Oxatan.com > bAzNet > "Stage6.com" 28 fevralda bağlanır.

"Stage6.com" 28 fevralda bağlanır.


Fevral 27. Разместил: Shaig M
2006 'da açılan, istifadəçilərinə DivX formatında video yükləmə imkanı verən, videoların baxılıb paylaşıla bildiyi və artan ADSL sürətilə belə getsə Youtube'nin taxtına oturmağa namizəd olan stage6.com 28 Fevral tarixi etibarı ilə bağlanır. Stage6`nın bu qərarından sonra bir çox saytın problemlərlə üzləşəcəyi güman edilir. Çünki saytlar stage6 üzərindən bir sıra videoları yayımlayırdılar. Bağlanma səbəbi ilə əlaqədar isə dəqiq məlumat əldə edə bilmədim. Saytda yazılanlara görə maddi problemlərlə əlaqədardır.Bəlkə saytı almaq qərarına gələn hansısa iri şirkət peydə olandan sonra fəaliyyətini davam etdirər. Bu isə sual altındadır. ( mən elə bilərdimki maddi problem ancaq bizim ölkəmizdə olur )