Oxatan.com » bAzNet » Mail qutucuğu Web 2.0 ilə mail qutusu oldu - beta.box.az

Mart 11

bAzNet : Mail qutucuğu Web 2.0 ilə mail qutusu oldu - beta.box.az

Oxatan.com2000.ci ildən fəaliyyət göstərən Box.az milli e-mail ünvanı artıq yeni texnalogiyaya ayaq uydurmağa qərar verdi. Uzun zamandırki heç bir yenilik etməyən elektron poçt servisi bir neçə yeniliyi birdən etməyə hazırlaşır. Blog.ilk10.az oxuduğum xəbər əsasən bunu deyə bilirəm. Ən əvvəl onu deyimki, inbox.az dan sonra artıq box.az da yaddaşını artıraraq 1gb`a çatdırıbdı. Sonra isə mobil telefonlardan e-maili yoxlamaq funksiyası artırılıbdır. Əvvəlki versiyada da bu servisin olmasına baxmayaraq sonradan bağlanmışdı. Sonra isə əyləncəlilik olsun deyə rənglər və iconları zövqünüzə uyğun dəyişə bilərsiniz. Antispam və antivirus sistemi də deyilənə görə inkişaf etdirilib.Giriş səhifəsinin çox xoşuma gəldiyini qeyd edim.
Mailə daxil olanda isə yeni texnalogiya Ajax`dan əməllicə istifadə etdiklərini görmək olar. Mailin içi mənə Yahoo mailin daxili səhifəsini xatırlatdı. Çatışmayan tək şeyi reklamları idiki, maşallah box.az üçündə bu problem deyil. Tezliklə onlarda öz yerində olar. Onu deyə bilərəmki kim ki mailini box.az`dan istifadə edirsə o zaman beta.box.az ünvanından öz maillərini yoxlaya bilərlər. Kimin nə deməyindən asılı olmayaraq mənim bəyəndiyim bir yenilikdir. Xırda çatışmamazlıqlarını da aradan qaldırsalar məncə efirə vermək üçün hazırdır.




Subscribe      Qaynaq - Oxatan.

Tags: box .az web 2.0 beta

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • ilk10.com Web Directory
  • Bu gələn Kim`dir ?!
  • E-mail`in memarından...
  • Bir azda yazaq...
  • Nəyimiz var?...
  • #1 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    əlavə
    Mən İnbox.az haqqında yazanda demişdimki onlar box.az`dan tez tərpənib Ajax texnalogiyasına keçməlidirlər. Box.az yenə onları qabağladı.
    sitat gətir    

    #2 yazdı: Emil




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Box.az supersiz siz ama men teze versiyaviza qosula bilmemisem umid ediremki o daha cox gozeldi. SUKANI BELE SAXLA lol [/color]
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: