Fevral 19
Oxu atan: oXchu | Baxılıb: 108 | Bölmə: bAzNet

Dünyaca papulyar ensiklopediya saytı
wikipedia `da Məhəmməd peyğəmbər haqqında məlumat verilərkən guya ona məxsus rəsimdə yerləşdirilib. Bütün islam dünyasının buna etirazına baxmayaraq rəsim saytdan götürülmür. Son məlumata görə 180.000 dən artıq şikayət maili daxil olub ancaq buna baxmayaraq sayt peyğəmbərin
rəsmini hələdə saxlayır. Buna səbəb olaraqda onlar bitərəf bir ensiklopediya saytı olduqlarını bildirirlər. Ətraflı məlumatı
buradan oxuya bilərsiniz.
Tags: wikipedia ensiklopediya islam
Ətraflı
Fevral 18
Oxu atan: oXchu | Baxılıb: 95 | Bölmə: bAzNet

Bildiyimiz kimi günümüz internet aləmini məlumatlar bazası olmadan təsəvvür
etmək olmaz. Bu baza sistemlərindən ən çox yayılmışı, Aznetdə də ən çox
istifadə olunan MySQL sistemidir. Sistemi idarə etmək üçün müxtəlif
platformalardan istifadə edilir. Bunlardan biri də
TurboDbAdmin sistemidir. Ən yüksək keyfiyyəti, Ajax ilə dəstəklənməsidir. Yaxın zamanda
MySQL ilə birgə
PostgreSQL dəstəyidə veriləcəyi vurğulanır.
TurboDbAdmin
ilə qısa şəkildə desək, aşağıdakı əməliyyatları həyata keçirmək olar.
1. Məlumatlara baxa bilərsiniz.
2. Məlumatları səhmanlaya bilərsiniz.
3. Məlumat bazasını, cədvəlləri import və ya export edə bilərsini.
4. SQL əmrləri yaza bilər və işlədə bilərsiniz.
5. Sorğu nəticələrini dərhal görə bilərsiniz.
Bu məhsulu tes etmək üçün
demo səhifəsinə baxa bilərsiniz. Yükləmək üçün isə
buraya klikləyə bilərsiniz.
Tags: TurboDbAdmin MySQL PostgreSQL demo ajax
Ətraflı
Fevral 16
Oxu atan: oxatan | Baxılıb: 278 | Bölmə: Mənə nə?
Bakıda gələcəkdə tikilməsi planlaşdırılan yeni göydələnlərin maketləri.
Baxdıqca göz oxşayan proyektlərdir və qərb ölkələrindəki analoqlarından
heç bir xüsusiyyyətlərində geri qalmırlar. Əlbəttə plana uyğun dəqiq
tikilib həyata keçirilsə. Rəsimləri bizimlə paylaşan
897344 ləqəbli istifadəçiyə xüsusi təşəkkürümüzü bildiririk. Göydələnləri isə görmək istəsəz xəbəri
ətraflı oxumaq kifayətdir.
Tags: baku, bakı, baki, park, plaza, oil, avenue, küçə, yeni, socar, ardnş,
Ətraflı
Fevral 16
Oxu atan: oXchu | Baxılıb: 112 | Bölmə: bAzNet

Bizim ölkədi internet sahəsinə nə qədər fikir verilir deyilsədə buna
inanmaq üçün gərək ölkə hüdudlarından kənarda yaşayasanki görmüyüb
inanasan. Elə buna görə də internet bazarından olan xəbərlərimiz
əksərən xarici xəbərlər olur. Son yenilik olaraq ancaq
Turizm portalı fəaliyyətə başlayıb deyə bilərdimki, bunu da yəqinki dünən axşam
ANS TV də baxmış
olarsız yəqin. Mənim əlavə edəcəyim isə odurki sayt düz əməlli tam
bitməmiş təqdim ediblər yəqinki. Çox var gəl etmədən sayta bir iki
bölməyə kliklədim.
Xəritələr bölməsinə
daxil olanda isə bir şey tapa bilmədim. Bu boyda dövlət nəzarətində
yaranan sayta bir xəritə düz qoş edə bilməyiblər niyə? Yenə də fərdi
saytlar - bu işdə onda
kataloq.neti alqışlamaq lazım olur sadəcə.
Bakının xəritəsini
yerləşdiriliblər. Həmdə kifayət qədər ətraflı. Bəs belə yarımçıq
edəcəkdilərsə nəyə görə işə başlayıblar, qrand üçün ya niyə... Bizdə bu
qeyri inkişaf getdiyi vaxtda dünya internet bazarında yeni bir satılma
xəbəri yayılıb.
Ətraflı oxuyun:
Tags: yahoo google microsoft milyard milyon kataloq tourism
Ətraflı
Fevral 16
Oxu atan: oXchu | Baxılıb: 88 | Bölmə: bAzNet

Google'dan Niels Provos'un
raportuna görə
internetdə gəzişmək, axtarış sistemlərindən istifadə artıq gedərək
təhlükəli bir iş halına gəlir. Uzun vaxt bu barədə araşdırmalar
aparılımışdır. Bütün zəhmətlərin nəticəsi olaraq, il yarım davam edən
araşdırmadan sonra 180 min internet saytındakı 3 milyon URL`un
ziyarətçilərinə zərər verici yükləmələr etdiyi aydınlaşıb.Bu isə çox
böyük göstəricidir. Gündə minlərlə kompyuterin bu zərərvericilərə
yoluxması deməkdir. Bu tipli saytların isə böyük əksəriyyətini Çin
saytları olduğu bildirirlir. Bundan sonra axtarış sistemində Çinə
məxsus saytla qarşılaşanda daxil olmazdan əvvəl iki dəfə fikirləşmək
lazım gələcək. Mövzu ilə əlaqəli ətraflı olaraq buradakı
xəbərdə,
raportda, və
google
blogunda tanış ola bilərsiniz.
Tags: google chin çin search virus
Ətraflı
Fevral 15
Oxu atan: oXchu | Baxılıb: 114 | Bölmə: bAzNet

Bu gün marketing saytlarımızdan biri olan ( mən bilən elə düz əməlli bir dənə budur )
mak.az`da maraqlı bir xəbər gördüm. Artıq son vaxtların dəb saytı olan
facebook bir yenilik daha edib. Buyurun bu da xəbər:
14 fevraldan etibarən Facebookdakı dostunuza yalnız virtual hədiyyə deyil, həmçinin real hədiyyə də alıb göndərə biləcəksiniz. Hələ ki, yalnız MARS məhsullarını göndərmək mümkün olacaq.
Bunun mümkün ola bilməsi üçün, Facebook yeni Celebrate ( bayram qeyd etmək) xidmətini istifadəyə verib. Celebrate vasitəsi ilə xoşunuza gələn şokoladı dostunuza hədiyyə edə bilirsiniz. Siz hədiyyəni göndərəndən sonra, hədiyyəni alan şəxs SMS vasitəsi ilə xüsusi şifrə alır. Hədiyyə ünvanlanan şəxs, şifrəsini partnyor mağazalardan birinə təqdim edib, öz hədiyyəsini əldə edə bilər.
Bill Gates özünün Facebookdakı istifadəçi səhifəsini ləğv etməsə idi, Allah bilir indi nə qədər şokolad hədiyyə alardı. Facebook adlanan virtual sosial topluluqdan imtina etməzdən əvvəl, Bill Gates öz poçt qutusunda hər gün təqribən 8000 dostluğa dəvət mesajı alırdı.
Bill Gatesin Facebook istifadəçisi olmaqdan imtina etməsinə baxmayaraq, hal hazırda Microsoft və Facebook uğurlu əməkdaşlıqlarını davam etdirirlər.
Tags: facebook mars gifts hediyye hədiyyə
Ətraflı
Fevral 14
Oxu atan: oXchu | Baxılıb: 191 | Bölmə: bAzNet

İndi istənilən sayt açan şəxs öz saytını dərhal bu statistika
sistemlərinə üzv edir. Həm bu saytın tanınmasını bir qədər
asanlaşdırır. Həm saytının digərləri ilə necə rəqabətini aydın görmək
olur. Bu yolla asan olaraq sayta keçidləri, hansı səhifələrin çox
istifadəsini və s. bilmək olur. Aznetdə ən çox istifadə olunan isə
papulyar rus aytı olan
Mail.ru`nun
statistika ölçənidir. Demək olarki ən ideal ölçənlərdəndə biridir. Bir
çox xüsusiyyət ilə çox əlverişli imkanlar təqdim edir. Belə sistemlər
Bizim internet dünyamızda da var. Bunlar haqqında fikirlərim, və
müşahidələrim:
Tags: ilk10 iNet azerinter.net bakililar.az a-z.az statistika statistic counter
Ətraflı
Fevral 14
Oxu atan: oXchu | Baxılıb: 87 | Bölmə: bAzNet

Əksər istifadəçilərə internet deyəndə gözünün önündə
Explorer`in simvolu canlanır. Əksəriyyət gözünü açıb onda hansısa bir sayta daxil olubdur. Ümumi statistikaya görədə elə bu browser istifadəyə görə dünaya lider səviyyədədir. Ən böyük səbəb isə Windows əməliyyat sistemində bunun ilk dəfədən quraşdırılmasıdır. Ancaq son dövrlərdə
Firefox ciddi olaraq rəqib sayıla bilər Explorer üçün. Getdikcə bütün dünyada sürətlə istifadə səviyyəsi yüksələn Firefox getdikcədə özünü təkmilləşdirir. Artıq növbəti versiyası çıxıb.
Firefox
Setup 3.0 Beta 3 adlanır. Saytına
buradan daxil ola bilərsiniz. Əgər Türk dilində versiyası istəsəz
buradan yükləyin. Ətraflı məlumatı
buradan əldə edin. Xüsusiyyətləri üçün isə
buranı oxuyun.
Tags: internet explorer firefox
Ətraflı
Fevral 14
Oxu atan: oXchu | Baxılıb: 210 | Bölmə: CızmaQara

Bu gün ilin ilk sevgililər gününü yaşayırıq. Hə, heç bir xalqda olmayan iki sevgililər günündən birini. Hər nə qədər bu gün milli olmasada hər kəs öz sevgilisinə hədiyyə alır. Hünəri də nədir almasın. Yoxsa barışmaq üçün ondan çox xərci çıxacaq. Qabaqdan axı 8 martda gəlir. Gərək özünü bağışlatmaq üçün həmin günü olduqca bahalı hədiyyə ala. Üstəlik barışmaq üçün edəcəyi jestlərdə pul tələb edir. Böyüklərimizin həmişə "zəmanə korlanıb" demələri acığıma gəlirdi. Kim belə deyirsə onunla mübahisə edirdimki əvvəldəndə belə olmuşuqda. Elə dastanlarımızda filan hamsında yazılıbdı. Həmişədə inanmırdımki indiki gənclər arasında belə fikirli başqasıda olsun. Bu gün gördümki sən demə varmış. Gün səhər qəzetinin yazarlarından biri olan
Şəbnəm Bəkirzadə`nin yazısını oxuyanda elə bilki çoxdandır demək istədiklərimi o yazırdı. Tamamilə üst - üstə düşür yazıdakı fikirlərlə mənim fikirlərim. Ona görədə özüm birdə bu mövzu haqqında yazmaq istəmədim.
Ətraflı oxuyaraq sizdə bu yazı ilə tanış ola bilərsiniz. Elə müəllif demişkən
14 fevral bayramınız mübarək, ey sev(iş)ənlər!
Tags: 14 fevral february Valentine day sevgililər günü
Ətraflı
Fevral 13
Oxu atan: oXchu | Baxılıb: 154 | Bölmə: bAzNet

İnterneti bir az gəzəndə yenə bir neçə yeni saytın olduğunu gördüm. Yenə
klassik ənənəyə sahib olan ənənəvi saytlarda çıxdı qarşıma. Hətta zövqsüz və
ancaq HTML
dən ibarət, heç bir style`i olmayan jurnal saytı ilə də rastlaşdım.
Belə nümunələrin onsuzda çoxluğunu nəzər alıb bir az fərqli formatda
olan saytlar barədə məlumat vermək istədim. Bu dəfə seçdiyim saytlar
iqtisadi yönümlü saytlardır. Bu sahənin Azərbaycanın internet məkanında
heç inkişaf etmədiyi deyilməsədə açıq aydın üzdə olan gerçəklikdi.
Bizdə nə webmoney nə də paypal kimi şərti ineternet pul vahidləri yoxdur. Uzun müddətdə belə yenilik gözləməyənlərdənəm düzü. Onsuzda bizdə eBay
kimi bir saytın yaranmasını ümid etmək sadəlövhlük olardı. Ancaq
internet üzərindən alış - veriş etməkdə hamımızın ürəyindən keçir. Eşitdiyimə görə
Azərbaycanda yaxın vaxtlarda bunun lisenziyasını alan bank olub. Görək
gələcəkdə nələr olacaq. İndi isə yazının əvvəlində dediyim saytlar:
Ətraflı oxuyaraq görə bilərsiz
Tags: sayt marketing ticarət iqtisadiyyat
Ətraflı