Oxatan.com > bAzNet > Opera yenə Google ilə
Opera yenə Google iləMart 04. Разместил: Shaig M |
|
İnternet aləmində rəqabət getdikcə güclənir (
bizdən fərqli olaraq
). Google barədə isə deyərdimki hər gün yeni bir məlumat oxuyuram.
Artıq google`un deyərdimki fanatları bizim bu şou-biznesdəki
müğənnilərin fanatlarından daha çoxdur. Hətta bloqdaşlarımızdan olan Blogran`da belə görürəmki google`a çox isti münasibət bəsləyir.
Bundan əvvəl Google barədə çeşidli məlumatlar vermişdik. Bu dəfə də o Yahoo`nu sıxışdırıb. İnternet browserlərdən biri olan Opera ilə əməkdaşlığa başlayıbdı. Bildiyimiz kimi Operanın mobil telefonlar üçün xüsusi dəstəkləyici modelləri var idi. Bunlarda axtarış edən zaman Yahoo üzərindən axtarış edirdi. News.com'daki xəbərə görə artıq operanın mobil məhsulları Opera Mobile ile Opera Mini də axtarışı google üzərindən edəcək. Nə deyim xeyirli olsun. |