Oxatan.com > bAzNet > Son vaxtlarda gördüklərim... ( Netty təsisçiləri bunu da oxumasa olar. Onsuzda veclərinə deyil )
Son vaxtlarda gördüklərim... ( Netty təsisçiləri bunu da oxumasa olar. Onsuzda veclərinə deyil )Mart 17. Разместил: Shaig M |
Ötən həftə həm mən, həmdə "oxatan" bir az qeyri aktiv olduq. Bir tərəfdən bayramların gəlməyinə görə artan işlər, digər tərəfdən öz işlərimizin çoxalmağı nəticəsində yazmağa vaxt qalmır. Ümid edirəmki işləridə yerbəyer edib yenidən gündəlik yazmağa vaxt ayıra bilərik. Sözü çox uzatmayım sadəcə bu son vaxtlarda rastıma çıxan bir iki hadisəyə şərh verəcəm.Deməli əvvəl Netty ilə başlayım. Arada iştirakçılara nəzər salırdım. Keçənlərdə nə görürəmki 2006, əyləncə saytları üzrə qalib Natarsan.az saytı yenidən üzv olubdu və saytda təsdiqlənibdi. Mən bilən bir dəfə qalib olan sayt axı yenidən iştirak edə bilməz. Ələxsusda eyni kateqoriya üzrə. Amma yenə əyləncə saytları kateqoriyasında bu sayt mübarizə aparır. Sonrada deyirlər Netty`də hər şey düzdür. İndi bilmirəm yuxulu vaxtlarına düşüb ya nədirsə saytı rədd etməyiblər eks qalibi. Bilmirəm bəlkədə rüşvətini hörmətini eləyibdi ona görə bu il də qalib olmaq itəyir. Bax ona bir söz deyə bilməyəcəm. Burada artıq axan sular durular, mükafat da onların olar. Bizim blog da əyləncə kateqoriyasına üzv olduğundan ora çox nəzər yetirirəm. Təqribi olaraq namizəd saytlar arasında 8-10 aras DLE üzərinə qurulmuş sayt var. Seçim arasında birinci onlardan biri çıxsa mənim deməyə başqa sözüm olmaz. Birdə keçənlərdə bir Google reklamında görmüşdüm həmdə o dəfə mailimə belə bir mesaj gəlmişdiki engelgor.com`a daxil olun MSN də sizin kimin əngəllədyini görün. Oturub həm bir xeyli güldüm. Həmdə əsəbləşdim. Utanmasalar deyəcəklərki parolunuzla bərabər eviniz açarında bizə yollayın. Belə baxanda məni kim MSN`də iqnor eləsə Allah canın sağ eləsin. Mənə nə düşüb girib birdə ona baxam görəm. Parol əldə etmək üçün bu camaat özünü axırıncı yola qoyubdu lap. Məsləhətim odurki sizə də bu tipli e-maillər gəlsə əsla ciddi qəbul etməyin. |