Oxatan.com » bAzNet » Sayt adında bir blog daha oldu.

Mart 13

bAzNet : Sayt adında bir blog daha oldu.

Oxatan.comBu gün nə görsəm yaxşıdır. Ilk10`dan saytlara baxanda, gördümki uzun illərdir əl dəyməyən sayt yenilənibdi. Yadımdadır hələ bu blog yazmaq işinə başlamamışdıq ancaq vaxt tapdıqca oxuyurdum. Elə həmin vaxtlarda indiki BLOGran`a çevrilmiş köhnə Birinci blog`da belə bir yazı oxumuşdum - "Partdaq gələcəyə doğru?". ( düzü təbəssümlə oxumuşdum ) Deyəsən bu yazıdakı tövsiyyəyə cavab gəldi ay BLOGran qardaş. Baxıramki elə Parlaq`da modayla ayaqlaşdı. Yox yox web 2.0 və Ajax`la yox. Sadəcə elə sənin də məsləhət etdiyin kimi Mix.az Open.az və s. kimi bir blog ( ya da webzine deyək ) təşkil elədi. Qınamalı da deyil. Harada, nədə reytinq var qaçdı onun dalınca. Düzdə elədi. Düzdü bu DLE üzərində qurulmayıbdı. Ancaq həmin sistemə oxşadılıbdı. Favicon`una baxanda və o tərəf, bu tərəfinə nəzər yetirəndə SLAED CMS`in DLE`ə oxşadıldığını gördüm. Xeyirli olsun deyək! İllər sonra gələn bu dəyişikliyə səbəb yəqinki reytinq sıxıntısı oldu. Bəs elə də qeyri adi xəbər dəyəri olmayan bu yazını niyə yazdım deyə soruşsaz, səbəb elə məhz əvvəlki sitatıma bir cavab idi. Dedim BLOGran qardaşa deyimki, səsini eşidən oldu deyəsən. Yəniki yazmağa dəyər...


Subscribe      Qaynaq - Oxatan.

Tags: parlaq .net blogran .com birinci blog

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • ilk10.az sayğac sistemi yeniləndi
  • Turş-məzə lüğət
  • Nəyimiz var?...
  • Hesabat - tətil - Mövsüm sonu
  • Bir azda yazaq...
  • #1 yazdı: BLOGran




    Qrup: Qonaq
    Qeydiyyat: --
    He OXCHU oxudum xeberini gordum. Demeli yazilarimizi oxuyan var imis. Cox sag ol Ele mende bu parlaq.net haqqinda yazi yazmaq dusunurdum sen meni qabaqladin. Amma xeberiin tezesi kohnesi olmur yazam :)
    sitat gətir    

    #2 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: BLOGran
    Amma xeberiin tezesi kohnesi olmur yazam :)


    Hə düz deyirsən. Onsuzda təhlillərimiz müxtəlif olur. Bir də sənin dilindən yeniliyə baxışı görüb, oxuyarıq =).
    sitat gətir    

    #3 yazdı: Sadig




    Qrup: Admin
    Qeydiyyat: 2.02.2008
    niyəsə bu tipli saytlara baxanda məşhur filmdən məşhur sitat düşür yadıma.. "Əcəb də şəndi, lap ət tökəndi"..
    sitat gətir    

    #4 yazdı: Parlaq




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Burda yazılan şərhləri oxudum.. çox maraqlıdı..əvvəla xəbəri yerləşdirdiyinizə görə sizə təşəkkür edirəm.. parlağın blog sisteminə keşməsi əslində hardasa 1 il bundan əvvəl var idiki keçək.. lakin bəzi işlərlə əlaqədar bu proses ləngidi.. amma yenə qurduq.. özüdə yeni sistemdə , istədik fərqlilik edək.. hamı elə qacır DLEyə.. o sistemə 1 ildən çoxdu düzəliş edirik,istdəmədik quru , hamının öyrəşdiyi bir sayt quraq .. əvvəl yalnız komersiya məqsədilə fikirləşmişdik o sistemi.. lakin sonra parlaq.net-in də xəbər saytında çevirmək üçün məcbur olduq çoxusunun öyrəşdiyi DLE-nin bəzi kompnonetlərini ora tətbiq ed'k.. budur.. Parlaq.Net.. Parlaq gələcəyə doğru.. qarşıda hələ digər proyektlərdə gözləyir.. Hörmətlə Admin Www.Parlaq.Net
    sitat gətir    

    #5 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: Parlaq
    DLE-nin bəzi kompnonetlərini ora tətbiq ed'k.. budur.. Parlaq.Net..



    Əvvəla yeniliklərdə uğurlar diləyirik. Aznet`də nəyinsə inkişafa doğru getdiyini görmək sevindirici olar...
    Mövzuyla bağlı bir-iki söz əlavə edim: Bu yenilikdə Parlaq`ın itirdiyi orginallığı olacaq. Yəni indiyənə kimi bəziləri saytlarını düzəldib Parlaq`a oxşatmağa çalışırdılar. İndi isə artıq Parlaq`da bu orginallıq qalmadı. İndi Parlaq özü başqasına oxşayır çünki. Ancaq orginallığını itirsədə yəqinki reytinq artışına təsiri olacaq. Çünki Azərbaycanda bu tipli saytlar indi maraq dairəsindədir. Xüsusilə pulsuz yükləmələr və bizimkilərin buna dərin meyli sayəsində. Ən çox da Google keçidlərinə təsir edəcək bu.
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: