Oxatan.com > bAzNet > Netty 2008 başladı ( müsabiqə təşkilatçılarının nəzərinə: Əsla bu yazını oxumayın! )
Netty 2008 başladı ( müsabiqə təşkilatçılarının nəzərinə: Əsla bu yazını oxumayın! )Mart 05. Разместил: Shaig M |
|
Guya 2008`in ən yaxşı saytını seçmək üçün təşkil olunmuş yarışma başladı. Əksərən nəticələri ilə razılaşmadığım müsabiqə. Bu barədə narazıçılığımı yazmaqla bəlkədə bitməz. Ya da ən yaxşısı sona çatana kimi ara-ara yazım. Ürəyim boşalmış olar. Müsabiqə barədə qısaca deyə bilərəmki 2005`dən başlayıbdı. Guya Azərbaycan internetinin ən yaxşı saytlarını seçir. Adına baxmayına Azərbaycan dediklərinə saytınız rusca olsada olar. Vallah keçən illərdə dilimizə qoyduqları hörmət belə idi. Ötən illərin qalibləri barədə məlumatları alın: 2005 , 2006, 2007 qalibləri. Əgər Netty`nin əyriliklərini bir az da görmək istəsəniz ətraflı oxuyun.
Ən əvvəl onu deyimki ay hörmətli Netty`nin təşkilatçıları, bəlkə sizin xəbəriniz yoxdur amma internet aləmi inkişaf edire. Elə 2005 dəki kateqoriyalardan yapışmısız. Cəmi 11 nominasiya mövcuddur. 1.Dövlət saytı 2. Korporativ sayt 3. Elm və təhsil 4. Mədəniyyət və incəsənət 5. İnformasiya və xəbərlər 6. Servis-saytlar 7. Əlyəncə 8. İdman 9. Azərbaycan 10. Şəxsi sayt 11. Cəmiyyət Baxın bu qədər kateqoriya. Ey təşkilatçılar ! Xəbəriniz yoxdur məgər Blog deyilən bir şeydə var bu internetdə. İndi bu Oxatan yuxarıdakılarından hansına üzv olsa daha xoş olar? Bəs axı internetdə anlayışlar çoxalır. Bu anlayışlara uyğun nominasiyalarda artımı da nəzərdən qaçırmamaq lazımdır. Bu Oxatan dövlət saytı deyil. Heç hansısa bir təşkilata mənsub koorporativ də deyil. Heç bir məktəbin və ya təhsil müəssəsinində deyil. Xəbərlərə aid isə yazıblarki KİVlərə mənsub saytlar üzv olsun. Burada servisdə vermirik. Əvvəlki yazılarından birində Gurbanovun bloglara baxışı`nda dediyi kimi heç əyləncə üçündə ziyarət edilməli bir yer deyil. İdmandan danışmırıq və Azərbaycanımızın hansısa bir bölgəsi`nə həsr edilmiş saytda deyil. Şəxsi saytlara isə adiyyatı yoxdur. Cəmiyyətlərlə də əlaqəmiz yoxdur... İndi neyləyək bəs biz iştirak etməyək. Üzv olmağına olmuşuq. Məcburən əyləncəyə ( böyük ehtimal bu yazını oxusalar müabiqədən kənarlaşdıracaqlar ). Bəs nə edək digərlərinə heç uyğun gəlmirdi. Yəqinki əla olardl bir Bloglar deyə kateqoriya əlavə olunardı. Bütün blogdaşlarda üzv olardıq. Bu tək çatışmamazlıq deyil. Yaxşı deyək ki Blog yenidi, Azərbaycana bunun anlayışı gəlib çıxmayıbdı. Bəs burada niyə Portal kateqoriyası yoxdu? Bəlkə elə hansısa saytda bunların əksəriyyəti var. servislər var əyləncə var, Azərbaycanla bağlı məlumatlar var, elmlə bağlı var. Onda onlar ən yaxşısı üzv olmasınlar heç özlərini biyabr eləməyə dəyməz heç. Hansına üzv olsalar o kateqoriyadan avara qalacaqlar ( bakililar.az xazar.com a-z.az ). Keçən il wap.xana.az belə çaş-baş qalıb mənim kimi üzv olmuşdu o da əyləncə kateqoriyasına. Deyirdimki bəlkə ondan sonra Wap kateqoriyası bu il əlavə olunar ama görmədim. Belə çıxırki bu mükafatlandırılma can dərdi xarakter daşıyır. Elə desinlərki keçirdik. Ola bilsin pul yığmaqdı elə. Sponsorlardan filandan pul alsınlar bunu da yola versinlər getsin. Nə bilim ola bilər. Hər halda qonşudan görüb götürmək yaxşı işdi. Əgər bacarmırlarsa bacarana baxıb götürünlər. Bu qonşu Türkiyənin mükafatlandırması. Yenə iradlarım bitməyibdi. Yuxarıda Türkiyədən çəkdiyim misal "Altın örümcək" mükafatı 2008`in əvvəlində təqdim olundu. Ancaq 2007`nin ən yaxşı saytlarını seçirdilər.Belə də olmalıdırda. Yoxsa bizdə ilin birinci rübündə cari ilin mükafatı təqdim olunur. Ay hörmətli vətəndaşlar bəlkə elə may ayında mükəmməl , dünya səviyyəli hamını mat qoyan bir sayt açılacaq. Yəni ilin ilk yarısında. Onda həmin sayt qalır 2009`un mükafatlandırılmasına? Bu da növbəti məntiqsizlik. Biri də varki o boyda adı "Milli internet mukafatı" olan bir bu mükafatlandırmada elə hey rus dilli saytlara verirlər ilk yerləri. Axı bu inkişaf elətdirmir internetimizi. Keçən il yenə bir az insaflı davrandılar. 2005 `də lap ağın astarın çıxarmışdılar. Ümid edirəmki bu il heç olmasa bu "Milli" sözünün mənası dərk edilərək seçimlər edilər. Hər halda Rusiyanın mükafaylandırılması getmir. Bəs bu müsabiqəni belə qeyri ciddi qəbul edərək niyəmi üzv elədik Oxatanı bura? Sadəcə olaraq insanlar buradakı saytlara girib baxır. Bizim sayta da girb baxsınlar tanınması artsın. Yoxsa mükafatı filanı gözləmirik heç. Bəlkə də sahibi artıq bəllidir. |