Oxatan.com > Mənə nə?, bAzNet > 3,5 min funt birbaşa yataqda
3,5 min funt birbaşa yataqdaMart 07. Разместил: Shaig M |
|
Deyirəm gərək adamın bəxti gətirə. Bəzən heç nədən pul qazanmaqda olurmuş. Bu gün belə bir xəbər oxumuşam.
21 gün yataqda uzanan hollandiyalı tələbə 3,5 min funt-sterlinq qazanıb. 22 yaşlı İde van Dyutekom veb-kamera vasitəsilə onun yataqda uzandığını translyasiya edilən saytda reklam yeri satmaqla pul qazanır. Belə bir vəziyyət 3 həftədir davam edir. İde yalnız qısa müddətə duş qəbul etmək və özünə yemək hazırlamaq üçün yatağını tərk edir. İndiyə qədər sayta 450 min nəfər baş çəkib. Tələbə bildirib ki, yuxu - onun hobbisidir. Həm də ki bu onun öhdəsindən layiqincə gələ bildiyi yeganə işdir. |