Oxatan.com > bAzNet > Artıq Google-də qibləni də axtarmaq mümkündür

Artıq Google-də qibləni də axtarmaq mümkündür


Mart 08. Ðàçìåñòèë: Shaig M
Bu gün ANS Press`də belə bir xəbər oxudum:
Bu sistemdə xəritə və peyklə qiblənin yeri müəyyənləşdirilə bilər
Dünyanın ən böyük axtarış sistemlərindən biri olan Google artıq harada olursa olsun qibləni tapmaqda müsəlmanlara köməklik edəcək. Bundan sonra müsəlmanlar Google axtarış sistemində olan xəritə və peyk xidmətindən istifadə edərək qiblənin yerini asanlıqla təyin edə biləcəklər. Bunun üçün axtarış sistemində “QiblaLocator”u və buradan da olduğun ölkə ilə şəhərin koordinatlarını tapmaq lazımdır. Bundan sonra isə istər xəritə ilə, istərsə də peyk görüntüləri ilə qiblənin dəqiq yerini müəyyənləşdirmək mümkündür.