Oxatan.com > Mənə nə? > 8 Mart bayramı
8 Mart bayramıMart 09. Разместил: Shaig M |
|
Düzdü bir az gec oldu yazı. Ancaq həftə sonu şəhərdən kənarda olmağım
və bayram günüdə bir az başımın qarışıq olmasını səbəb gətirib üzr
istəyək bu gün təbrik mesajını yazıram. Mən belə dilli-ağızlı təbrik
bacarmıram heyifki. Ona görə sadəcə "Qadınların Bayramı Mübarək!"
deyirəm (
niyəsə inanmıram heç oxucularımız arasında xanım istifadəçilərdə olsun ).
Əslində bu gün haqqında mənfi və müsbət xeyli yazmaq olar. Ancaq BBC`də oxuduğum bir araşdırma xəbərini yazmaq istədim. Maraqlı olsa ətraflı oxuyarsınız. 8 Mart Beynəlxalq Qadınlar Günü dünyanın bir sıra ölkələrində qadın haqları qrupları xüsusi tədbirlər keçiriblər. Nyu-Yorkda BMT-nin qadınlar bayramına həsr olunmuş toplantısında 6 sülh üzrə Nobel mükafatı laureatı İranda qadınlar hərəkatının təqib edilməsi ilə bağlı dərin narahatlıq bildiriblər. İran Human Rights - İran İnsan Haqları adlı yeni təzyiq qrupu İran qadınları ilə həmrəylik bildirib. Qrup Tehran hökumətindən qadınların dinc yığıncaqlarına icazə verilməsini, qadınlara qarşı ayrı-seçkiliyə son qoyulmasını tələb edib. İran İranın özündə isə qadınlar "siz, qanunlardan birini ləğv etmək iqtidarında olsaydınız, bu, hansı qanun olardı" sualına belə cavab veriblər: - Mən, çarşab haqda qanunu ləğv edərdim. Bu qanun mənə davranışı diktə etmək üçün bir bəhanədir. - Mən, varislik qanununu ləğv edərdim ki, kişi ilə qadın bərabər paya malik ola bilsinlər. - Qadınların ərlərinin icazəsi olmadan xaricə gedə bilməməsi haqda qanunu. - Bərabərlik haqda qanun yalnız kağız üzərində yox, əməldə də olmalıdır, deyir İran qadınları. Türkiyədə qadın haqları fəalları bu gün yeni kampaniyaya başlayıblar. Onlar, qadınlara qarşı hər hansı bir ayrı-seçkilik halı baş verəcəyi halda, məsələni məhkəmədə qaldıracaqlarını bəyan ediblər. İraq qadınları Kader qrupunun hesabatında deyilir ki, ölkədə qadınlar hələ də cəmiyyətdə kifayət qədər təmsil olunmurlar. Kader hökumət vəzifələrində qadınlar üçün azı 30 faizlik kvotatın verilməsinə çağırıb. Əfqanıstanda prezident Hamid Kərzay paytaxt Kabulda keçirilən mərasimdə dini liderləri qadınlara qarşı zorakılığa son qoymağa kömək etməyə çağırıb: "Mən sizə üz tutub adamlara qadınlara qarşı zorakılığa, erkən eləcə də məcburi nigahlara, gənc qızların yaşlı kişilərə ərə verilməsi hallarına son qoymağı məsləhət görməyinizi xahiş edirəm." Mərakeş paytaxtı Rabatda insan haqları qrupları parlament binası qarşısında etiraz aksiyası keçiriblər. Son vaxtlar bu ölkədə qadınların hüquqları və onların cəmiyyətdə rolu ətrafında kəskin müzakirələr aparılır. Cənubi Afrika Qadınlar həyat tərzinin bahalaşmasından, çinsi qeyri-bərabərlikdən, müxtəlif növ ayrı-seçkiliyə məruz qaldıqalrından gileylənirlər. Hindistanda qadınlar təşkilatları beynəlxalq qadınlar bayramını xanımlar üçün daha geniş gender bərabərliyi barədə çağırışlarlı ilə qeyd edirlər. Yüzlərlə qadın payatxt Dehlidə toplaşaraq qadınlara qarşı davam edən təhqirlərə və qadınların istismarına qarşı qəzəb səslərini ucaltmışlar. Fəallardan biri Mohiri Girinin sözlərinə görə, hökumət qadınların vəziyyətini düzəldəcəyi barədə öz vədlərinə əməl etmir: "Bizə çox vədlər edilib - bizə deyirdilər ki, iş yerləri və deputat mandatlarının 33 faizi qadınlara veriləcək. Söz verirdilər ki, cəmiyyətdə zorakılıq olmayacaq, deyirdilər ki, qadınların əmək haqqı kişilərinki ilə eyni olacaq. Biz bu gün buraya öz haqlarımızı tələb etməyə toplaşmışıq." İspaniya Banqladeşdə qadınlar qrupları paytaxt Dakkada Asiya qadınlarının vəziyyətini əks etdirən plakatlar sərgisini təşkil ediblər. Yerli universitetin professoru Ayşə Banu deyir ki, qadınlar iqtisadi qüdrət əldə etməlidirlər: "Bu ilki şuarımız "Asiya qadınları və qız uşaqları üçün investisiyalar"dır. Bu, Banqladeş üçün çoxn mühüm bir məsələdir. Çünki qadınların iqtisadi cəhətdən qüdrətlənməsi baş verməsə, ümumi iqtisadi inkişafı təmin etmək xeyli çətin olar". Şimali Koreya Beynəlxalq Qadınlar Günü ölkə xanımlarını qərb modasını rədd etməyə və öz geyim və saç düzümləri ilə hamı üçün nümunə olmağa çağırıb. |