Oxatan.com > bAzNet > Fast blog

Fast blog


Fevral 29. Ðàçìåñòèë: Shaig M
Oxatan.comQısa olaraq sizə bir növ tez tələsik blog yaratmaq saytı olan Tumblr haqqında demək istədim. Əgər blog yazmağa az vaxtınız olursa bu sistemdən istifadə edə bilərsiniz. Bu sistemi fast blog da demək olar. Ya da özlərinin dediyi kimi Tumblelog. Ən böyük xüsusiyyətlərindən biri tez qeydiyyatdır. Burada adınız.tumblr.com olaraq blog sahibi ola bilərsiniz. Ya pullu domainə də bağlamaq mümkündür. Sistem artıq indidən bir xeyli papulyarlıq qazanıbdır. Hal hazırda istifadəçi sayı 180.000-dir. Hər ay isə təxmini  17.000 istifadəçi sistemə daxil olur. Bu sürətlə böyümə getsə 2008 axırında istifadəçilərinin sayı 1 milyonu keçə bilər. Sistemə günlük orta hesabla 43.000 yeni yazı yazılır. Sistemə belə maraq olmasıda qəribədir. Beləki 2,3 milyon Wordpress istifadəçisinin günlük yazı yazmaq həcmi təqribi 106.000-dur. Belə nəticəyə gəlmək olarki sistem çoxlarının marağına səbəb olubdur. Sistemin yaradıcısı 21 yaşında David Karp adlı bir gəncdir. Analitiklərin fikrinə görə yaxın zamanda bu sistemin karlı alıcısı çıxa bilər. Belə proyektlərdən Aznetdə də görmək ümidi ilə...