Oxatan.com » bAzNet » Fast blog

Fevral 29

bAzNet : Fast blog

Oxatan.comQısa olaraq sizə bir növ tez tələsik blog yaratmaq saytı olan Tumblr haqqında demək istədim. Əgər blog yazmağa az vaxtınız olursa bu sistemdən istifadə edə bilərsiniz. Bu sistemi fast blog da demək olar. Ya da özlərinin dediyi kimi Tumblelog. Ən böyük xüsusiyyətlərindən biri tez qeydiyyatdır. Burada adınız.tumblr.com olaraq blog sahibi ola bilərsiniz. Ya pullu domainə də bağlamaq mümkündür. Sistem artıq indidən bir xeyli papulyarlıq qazanıbdır. Hal hazırda istifadəçi sayı 180.000-dir. Hər ay isə təxmini  17.000 istifadəçi sistemə daxil olur. Bu sürətlə böyümə getsə 2008 axırında istifadəçilərinin sayı 1 milyonu keçə bilər. Sistemə günlük orta hesabla 43.000 yeni yazı yazılır. Sistemə belə maraq olmasıda qəribədir. Beləki 2,3 milyon Wordpress istifadəçisinin günlük yazı yazmaq həcmi təqribi 106.000-dur. Belə nəticəyə gəlmək olarki sistem çoxlarının marağına səbəb olubdur. Sistemin yaradıcısı 21 yaşında David Karp adlı bir gəncdir. Analitiklərin fikrinə görə yaxın zamanda bu sistemin karlı alıcısı çıxa bilər. Belə proyektlərdən Aznetdə də görmək ümidi ilə...


Subscribe      Qaynaq - Oxatan.

Tags: tumblr.com David Karp Tumblelog Wordpress

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Mobiland.az
  • Statistika sistemlərimiz
  • MyXazar.com - yeni community fəaliyyətə başladı
  • Yeni bir layihə. Qısaca desəm milli digg
  • Blog sistemi
  • #1 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.02.2008
    Deyirəm gəlin bir blog sistemi də biz açaq. Hərşey var, bircə admin pəncərəsini tərcümə lazımdır.
    nümunə üçün, wordpress.com
    eyni şey olacaq amma azerbaycanca, bir domain də fikirləşmək lazımdır
    sitat gətir    

    #2 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Gurbanov
    Deyirəm gəlin bir blog sistemi də biz açaq. Hərşey var, bircə admin pəncərəsini tərcümə lazımdır.
    nümunə üçün, wordpress.com
    eyni şey olacaq amma azerbaycanca, bir domain də fikirləşmək lazımdır


    görək Azeriblog`un axırı necə olacaq hələ =). fikrimcə belə bir proyekt edən zaman local olmaması üçün Azərbaycan dilindən əlavə bir dil versiyasıda lazım olar. beləcə kənara açılmaq şansıda olar. ancaq Aznet üçün hələki normal səviyyədə biri var. bizdə blogculuq anlayışı öz yerini tutmayıb heyifki =((
    kreativ cəhətdən ad seçiminə qalanda isə məncə Blogran çox qəşəng addır. gərək belə bir ada malik olsun =). imkan daxilində qısa olmalıdır.
    sitat gətir    

    #3 yazdı: az-ya




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Elə bir xüsusi kreativliyə də ehtiyac yoxdu məncə.
    Blog.az aç getsin. Əsas odu ki, sitem geniş imkanlı və daimi olsun.

    Azeriblog`un xüsusiylə tərtibat cəhətdən çox çatışmazlıqları var.
    Üstəlik adını da bəyənmirəm. Nəsə "Azeri" deyəndə elə bil başıma qaynar su tökürlər =)
    sitat gətir    

    #4 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: az-ya
    Elə bir xüsusi kreativliyə də ehtiyac yoxdu məncə.
    Blog.az aç getsin. Əsas odu ki, sitem geniş imkanlı və daimi olsun.

    Azeriblog`un xüsusiylə tərtibat cəhətdən çox çatışmazlıqları var.
    Üstəlik adını da bəyənmirəm. Nəsə "Azeri" deyəndə elə bil başıma qaynar su tökürlər =)


    mənimdə bax .az domainində işləmək deyəndə elə bil başıma qaynar su tökülür =). müstəqil NS dəyişmək imkanı olmur. həmdə hər an tutub əlindən alınma ehtimalı var. həmdəki belə qısa və mənalı domainləri özlərinə götürürlər satmırlar. bunlardan başqada gələcək üçün dünya arenasına çıxmaq kimi imkan azalır. məsələn bizdə hansı .it .nl kimi saytlar yaxşı tanınıbdır ?
    sitat gətir    

    #5 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.02.2008
    Blogran adı mənim adımadır, pul verən varsa sataram. Domaini də, Elvini də :D
    Mən dediyim blog sistemi Azeriblogdan çox genişdir. blogsome.com -un eynisi. bütün dillər var, azərbaycan dilinnən başqa. onu tərcümə eləmək lazımdır.
    sitat gətir    

    #6 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Gurbanov
    Blogran adı mənim adımadır, pul verən varsa sataram. Domaini də, Elvini də :D


    Elvinin gözündən iraq smile
    əslində ağla batan fikirdi. ancaq digg sistemi ilə bunu birləşdirmək daha yaxşı olardi =). üstəlik blogda yazılanlar sistemə avtomaik əlavə olunardı...
    sitat gətir    

    #7 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.02.2008
    Avtomatik əlavə alınanları ruslar ediblər, redrtam, readme.ru. AMma o yaxşı deyil. çünki, o zaman həddinnən artıq çox olur. camaat bilmir nə oxusun. ancaq yaxşıları yığmaq lazımdır :D

    Görürəm sənin o domainə gözün düşüb :D
    sitat gətir    

    #8 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Gurbanov
    Avtomatik əlavə alınanları ruslar ediblər, redrtam, readme.ru. AMma o yaxşı deyil. çünki, o zaman həddinnən artıq çox olur. camaat bilmir nə oxusun. ancaq yaxşıları yığmaq lazımdır :D

    Görürəm sənin o domainə gözün düşüb :D



    readme.ru xəbərlərin olduğu sayt bilirdim axı mən. bizdə bir ara eləmək istədiləre directory.com.az. belə bir şeydir mən bilən. indi xebernet.com edibdi.

    webrazzi.com`da pis xidmət deyil...

    Blogran`ın artıq yiyəsi var əşşi. sağlığına qismət olsun =).
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: