Oxatan.com » Xəbərlərin siyahısı Mart 2008 İldə

Mart 31

Ustune dinqildat.

Bir çox blogların istifadə etdiyi wordpress tema dizaynı sahəsində ən bilinən saytlardan biri olan wpdesigner 65 min dollara satıldı. Aylıq 896 mindan artıq hiti və 70min hostu olan saytın Pagerank`ı isə 7 idi. Google da isə wordpress theme tutoria üzərinə axtarışlarda ilk yerlərdə çıxan sayt heç bir reklam əlaqəsi olmadığı üçün gəliri sadəcə theme satışından əldə edirmiş. Sayt  marketplace adlı bir sayt üzərindən satılıb. Ancaq ümumi olaraq dəyərləndirildikdə bu cür göstəriciləri olan sayt üçün ucuz qiymətə satılıb demək olar. Saytın yeni sahibi google raklamlarından filan ödədiyi pulu qısa vaxtda geri qazanacaq.

Tags:

Mart 27

Ustune dinqildat.

Elektron poçtun atası hesab edilən, BBN Technologies şirkətində işləyən, Ray Tomlinson : "Bu texnalogiyanı ərsəyə gətirəndə "spam" deyə bir şeyin olacağını düşüməmişdim" dedi. Əlavə olaraq isə bunları qeyd etdi: " Spam həqiqətən bir problemdi. Ancaq o vaxtlar belə təhlükənin ola biləcəyini düşünə bilməzdim. Artıq e-mail bir alət halını alıbdı. Kim sitəyir yaxşı, kim istəyir pis məqsədlə istifadə edir". Yazını bütöv şəkildə  buradan oxuya bilərsiniz. Eyni zamanda yazıda e-maillərlə əlaqəli maraqlı statistikalarda verilibdi.

170 milyard: Dünyada gündəlik təqribi e-mail yollanır.
2 milyon: Hər saniyədə yollanan e-mail sayı.
49 dəqiqə: Bir ofisdə hər gün e-mail yoxlanışı ilə keçirilən zaman.
30-40. işçilərin e-maillərini bir saatda yoxlama sayı.

Maraqlıdı Azərbaycandan bu statistikaya nə qədər dəstək var ...

Tags:

Mart 25

Ustune dinqildat.

Bu gün oxuduğum bir xəbərdə Wikipediada bəzi islahatlar etmək istədikləri yazılı idi. Deyilənə görə lazımsız yazıları, məlumatları silmək istəyirlər. Ancaq buna müxaliflərdə var. Bir qismi silinməsinin tərəfdarı olduğu halda digərləri bunun saytın papulyarlığına ziyan gətirəcəyini fikirləşir. Mənim fikrimcə isə sərbəstliyi tam almamaq şərti ilə ciddi nəzarət lazımdır. Çünki istər-istəməz səhv məlumatlar olur. Bunu tənzimləmələri yaxın vaxtda mümkün kimi görünmür. Ancaq ciddi nəzarət edə bilərlər. Amma yəqinki ilk əvvəl İngilis dilli məlumata nəzarət olacaq. Görək qərarlarının axırı necə olur.

Tags:

Mart 24

Ustune dinqildat.

"Time" internet istifadəçilərinin həyatında xüsusi rol oynayan, onlarsız olmaz deyilən 25 internet saytının adını açıqlayıbdı.
Amazon.com
BBC
citysearch
Craigslist.org
Del.icio.us
Digg
Ebay
ESPN
Facebook
FactCheck
Flickr
Google
HowStuffWorks
The Internet Movie Database
Youtube
Kayak.com
National Geographic
Netflix
Technorati
TMZ.com
Usa.gov
Television With Out Pity
WebMD
Wikipedia
Yahoo

Fikrimcə bu redaktorun şəxsi düşüncəsidir sadəcə. Amazon.comda artıq amazonluq qalmayıbdı heç. Əvvəlki günlərini artıq çoxdandır şam işığı ilə axtarır. Məncə ən azından sıralama çox uğursuzdur. Facebook nə vaxtdan Google`dan önə keçibdi. Nə vacib servisdirki Facebook? Hələ Yahoo`nu demirəm. Yazıqları lap ən axıra qoyublar. Madamkı onlar öz kefinə görə tərdib ediblər, məndə öz zövqümə görə ilk üçlüyü qeyd edim:
Google
Yahoo
Wikipedia

Tags:

Mart 22

Ustune dinqildat.

Sosial şəbəkələrin dünyada reytinqləri alt üst etdiyi vaxtda Azərbaycan internetində də sosial şəbəkələr yaranır. Əvvəldə xəbər vermişdik. İlk olaraq www.azcomonline.net yarandı. Ardından emi.az sosial şəbəkəsi. Növbəti olaraq isə Myxazar.com sosial şəbəkəsi. Sayt adının oxşarlığından da görsəndiyi kimi Xaza.com`a məxsus servisdir. Xazar`ın rəsmi blogunda verilmiş məlumata görə sistem tam fəaliyyətdə deyil, test rejimində işləyir. Gələcəkdə sistemin inkişaf etdiriləcəyi vurğulanır. Sistem tam fəaliyyətə başlamasada kifayət qədər geniş və funksionaldır. Ad və servis seçimlərində MySpace`ə bənzədildiyini göstərir. Elə saytın adının yazı tərzidə bunu deməyə əsas verir. Sistem iki dildədir. Azərbaycan və İngilis dilində fəaliyyət göstərir. Rəsmi blogdan oxuduqda sistemdə olan funksiyalar haqqında ətraflı məlumata sahib olmaq mümkündür. Ancaq son zamanlarda açılan bu sistemlərə nə dərəcə marağın olacağı isə müəmmalıdır. Bir növ böyüklər üçün oyuncaq funksiyası daşıyan sosial şəbəkələr Azərbaycanda nə qədər maraqla qarşılanar sual altındadır. Hər halda bizim internet istifadəçilərinin istifadə səviyyəsi heç də hamsının böyüdüyünü deməyə imkan vermir.

Tags:

Mart 22

Ustune dinqildat.

Nəhayət deyəsən inkişafa doğru qədəm qoyuruq. Son vaxtlarda BarCamp Azərbaycan yaradılıbdı. Barcamp Azərbaycan haqqında indi ətraflı danışacağıq. Əvvəla onu deyimki MDB və Baltikyani ölkələrdə indiyə qədər yalnız iki Barcamp təşkil olunub: Kiyev və Riqa Barcampları. Riqa Barcampında Azərbaycandan 5 iştirakçı iştirak edib. Bu iştirak edənlərdən Alievin öz dilindən Barcamp haqqında oxuya bilərsiniz. Bu ay isə Azərbaycanda, Riqa Barkampının təşkilatçıları Bakıda martın 27-də "Barkamp", "Barkamp Qafqaz" , "Barkampın əhəmiyyəti" haqqında məlumat verəcəklər. Ətraflı məlumatı BarCamp Azərbaycan saytından ala bilərsiniz. İndi də Barcam haqqında ətraflı...

Tags:

Mart 21

Ustune dinqildat.

Oxuduğuma görə sosial şəbəkələrin fevral ayı sıralaması elan edilib. Birinciliyi dünynanın sosial şəbəkə sahəsində marka adı olan Myspace tutur.İkinci yeri isə ötən illəri adını tez-tez eşitdirən Facebook tutur. Ancaq bu statistika təkcə ABŞ istifadəçiləri əsasənda açıqlanan statistikadır. Sıralamada 5-ci yeri tutan Bebo isə ötən vaxtlar ərzində satışı gerçələşən növbəti saytlardan olmuşdu. Beləki saytı AOL 850milyon dollara satın almışdır. Belə saytların güclü və təcrübəli kompanyalar tərəfindən satın alınması və ya müəyyən hissəsini alaraq şəriklik etmələri önümüzdəki aylar üçün bir-biri ilə rəqabətə girərək istifadəçilərə daha çox hizmət vermələri ilə nəticələnər deyə düşünürəm. Qlobal sosial şəbəkələrdən başqa qonşu ölkələrin sosial şəbəkə saytlarıda olduqca uğurlu fəaliyyətini davam etdirir. Qonşu Türkiyə`də Mynet`in 10 milyon ( 15 və ya 18 milyon idi rəqəm dəqiq yadımda qalmayıbdı ) dollardan daha çox ödəyərək aldığı Yonja.comMail.ru saytının xidməti olan my.mail.ru daha papulyarlar arasındadır. Önümüzdəki vaxtlarda bu tipli yerli saytların bizdə hansı maraqla qarşılanacağı isə mənə çox maraqlıdır.

Tags:

Mart 17

OxatanÖtən həftə həm mən, həmdə "oxatan" bir az qeyri aktiv olduq. Bir tərəfdən bayramların gəlməyinə görə artan işlər, digər tərəfdən öz işlərimizin çoxalmağı nəticəsində yazmağa vaxt qalmır. Ümid edirəmki işləridə yerbəyer edib yenidən gündəlik yazmağa vaxt ayıra bilərik. Sözü çox uzatmayım sadəcə bu son vaxtlarda rastıma çıxan bir iki hadisəyə şərh verəcəm.
Deməli əvvəl Netty ilə başlayım. Arada iştirakçılara nəzər salırdım. Keçənlərdə nə görürəmki 2006, əyləncə saytları üzrə qalib Natarsan.az saytı yenidən üzv olubdu və saytda təsdiqlənibdi. Mən bilən bir dəfə qalib olan sayt axı yenidən iştirak edə bilməz. Ələxsusda eyni kateqoriya üzrə. Amma yenə əyləncə saytları kateqoriyasında bu sayt mübarizə aparır. Sonrada deyirlər Netty`də hər şey düzdür. İndi bilmirəm yuxulu vaxtlarına düşüb ya nədirsə saytı rədd etməyiblər eks qalibi. Bilmirəm bəlkədə rüşvətini hörmətini eləyibdi ona görə bu il də qalib olmaq itəyir. Bax ona bir söz deyə bilməyəcəm. Burada artıq axan sular durular, mükafat da onların olar. Bizim blog da əyləncə kateqoriyasına üzv olduğundan ora çox nəzər yetirirəm. Təqribi olaraq namizəd saytlar arasında 8-10 aras DLE üzərinə qurulmuş sayt var. Seçim arasında birinci onlardan biri çıxsa mənim deməyə başqa sözüm olmaz.
Birdə keçənlərdə bir Google reklamında görmüşdüm həmdə o dəfə mailimə belə bir mesaj gəlmişdiki engelgor.com`a daxil olun MSN də sizin kimin əngəllədyini görün. Oturub həm bir xeyli güldüm. Həmdə əsəbləşdim. Utanmasalar deyəcəklərki parolunuzla bərabər eviniz açarında bizə yollayın. Belə baxanda məni kim MSN`də iqnor eləsə Allah canın sağ eləsin. Mənə nə düşüb girib birdə ona baxam görəm. Parol əldə etmək üçün bu camaat özünü axırıncı yola qoyubdu lap. Məsləhətim odurki sizə də bu tipli e-maillər gəlsə əsla ciddi qəbul etməyin.

Tags:

Mart 13

Oxatan.comBu gün Mak.az`da oxuduğum xəbərə görə Microsoft`un bizdəki təmsilçiliyinə yeni rəhbər gəlibdi. Maraqlı orası olduki mənə yeni rəhbər Azərbaycanlıdır. Bundan əvvəlki rəhbər əcnəbi olubdur. Belə vəzifələrdə yerli kadrların işləyə bilməsi sevindiricidir. Yəni haqqı olaraq işləmələrini nəzərdə tuturam. Bacarığı olduğu, ona bu işdə etibar edilməyə layiq olduğu üçün. Microsoft kimi bir şirkətin də bu cür kriteriyalara əməl etdiyini fikirləşəndə sevindirici haldır. Xəbərin tam məzmunu isə belədir:
«Microsoft» Korporasiyası «Microsoft Azerbaijan» şirkətinin yeni baş direktoru vəzifəsinə Teymur Axundovun təyin olunmasını elan edib. O, bu vəzifədə Vladimir Çaykovskini əvəz edib. Çaykovski, müqavilə bitdikdən sonra, «Microsoft Ukraine» ofisinə dövlət idarələri ilə iş üzrə direktor işinə keçib.
Axundov Korporasiyada fəaliyyətinə 2005-ci ildə Azərbaycanda və Gürcüstanda dövlət təşkilatları və korporativ sifarişçilərlə iş üzrə departamentin direktoru kimi başlayıb.
«Biz burda işə iki il əvvəl başlamışıq və ötən müddət ərzində müsbət nəticələrə nail olmuşuq. Mən əminəm ki, biz tərəfdaşlarımızla, sifarişçilərimizlə sıx işləyərək və əlbəttə, dövlətin dəstəyi ilə, şirkətin Azərbaycanda gələcək inkişafını təmin edə biləcəyik», - yeni baş direktor deyib.
Axundov Azərbaycanın informasiya texnologiyaları bazarında on beş ildən artıq iş təcrübəsinə malikdir. İnformasiya texnologiyaları sahəsində ali təhsili var: 1991-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) «İnformasiya-hesablama texnikası» ixtisası üzrə bitirib.
«Microsoft Azerbaijan» şirkəti 2005-ci ildən işləyir. Onun vəzifələrinə Azərbaycan ərazisində proqram təminatı bazarının inkişafı və korporasiya məhsullarının irəliləməsi, tərəfdaş və sifarişçilərin dəstəklənməsi, həmçinin, korporasiyanın yeni texnologiyasının lokallaşdırılması və sosial layihələrin reallaşdırılması daxildir.

Tags:

Mart 13

Oxatan.comBu gün nə görsəm yaxşıdır. Ilk10`dan saytlara baxanda, gördümki uzun illərdir əl dəyməyən sayt yenilənibdi. Yadımdadır hələ bu blog yazmaq işinə başlamamışdıq ancaq vaxt tapdıqca oxuyurdum. Elə həmin vaxtlarda indiki BLOGran`a çevrilmiş köhnə Birinci blog`da belə bir yazı oxumuşdum - "Partdaq gələcəyə doğru?". ( düzü təbəssümlə oxumuşdum ) Deyəsən bu yazıdakı tövsiyyəyə cavab gəldi ay BLOGran qardaş. Baxıramki elə Parlaq`da modayla ayaqlaşdı. Yox yox web 2.0 və Ajax`la yox. Sadəcə elə sənin də məsləhət etdiyin kimi Mix.az Open.az və s. kimi bir blog ( ya da webzine deyək ) təşkil elədi. Qınamalı da deyil. Harada, nədə reytinq var qaçdı onun dalınca. Düzdə elədi. Düzdü bu DLE üzərində qurulmayıbdı. Ancaq həmin sistemə oxşadılıbdı. Favicon`una baxanda və o tərəf, bu tərəfinə nəzər yetirəndə SLAED CMS`in DLE`ə oxşadıldığını gördüm. Xeyirli olsun deyək! İllər sonra gələn bu dəyişikliyə səbəb yəqinki reytinq sıxıntısı oldu. Bəs elə də qeyri adi xəbər dəyəri olmayan bu yazını niyə yazdım deyə soruşsaz, səbəb elə məhz əvvəlki sitatıma bir cavab idi. Dedim BLOGran qardaşa deyimki, səsini eşidən oldu deyəsən. Yəniki yazmağa dəyər...

Tags: