Azərbaycan

Ustune dinqildat.

Nəhayət deyəsən inkişafa doğru qədəm qoyuruq. Son vaxtlarda BarCamp Azərbaycan yaradılıbdı. Barcamp Azərbaycan haqqında indi ətraflı danışacağıq. Əvvəla onu deyimki MDB və Baltikyani ölkələrdə indiyə qədər yalnız iki Barcamp təşkil olunub: Kiyev və Riqa Barcampları. Riqa Barcampında Azərbaycandan 5 iştirakçı iştirak edib. Bu iştirak edənlərdən Alievin öz dilindən Barcamp haqqında oxuya bilərsiniz. Bu ay isə Azərbaycanda, Riqa Barkampının təşkilatçıları Bakıda martın 27-də "Barkamp", "Barkamp Qafqaz" , "Barkampın əhəmiyyəti" haqqında məlumat verəcəklər. Ətraflı məlumatı BarCamp Azərbaycan saytından ala bilərsiniz. İndi də Barcam haqqında ətraflı...

İnformasiya Texnologiyaları və Müasir Media sahələrinə həsr olan

BarKamp qeyri-konfransları, Gürcüstanda keçiriləcək

BarKamp Qafqazda iştirak haqqında

SEMİNAR

 

BarKamp nədir?

BarKamp (BarCamp) qeyri-konfransı (onun qeyri-rəsmi, mehriban ah-havasını vurğulamaq üçün qarşısına “qeyri” sözünü əlavə edirik) İnternet texnologiyaları, İnternet resursları, Müasir Media, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edir. Bu unikal qeyri-konfrans məhz iştirakçıların özləri tərəfindən hazırlanan açıq təqdimatlardan, mühazirələrdən, hesabatlardan, master-qruplardan və digər sessiyalardan ibarətdir.

Tədbirin məqsədi informasiya texnologiyaları və yeni medianın bütün ölkələrində inkişafını stimullaşdırmaq, təcrübə mübadiləsinə, səhvlərin analizi və münasib həll yollarının tapılmasına yardımçı olmaq, iştirakçı mütəxəssislər arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlıq mühiti və yeni medianın ümumi görünüşünün formalaşdırılması, birgə layihələrin, o cümlədən beynəlxalq layihələrin inkişafını asanlaşdırmaq, dünyada qeyri-kommersiya layihələrinin (Creative Commons, Global Voices Online, Wikipedia, NewsAssignment və s.), həmçinin vətəndaş jurnalistikasının inkişafına töhfə verməkdir. BarKamp güclü fikir və təcrübə mübadiləsi ilə müşayiət olunur, bir çox yeni layihələrin başlanmasına, “start-up”-lara səbəb olur –   BarKamp çərçivəsində investorlar və fondlar ən maraqlı sosial və ya kommersiya layihələrinə maraq göstərirlər.

Hal-hazırda BarKamplar Dünyanın bir çox yerlərində keçirilir. Bu haqda daha geniş məlumatı www.barcamp.org saytında əldə edə bilərsiniz. MDB və Baltikyanı ölkələrdə ilk BarKamp ötən il Ukraynada, ikincisi isə bu il Riqada (www.barcamp.lv) keçirilmişdir. Azərbaycanda bu ənənəni yeni yaradılmış “BarKamp Azərbaycan” davam etdirəcəkdir. Ətraflı məlumat www.barcamp.az, müzakirələr isə http://network.barcamp.az ünvanındadır.

Seminarın keçirilməsində məqsəd

BarKamp Azərbaycan tərəfindən təşkil olunan, 27 mart 2008-də keçiriləcək bu seminarın məqsədi BarKamp formatlı qeyri-konfransla maraqlananları məlumatlandırmaq, Azərbaycanda BarKamp hərəkatını sürətləndirmək, informasiya texnologiyaları, yeni media, wap və web texnologiyaların, vətəndaş jurnalistikasının inkişafına dəstək olmaq, BarKamp Qafqazda Azərbaycanlıların inkişafını təmin etməkdir. Mühazirəçilər  Riqa BarKampını (www.barcamp.lv) təşkil etmiş mütəxəssislərdir.

Kimlər bu seminarda iştirak edə bilər?

  • Müasir Media ilə işləyənlər və maraqlananlar;
  • İnformasiya texnologiyaları ilə işləyənlər və maraqlananlar (İnternet saytları hazırlayanlar və s.)
  • Bloqqerlər;
  • Fəal gənclər;
  • Jurnalistlər;
  • Aktiv internet istifadəçiləri.
  • BarKamplarla maraqlanan hər bir şəxs. J


Subscribe      Qaynaq - Oxatan.

Tags: barcam Azerbaycan Azərbaycan

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • "BarKamp Azərbaycan 2008"- qeyri-Konfransına qeydiyyat baş ...
  • Yeni formatda MiniBar
  • Barcamp`a 1 həftə qaldı.
  • Berlində web həftəsi - "BarCamp Berlin 3"
  • Transition Online Müsabiqəsi
  • #1 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.02.2008
    Yeri yoxdur, online da eləmək olar bunu və daha effektiv. Oqədər opensource programları yaradan adamlar güya birbirlərinin üzlərini görürlər? məncə lazımsızdı wink
    sitat gətir    

    #2 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Gurbanov
    Yeri yoxdur, online da eləmək olar bunu və daha effektiv. Oqədər opensource programları yaradan adamlar güya birbirlərinin üzlərini görürlər? məncə lazımsızdı wink


    Burada əsas məqsəd cəmiyyətin diqqətini yeni texnalogiyalar çəkməkdir deyə düşünürəm. Buna görə bu tipli seminarların aktuallığı hələ uzun vaxt Azərbaycanda olacaq...
    sitat gətir    

    #3 yazdı: pero




    Qrup: Qonaq
    Qeydiyyat: --
    ozde lenkeranda:)
    lenkeranda netcafe yoxdu emelli,
    meqsed ise daha elle tutulur olmalidir meselen:
    İnternete baglanma qiymetlerini endirmek, ADSL esasen.

    p.s.Netty ye 5 defe jurilik ucun üzv olmaq istedim qebul etmediler, uzv olanda bank hesablarina pul zad yatirmaq lazimdir?=)
    özde 2 defe ferqli ip den ferqli adla ferqli e-mail ile yoxlamaq ucun üzv olmaya çaliştim yene qebul etmediler, bu ne mene olan şeydi?=)
    sitat gətir    

    #4 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: pero
    p.s.Netty ye 5 defe jurilik ucun üzv olmaq istedim qebul etmediler, uzv olanda bank hesablarina pul zad yatirmaq lazimdir?=)
    özde 2 defe ferqli ip den ferqli adla ferqli e-mail ile yoxlamaq ucun üzv olmaya çaliştim yene qebul etmediler, bu ne mene olan şeydi?=)


    Netty`nin obyektivliyi barədə onsuzda ciddi şübhələr var. Düzü mən heç virtual juri kimi üzv olmağı sınamamışam belə. Yoxsa bu qeydi bu yazıda deməklər ikisinin əlaqəsi olduğunu vurğulayırsız? Məncə belə deyil axı.

    Sitat: pero
    ozde lenkeranda:)
    lenkeranda netcafe yoxdu emelli,
    meqsed ise daha elle tutulur olmalidir meselen:
    İnternete baglanma qiymetlerini endirmek, ADSL esasen.



    Yaxşı tərtibat olarsa regionlarda olmağı qənaətbəxş olardı =). Bu eyni zamanda regionlarda da inkişafa təsir edər. Bu qiymətləri endirmək məsələsinə isə heç Osman Gündüz neçə vaxtdır hər fürsətdə deyir heç vecinə alan yoxdur. Qalsınki bir qrup gəncin sözünə qulaq asan ola. Bu sadəcə əlidən gələni etməyə çalışan bir sıra adamdır. Tarif şurasının əlində olan bir şeyə müdaxilə etməkləri çox çətindir...
    sitat gətir    

    #5 yazdı: pero




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Onda bu kampin meqsedi nedir?
    Tutaxki getdik, sonra? 10-15 nefer ile tanişliqdan elave olaraq ne olacaq?
    bu sebeble dedim ki qiymetler barede bir fikir bildirilsin, Osman Gunduzun demesi hecbirşeyi ifade etmir, o Azerbaycan internetini temsil etmir mence, genclerden ses çixmalidir, etirazlar en aşağdan gelse o zaman netice almaq olar.
    sitat gətir    

    #6 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: pero
    Onda bu kampin meqsedi nedir?
    Tutaxki getdik, sonra? 10-15 nefer ile tanişliqdan elave olaraq ne olacaq?
    bu sebeble dedim ki qiymetler barede bir fikir bildirilsin, Osman Gunduzun demesi hecbirşeyi ifade etmir, o Azerbaycan internetini temsil etmir mence, genclerden ses çixmalidir, etirazlar en aşağdan gelse o zaman netice almaq olar.


    Düzü məqsədini, nə bilim məramını ancaq iştirakdan sonra bilmək olar. Əgər sizin konkret təklifləriniz varsa onlara bildirmək də olar. Network`lərində bu bardə yazılar var.
    sitat gətir    

    #7 yazdı: Shaig Muradov




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Sitat: pero
    Azerbaycan internetini temsil etmir mence, genclerden ses çixmalidir, etirazlar en aşağdan gelse o zaman netice almaq olar


    İnnamıramki indi kimsə onunla maraqlansın. İndi adicə çörəyin qiyməti bahalana bahalana gedir, hələ internet qalxmasın qalsınki...
    sitat gətir    

    #8 yazdı: Rəşad Əliyev




    Qrup: Qonaq
    Qeydiyyat: --
    1) İstəyirsiz, Opensource bir proqram taparsız Virtual olaraq bizə qoşularsız.
    2) Maraqlı çıxışlar gözlənilir ( Link )
    3) İndi əgər tarix şurası interneti ucuzlaşdırmırsa və ya nə isə etmirsə bu o demək deyil ki Biz Azərbaycanda İnternetlə əlaqədar işlərimizi saxlamalıyıq, dövlət öz işini görsün biz isə öz işimizi və Azərbaycanda göstərək ki biz cavanlar ayti sahəsində çox qabaqdayıq.
    sitat gətir    

    #9 yazdı: pero




    Qrup: Qonaq
    Qeydiyyat: --
    mende onu soruşuram da konkret iş nedir? yani ne başverir barcampda?
    sitat gətir    

    #10 yazdı: Rəşad Əliyev




    Qrup: Qonaq
    Qeydiyyat: --
    sitat gətir    

    #11 yazdı: pero




    Qrup: Qonaq
    Qeydiyyat: --
    men orda sualimin cavabini tapabilmedim, yeni yiğişib özümüz üçün danişacayıq demekdir?
    sitat gətir    

    #12 yazdı: Shaig Muradov




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Sitat: pero
    men orda sualimin cavabini tapabilmedim, yeni yiğişib özümüz üçün danişacayıq demekdir?



    Düzü daha əvvəl məndə iştirak etməmişəm. İnşa Allah gələcək üçün görək... Ancaq fikrimcə elə yığışa bilməyin özü irəliləmədi. Bu sahədə atılmış addımdı. İndiyənə bu yığışıb öz özünə danışmaqda olmayıbdı. Birinci səsi gərək özün eşidəsənki sonrada kiməsə çatdırmaq olar.
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: