Oxatan.com > CızmaQara > Aznet`dən qan iyi gəlir!!!
Aznet`dən qan iyi gəlir!!!Fevral 26. Разместил: Shaig M |
|
16 il əvvəl 26 fevral günü Xocalıda ölənlərə Allah rəhmət eləsin. Allah xalqımıza səbr
verməsin.
Bu gün bütün Azərbaycan saytlarında Xocalı faciəsinin izləri var. İstər yüksək reytinqli istər aşağı, istər xəbər saytları istər əyləncə hətta "əyləncə" saytlarında da - bir sözlə gündəlik content yayımlanan hər bir saytda faciənin epizodlarını görmək olurdu. Çox - çox sevindiricidirki hamımız hər zaman olmasada zaman-zaman ortaq məxrəcə gələ bilirik. Üstəlik bu elə-belə mövzu deyil, tariximizin ən dəhşətli səhifəsidir. Buna görə də hər bir saytın öz oxucusunu bu barədə məlumatlandırması çox yüksək haldır. Bir - iki saytı çıxmaq şərti ilə digər hamısı məsələyə ciddi yanaşmışlar. Xüsusəndə indexi daimi sabit olan və content yayımlamayan box.az bu gün münasibətilə ilə http://www.khojaly.org/ saytına keçid vermişdir. Bir də azeroo.com saytı girişdən əvvəl intro yerləşdirərək öz ənənəvi yayımlarında məxsusi dəyişikliklər etmişlər. Son olaraq isə sözü heç nəyə elə-belə baxmayan bir blogdaşımıza verirəm... Burada bizim nəyə görə dünya müstəvisində Xocalının soyqırım kimi tanıda bilməməmizə aydınlıq gətiribdi. |