Oxatan.com > bAzNet > Nəyimiz var?...

Nəyimiz var?...


Fevral 25. Разместил: Shaig M
Azərbaycan interneti ilə bağlı bundan əvvəl əksərən tənqidi yazılar yazmışdıq. Azərbaycanda yeni fəaliyyətə başlayan, xəbər dəyəri olan bir-iki saytdan başqa digərləri gördüyümüz kobud qüsurların tənqidi olmuşdu. Bəs heçmi bizim internet məkanında tərifə layiq sayt yoxdur ? Əlbəttə hər bir istifadəçinin fərdi sevimli saytı var. Qərar aldımki bu dəfə öz gözümlə Aznetdəki belə saytları sadalayım. Bu yazını yazmağıma əsas səbəblər - biri Blogran`da ( Bunu deməməkdən özümü saxlaya bilmirəm. Fikrimcə blogran adı çox gözəl kreativ addır. Məncə bu ad blogger, blogspot, blogcu kimi blog servisi verən bir saytda istifadə olunsa orjinal bir ad olardı. )  oxuduğum bu yazı, və Gurbanovun blogundakı Aznetdə olan bloglara baxışı oldu. Madam o, oxunası blogları yazdı məndə fikirləşdimki Aznetdə nəyimiz var ondan yazım. Ətraflı oxuyaraq yazı ilə tanış ola bilərsiniz.

Burada olan fikirlər tamamilə yazarın ( yəni mənim ) subyektiv fikridir. Öz fikirlərinizi şərhlərdə bildirə bilərsiniz. Siyahını çoxalda və ya azalda bilərsiniz. Mənim ilk ağlıma gələnlər bunlardır. Onu da qeyd edimki yazacağım saytlar Azərbaycan dilində olan saytlardı. Rus dilli saytlarımızı bura qatmamışam və belə fikrimdə yoxdur. Onda gərək MDB`dəki çox saytı yazam.

İlk olaraq Aznetdə uğurlu proyektlərdən biri olan box.az dan başlayım. Fikrimcə ən böyük uğuru uzun müddətdir fəaliyyət göstərməsindədir. 2000 - ci ildən fəaliyyətdə olan saytda bir sıra yeniliklər olub. Kifayət qədərdə çox istifadəçisi var. Hər nə qədər rəqabəti yahoomail, mail.ru, rambler`ə çatmırsada yeni başlayan istifadəçilər və e-maildən az istifadə edənlər üçün mükəmməl resursdur. Hətta bu xidmətdən xarici istifadəçilərdə istifadə edir.

ilk10.az - Azərbaycanda statistika sistemi dedikdə ağıla gələn sistemdir. İlk əvvəl köhnə Azer.net vaxtında bir çox xidməti var idi. Banner dəyişimi, xəbər servisi təminatı. Ancaq sonralar adınıda .com`dan .az`a keçirdərək local fəaliyyətə başladı. Ancaq yenədə yüksək texniki göstəricilərə malik və yenilikləri sevən sistemdir. Bir ara blog`u fəaliyyətə başlamış və maraqlı məlumatlar dərc olunurdu. Ancaq təəssüfki artıq müəlliflər aktivlik etmirlər. Hər yeni sayt açan şəxsin ilk daxil olduğu servislərdəndir.

Digər stajlı saytlardan olan Xazar. Sonluğu o səbəbə yazmadımki müxtəlif bölmələri ( Jurnal, Xəbərlər ) müxtəlif domainlərdədir. Azərbaycan dilində fəaliyyətə başlamış ilklərdən olan sayt artıq daha yüksək texniki göstəricilərə malikdir. Demək olarkı Azərbaycan dilində fəaliyyət göstərən tək portaldır. Həm media yönümü həm digər sahələri ilə belə portlaın Azərbaycan dilində ola biləcəyinə sübutdur. Hər halda Aznetdə fəaliyyət göstərən iki belə portal varki bunlardan digəri rus dilindədir.

Azərbaycanda mobil internet sahəsinin inkişafının ilk dövrlərində yaranmış Wap.Xana.az saytı. Deyərdimki bu Azərbaycanda ən çox istifadə olunan saytdır. Bir sıra dil seçimlərinin olması ilə əlaqədarda istifadəçisi xeyli artmışdır. Təqribi bir həftə əvvəl baxııb sayta wab.ru ilə müqayisə edəndə gördümki artıq həmin istifadəçi səviyyəsinə demək olarkı çatıb. Texniki göstəriciləridə kifayət qədər qənaətbəxşdir.

Növbəti tanıtım Aznetdə verdiyi xidmətə görə tək belə saytdır - Azeriblog.com. Dünyada blog servisinin inkişafından sonra ölkəmizdədə bu sahədə edilmiş keyfiyyətli işlərdəndir. Üstəlik çox yüksək texniki tərtibatı var. Bundan əvvəl fəaliyyətə başlamız bir-iki belə sayt öz işini dayandırsada bu xidmət yüksək keyfiyyətlə işini davam etdirir.

Daha bir e-mail xidməri - inbox.az. Ən yüksək göstəricisini bir neçə vaxt əvvəl nəzərinizə çatdırmışdıqki 1 gb həcmində yaddaşa malik e-mail təqdim edir. Zənnimcə bu sahədə atılmış yaxşı addımdır.

Uğurlu proyektlər arasında boxca.com`da var. Bildiyim qədəri ilə ilk fayl paylaşım saytıdır( və ya ilk uğurlu ). Son vaxtlarda yeni üzvülük sistemi və faylların saxlama müddətini artırmaqla upload sahəsində iddialı olduğunu göstərdi. Xidmətin çox yaşı olmasada iş keyfiyyəti qane edir. Ad seçimi cəhətdəndə uğurludur.

Son olaraq isə tematik bir sayt - Mak.az. Saytın ideyası çox yaxşıdır. Ən yüksək göstəricisi isə saytın Azərbaycan dilində fəaliyyətidir. Əksərən belə tematik saytlar əcnəbi dillərdə təsis edilir. Bu gələcək proyektlərə bir nümunə ola bilər.

Əlavəlirinizi və fikirlərinizi şərhlərdə bölüşə bilərsiniz.