Mart 10
bAzNet : Yeni bir layihə. Qısaca desəm milli digg
Bu gün Gurbanov`un blogunda belə bir yazı
gördüm. Xeyirli, uğurlu olmasını diləyirəm.
Gurbanovun özünündə belə bir fikri var idi. Deyəsən qabaqladllar onu. Sistem
haqqında mənim çox geniş yazmağıma elə də ehtiyyac yoxdur elə Gurbanov ətraflı
yazıbdı. İstəsəz keçid edib oxuya bilərsiniz. Sadəcə sistem haqqında onun
yazısında bir sitat gətirim:1. Maraqlı bir yazı yazırsınız. Həddindən artıq üzərində işləmisiniz lakin, blogunuzun ziyarətçi sayı az olduğundan hədəfdə tutduğunuzdan daha az oxucuya çatdıra bilirsiniz. Bunun qarşısını almaq üçün, əvvəla yazını yazırsınız və “efirə” buraxırsınız.
2. Gedirsiniz, Xebername.com və yaxud xeber.name, qeydiyyatdan keçirsiniz və özünüzə hesab açıb, emailinizə gələn link ilə hesabınızı aktivləşdirirsiniz.
3. Bundan sonra hesabınıza daxil olub, sol tərəfdən “Yeni Xəbər Göndər” linkinə tıqqıldadırsınız və yazınısın linkini (URL) daxil edib, yazınızın qısa xülasəsini yazdıqdan sonra, bölməsini seçib, XəbərNamədə yayınlayırsınız.
4. Bu zaman sizin xəbəriniz yeni əlavə olunmuş xəbərlər siyahısına düşəcək, başqa adamlar sizin yazınıza baxacaqlar və xoşlarına gəlsə səs verəcəklər. Səs yığmış xəbər Ana Səhifədə məşhur xəbərlər siyahısına düşəcək. Və beləliklə daha çox adam Xəbərnamədən sizi sayta yönləndiriləcək və xəbərinizi oxuyacaq, əziyyətiniz boşa getmiş sayılmayacaq.
Daha ətraflı məlumat üçün bura baxa bilərsiniz.
Qeyd edimki sayt ElimizOnline məxsusdur. Hələki tək iradım ad seçimidir. Heyifki domain bir az uzundur. ona görə də mən xebername.com kimi xeber.name kimi istifadə edəcəm yəqinki saytı.
Əlavə edimki sistemdə bir az gəzib dolaşdım, bir iki xəbər linki əlavə etdim və xoşuma gəldi. Düzü blog yazmağa bir az da həvəsləndirdi məni.
Qaynaq - Oxatan.



