Mart 03
CızmaQara, bAzNet : Növbəti Anket
| Sürətli internet - 21 (47%) |
|
|
| Lazımlı kontent - 4 (9%) |
|
|
| Ucuz internet - 9 (20%) |
|
|
| Səviyyə... - 8 (18%) |
|
|
| Hər şey var Oxatan bədbindir... - 3 (7%) |
|
|
Əvvəla onu deyimki bu son 3 səsi verən adam ya dünyadan bixəbərdir, ya Azərbaycanda yaşamadığı üçün buradan bixəbərdir. Ya da saytları qarışıq salıb "əyləncə portalı" zad axtarırmış gəlib düşüb bura. O varianta deyəcək elə də sözüm yoxdu.
Ancaq sorğuya Hamısı deyə bir əlavə variant da yerləşdirmək olardı. Bu zaman həmin variantın qalib gələcəyi bir növ açıq olardı. Ona görə də çatışmayanlar arasından ən çox bizi narahat edəni tapmaq üçün belə anketi verdik. Əslində 2-ci, 3-cü və 4-cü variantların inkişafı üçün elə məhz 1-ci variantın inkişafı şərtdir. Aliev demiş adam az qalır internet qoşulduğu ərəfədə filmə zada tamaşa eləsin. Bizdə sürətli internet olmadığı üçün məcbur olaraq əsəbləri zəif olan internet istifadəçiləri dözməyib atırlar bu internetin daşını. Kompüterdən oyun oynamaq üçün istifadə edirlər( elə məndə bu internet ucbatından "Need for Speed Most Wanted"ın axırına çıxmışam ). Nə qədərki bizdə İnternet sürəti düz əməlli olmaycaq , nə qədərki dünyada ən bahalı internet bizdə olacaq hələdə bizim internetdə nə lazımlı kontent olacaq nədə çox yüksək səviyyə. Dərd orasıdırki dünyada qiymətinə görə ən bahalılar arasında girən qonşu Türkiyədə belə internet bizdən qat qat ucuzdur. Əşşi yaxşı bizdə də bahalı edirsiz edirsiz, bir insaf də heç olmasa qiymətə dəyən keyfiyyət ola. Oda bizdən uzaq qaçır. Yatanda bu can sağlığı, ruzi - bərəkət, sülh - əminamanlıqdan başqa birdə internetin sürətli və ucuz olmağına dua edirəm. Sizdə mənə qoşularsız....
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.


