Oxatan.com » bAzNet » Opera yenə Google ilə

Mart 04

bAzNet : Opera yenə Google ilə

Ustune dinqildat.

İnternet aləmində rəqabət getdikcə güclənir ( bizdən fərqli olaraq ). Google barədə isə deyərdimki hər gün yeni bir məlumat oxuyuram. Artıq google`un deyərdimki fanatları bizim bu şou-biznesdəki müğənnilərin fanatlarından daha çoxdur. Hətta bloqdaşlarımızdan olan Blogran`da belə görürəmki google`a çox isti münasibət bəsləyir.
Bundan əvvəl Google barədə çeşidli məlumatlar vermişdik. Bu dəfə də o Yahoo`nu sıxışdırıb. İnternet browserlərdən biri olan Opera ilə əməkdaşlığa başlayıbdı. Bildiyimiz kimi Operanın mobil telefonlar üçün xüsusi dəstəkləyici modelləri var idi. Bunlarda axtarış edən zaman Yahoo üzərindən axtarış edirdi. News.com'daki xəbərə görə artıq  operanın mobil məhsulları Opera Mobile ile Opera Mini də axtarışı google üzərindən edəcək. Nə deyim xeyirli olsun.


Subscribe      Qaynaq - Oxatan.

Tags: google yahoo opera search

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Nokia və google iş birliyi
  • ABŞ-dakı maliyyə böhranına baxmayaraq "Google"-u ...
  • Microsoft Yahoo! axtarışına 1 milyard dollar təklif edi ...
  • Artıq Google-də qibləni də axtarmaq mümkünd&# ...
  • Google Insights for search
  • #1 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.02.2008
    Oxçu qardaş, bir bax gör milli digg açmağın yeri olar?
    http://ne-geldi.com/digg/
    wink
    sitat gətir    

    #2 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Gurbanov
    http://ne-geldi.com/digg/


    dizaynı xoşuma gəldi. default`du ? qəşəng rəng uyumu var. ancaq funksionallığına tam baxmamışam hələki. görən belə bir servis açsan bizdə başa düşən olar=(((
    sitat gətir    

    #3 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.02.2008
    funskionallığı digg kimidir, istəsən gir bax digg.com

    amma məni də tərədddüt götürüb bizdə belə birşey lazım olar ya yox
    sitat gətir    

    #4 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Gurbanov
    amma məni də tərədddüt götürüb bizdə belə birşey lazım olar ya yox


    mənim xoşuma gəldi sistem. ancaq hesab eləmirəmki bunu layiqincə qiymətlindərələr =(((. bəlkə də risqə getmək olar =) nə deyim vallah....
    sitat gətir    

    #5 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.02.2008
    mənim bir axmaq xüsusiyyətim var, nə vaxt imtahanlar gəlir məni belə yeni proyektlər həvəsi götürür.

    Digg amerikad 25ci, dünyada isə ilk 100də var. Ən çox girilən saytlardandı. fikir vermişəm rus saytları adətən, bütün maraqlı şəkillərini videoları ordan götürürlər. Sistem belədi ki, kimsə maraqlı birşey tapırsa internetdə, onu submit eləyir, başqaları da bunu görür, əgər xoşlarına gəlirsə onlar da səs verirlər.
    bir başqa yaxşı xüsusiyəti odur ki, bloglar çoxaldıqca ortaq sistem yaranır digg vasitəsilə.

    Amma bizdə məncə tutmaz. Çünki bizdə hamı nəsə ya bölüşməyi xoşlamırlar ya da ki, başqasının tapdığı birşeyə çox agresivliknən baxırlar. eləbil dünyanın axırı gəlir. hamı öz saytını qabağa vermək istəyir. Mix.aza bir iki dənə maraqlı şey submit eləmişdim, diggdən tapdıqlarımı, qəbul eləmədilər ki üstündə vvatermark var :D haha)))
    sitat gətir    

    #6 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Gurbanov
    bloglar çoxaldıqca ortaq sistem yaranır digg vasitəsilə.


    digg`i istifadə eləməmişəm amma sistem haqqında türklərdən çox məlumat və işləmə prinsipləri haqqında eşitmişəm. Əla sistemdir. birdə türklərdə blograzzi var o sistemdə xoşuma gəlir...

    ancaq dediyin kimi bizdə belə şeylərə maraq həsdiz az olar. Onsuzda Mix.az Baku.ws kimi saytlarda sən dediyin kimidir. Orada özdə sözə az yer verirlər. birdəki biz bloglarda etdiyimiz kimi əgər adını çəkdiyimiz yerə link veririka onlar buna qəribə baxarlar. heç xəbərin qaynağı göstərilərmi =). ona görədə şəkilin üstündəki yazıya yəqin elə reaksiya veriblər
    sitat gətir    

    #7 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.02.2008
    Bambılıdıılar da. onu götürdüyüm saytın gündəlik 50 min istifadəçisi var, elə bil mix.azın 3 4 dənə qotur kəntalı userlərinə qalıblar :D həm də ki onlar üçün orda maraqlı bir şey olmaz, röyanın lüt şəkilləri ya tualetdə oturan yerdə şəkilləri yoxdu orda lol
    sitat gətir    

    #8 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Gurbanov
    həm də ki onlar üçün orda maraqlı bir şey olmaz, röyanın lüt şəkilləri ya tualetdə oturan yerdə şəkilləri yoxdu orda


    əşşi indi mix.az da ATV kimi özünə məxsus bir yol seçibdi uğurlar olsun :) . ammaki nə bilim bəzi şeyləri əsasən userlərin yaş həddinin aşağı olması belə mənzərə yaradır yəqin. Yenə hələ Mix belə baxanda birinci belə saytdıre. özdəri fikirləşib tapıblar formatı =). onun plagiatlarına nə deyək bəs =).
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: