Oxatan.com » bAzNet » Netty 2008 başladı ( müsabiqə təşkilatçılarının nəzərinə: Əsla bu yazını oxumayın! )

Mart 05

bAzNet : Netty 2008 başladı ( müsabiqə təşkilatçılarının nəzərinə: Əsla bu yazını oxumayın! )

Ustune dinqildat.

Guya 2008`in ən yaxşı saytını seçmək üçün təşkil olunmuş yarışma başladı. Əksərən nəticələri ilə razılaşmadığım müsabiqə. Bu barədə narazıçılığımı yazmaqla bəlkədə bitməz. Ya da ən yaxşısı sona çatana kimi ara-ara yazım. Ürəyim boşalmış olar. Müsabiqə barədə qısaca deyə bilərəmki 2005`dən başlayıbdı. Guya Azərbaycan internetinin ən yaxşı saytlarını seçir. Adına baxmayına Azərbaycan dediklərinə saytınız rusca olsada olar. Vallah keçən illərdə dilimizə qoyduqları hörmət belə idi. Ötən illərin qalibləri barədə məlumatları alın: 2005 , 2006, 2007 qalibləri. Əgər Netty`nin əyriliklərini bir az da görmək istəsəniz ətraflı oxuyun.

Ən əvvəl onu deyimki ay hörmətli Netty`nin təşkilatçıları, bəlkə sizin xəbəriniz yoxdur amma internet aləmi inkişaf edire. Elə 2005 dəki kateqoriyalardan yapışmısız. Cəmi 11 nominasiya mövcuddur.
1.Dövlət saytı
2.
Korporativ sayt
3.
Elm və təhsil
4.
Mədəniyyət və incəsənət
5.
İnformasiya və xəbərlər
6.
Servis-saytlar
7.
Əlyəncə
8.
İdman
9.
Azərbaycan
10.
Şəxsi sayt
11.
Cəmiyyət

Baxın bu qədər kateqoriya. Ey təşkilatçılar ! Xəbəriniz yoxdur məgər Blog deyilən bir şeydə var bu internetdə. İndi bu Oxatan yuxarıdakılarından hansına üzv olsa daha xoş olar? Bəs axı internetdə anlayışlar çoxalır. Bu anlayışlara uyğun nominasiyalarda artımı da nəzərdən qaçırmamaq lazımdır. Bu Oxatan dövlət saytı deyil. Heç hansısa bir təşkilata mənsub koorporativ də deyil. Heç bir məktəbin və ya təhsil müəssəsinində deyil. Xəbərlərə aid isə yazıblarki KİVlərə mənsub saytlar üzv olsun. Burada servisdə vermirik. Əvvəlki yazılarından birində Gurbanovun bloglara baxışı`nda dediyi kimi heç əyləncə üçündə ziyarət edilməli bir yer deyil. İdmandan danışmırıq və Azərbaycanımızın hansısa bir bölgəsi`nə həsr edilmiş saytda deyil. Şəxsi saytlara isə adiyyatı yoxdur. Cəmiyyətlərlə də əlaqəmiz yoxdur... İndi neyləyək bəs biz iştirak etməyək. Üzv olmağına olmuşuq. Məcburən əyləncəyə ( böyük ehtimal bu yazını oxusalar müabiqədən kənarlaşdıracaqlar ). Bəs nə edək digərlərinə heç uyğun gəlmirdi. Yəqinki əla olardl bir Bloglar deyə kateqoriya əlavə olunardı. Bütün blogdaşlarda üzv olardıq. Bu tək çatışmamazlıq deyil. Yaxşı deyək ki Blog yenidi, Azərbaycana bunun anlayışı gəlib çıxmayıbdı. Bəs burada niyə Portal kateqoriyası yoxdu? Bəlkə elə hansısa saytda bunların əksəriyyəti var. servislər var əyləncə var, Azərbaycanla bağlı məlumatlar var, elmlə bağlı var. Onda onlar ən yaxşısı üzv olmasınlar heç özlərini biyabr eləməyə dəyməz heç. Hansına üzv olsalar o kateqoriyadan avara qalacaqlar ( bakililar.az xazar.com a-z.az ). Keçən il wap.xana.az belə çaş-baş qalıb mənim kimi üzv olmuşdu o da əyləncə kateqoriyasına. Deyirdimki bəlkə ondan sonra Wap kateqoriyası bu il əlavə olunar ama görmədim. Belə çıxırki bu mükafatlandırılma can dərdi xarakter daşıyır. Elə desinlərki keçirdik. Ola bilsin pul yığmaqdı elə. Sponsorlardan filandan pul alsınlar bunu da yola versinlər getsin. Nə bilim ola bilər. Hər halda qonşudan görüb götürmək yaxşı işdi. Əgər bacarmırlarsa bacarana baxıb götürünlər. Bu qonşu Türkiyənin mükafatlandırması.
Yenə iradlarım bitməyibdi. Yuxarıda Türkiyədən çəkdiyim misal "Altın örümcək" mükafatı 2008`in əvvəlində təqdim olundu. Ancaq 2007`nin ən yaxşı saytlarını seçirdilər.Belə də olmalıdırda. Yoxsa bizdə ilin birinci rübündə cari ilin mükafatı təqdim olunur. Ay hörmətli vətəndaşlar bəlkə elə may ayında mükəmməl , dünya səviyyəli hamını mat qoyan bir sayt açılacaq. Yəni ilin ilk yarısında. Onda həmin sayt qalır 2009`un mükafatlandırılmasına? Bu da növbəti məntiqsizlik.
Biri də varki o boyda adı "Milli internet mukafatı" olan bir bu mükafatlandırmada elə hey rus dilli saytlara verirlər ilk yerləri. Axı bu inkişaf elətdirmir internetimizi. Keçən il yenə bir az insaflı davrandılar. 2005 `də lap ağın astarın çıxarmışdılar. Ümid edirəmki bu il heç olmasa bu "Milli" sözünün mənası dərk edilərək seçimlər edilər. Hər halda Rusiyanın mükafaylandırılması getmir.
Bəs bu müsabiqəni belə qeyri ciddi qəbul edərək niyəmi üzv elədik Oxatanı bura? Sadəcə olaraq insanlar buradakı saytlara girib baxır. Bizim sayta da girb baxsınlar tanınması artsın. Yoxsa mükafatı filanı gözləmirik heç. Bəlkə də sahibi artıq bəllidir.


Subscribe      Qaynaq - Oxatan.

Tags: netty 2008 blog Azərbaycan Azerbaycan

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Netty2008`in press relizi
  • Netty 2008 fəaliyyətdədir...
  • Netty sona çatdı.
  • Son vaxtlarda gördüklərim... ( Netty təsisçilə ...
  • Nəyimiz var?...
  • #1 yazdı: Yahoo!




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Razıyam
    sitat gətir    

    #2 yazdı: RufatZ




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Tamamile Raziyam... Bu Intrans-NT ...butun Aznetin inkishafini dayandirilar...

    D.Az Staff
    sitat gətir    

    #3 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Hələ mən juri`dən danışmadım. Çox yaşlı simalar gördüm. Mənim qənaətimə görə bu işdə gənclərin 30-35 yaşlı insanların daha çox təcrübəsi olar. Çünki bu internet nuh əyyamından qalma deyil. Yeni nəslin yol yoldaşıdır. Juridə də əksəriı sponsor nümayəndələridir. Bir dənə Osman Gündüz`ün adı internet sahəsində çox çəkilibdi. Maraqlıdır qiyməti hansı keyfiyyətə görə verirlər...
    sitat gətir    

    #4 yazdı: pero




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Netty de menasiz olan virtual juri meselesidir,
    misal ucun DTL ile qurulan xalava saytlar forumlarinda bize ses verin yazirlar, ki bunun neticesinde ses verme ile son 3 yere qalirlar:=)
    son 3 yerdende Netty qalibi seçir, virtual juri nedir ? ne işe yarayir? hansi kriteriyalar daşıyır?
    Netty bundan evvelki iller maraqiz keçmişdi, lakin bu il dovlet terefinden desteklenir, belke daha maraqli ve daha adil olar
    sitat gətir    

    #5 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: pero
    Netty bundan evvelki iller maraqiz keçmişdi, lakin bu il dovlet terefinden desteklenir, belke daha maraqli ve daha adil olar



    Vallah dövlət dəstək verirsə nə bilime nə deyim . Ümid edək ki düzəlsin. Ancaq ümidim yoxdur. Əlbəttə könül istərki yanılam.
    Keçən il yox ondan əvvəlki il iştirak etmişdim. Bir qrup yoldaşıma da tapşırmışdımki virtual juri kimi qeydiyyat olub səs versin. O da dediyimi elədi və virtual juri kimi qeydiyyat oldu. Səs vermə başlayanda da girib bizim namizədə səs verdi. Namizəd 2ci yerdə idi. Səhər gəlib gördümki səslər silinibdi və accountda işləmir. Beləcə bütün səslər itdi və iştirak edə bilmədik. Yəni virtual juri`yə də barmaq eləyirdilər kimi gəlir. Ən azından 2006da.

    O saytların forumlarında yazanlarda bilmirəm necədi amma 2006.cı ildə əyləncə kateqoriyasında sona qalan 3 namizəddən birini natarsan.az ı seçmişdilər. Ancaq həmin ili Eylence.az`da var idi. üstəlik Eylence.az daha layiqli seçim idi. natarsan.az`da erotik məlumatlar şəkillərdən başqa heç nə yoxdur. Ona görə virtual olmayan jurinidə bəyənmirəm. Necə olur Eylence`ni layiq bilmirlər amma porno saytı xatırladan və qeyri etik adı olan bir saytı seçirlər. Burada ancaq onu demək olarki mükafat əvvəldən satılmış imiş. Yada qohumu juridə imiş



    əlavə olaraq bu gün Ayna qəzetinin saytında Netty`nin reklamını gördüm. Nə mənası var görən. O saytıki itirak etmək istəyən veb ustalar ziyarət ya etmir ya da çox azı edir. İlk10.aza yada İnet.az`a versələr deyərdimki hə reklamdır.
    sitat gətir    

    #6 yazdı: pero




    Qrup: Qonaq
    Qeydiyyat: --
    reklam demişken aznet reklam movzusunda yazilar yazmaq lazimdir, yoxsa elede davam edecek=) bezi 2-3 sayt ayliq minlerce dollara reklam alacaq, diger saytlar ayliq 100 manat deyende, ağiz burun eyilecek
    sitat gətir    

    #7 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: pero
    reklam demişken aznet reklam movzusunda yazilar yazmaq lazimdir, yoxsa elede davam edecek=) bezi 2-3 sayt ayliq minlerce dollara reklam alacaq, diger saytlar ayliq 100 manat deyende, ağiz burun eyilecek



    o mövzuda da yazarıq inşa Allah. təki yazılardan nəticə çıxsın. bilsəmki nəsə nəticəsi olacaq, xeyri olacaq gündə bir neçə mövzuya toxunardım. indi isə sadəcə ürəyimdə öz özümə dediklərim məni qane etməyəndə yazıb ürəyimi boşaldıram ...
    sitat gətir    

    #8 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008


    Netty`də gündəlik müşahidələrimə görə üzv olmuş saytları aktivləşdirmək işinə ciddi baxırlar. Çünki onlarla sayt gözləmə mövqeyində olduğu halda gün ərzində barmaqla sayılabilən sayt təsdiqlənir. Görən saytların içinə filan girib baxırlar ? Bu mümkün gösrənir..
    sitat gətir    

    #9 yazdı: Techazonline




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Düz buyurursan oXçu. Birdə fikir verirsinizsə nominasiyada qalib gələnlər demək olarki dizaynları çox oxşardı. Yəni gözümüz yeni bir şey görmək istəyir. Məncə Azərbaycanda o listde olmayan çox gözəl dizayn/tərtib olunmuş internet səhifələri mövcuddur. O ki qaldı blogların ora salınmağına, bu qaçılmazdır. Bloglar azad insanların azad fikirlərini yazdığı yerlərdir, bir növü xalqın gözüdür, ölçü vahididir, tərəzidir. Mütləq əlavə olunmalıdır.
    sitat gətir    

    #10 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Techazonline
    Yəni gözümüz yeni bir şey görmək istəyir. Məncə Azərbaycanda o listde olmayan çox gözəl dizayn/tərtib olunmuş internet səhifələri mövcuddur.


    Düzü hansı kriteriyalara görə dəyərləndirdiklərini bilmirəm. Çünki müxtəlif qaliblərə nəzər yetirəndə fərlqi krteriyalar görmək olur. Hətta hazır script + template + mənasız content olan sayta belə mükafat düşübdüsə bunu müəyyən etmək çox çətindir...

    Sitat: Techazonline
    O ki qaldı blogların ora salınmağına, bu qaçılmazdır.


    Hesab edirəmki Blog`larla bağlı kateqoriya əlavə edildikdə blog mövhumu artıq köhnəlmiş olacaq və həmin dövrü yeni ablayışlarıda daxil edilməyəcək. Yəni, yenə inkişafdan uzaq qaçmış olacağıq.
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: