Oxatan.com » bAzNet » Nəyimiz var?...

Fevral 25

bAzNet : Nəyimiz var?...

Ustune dinqildat.

Azərbaycan interneti ilə bağlı bundan əvvəl əksərən tənqidi yazılar yazmışdıq. Azərbaycanda yeni fəaliyyətə başlayan, xəbər dəyəri olan bir-iki saytdan başqa digərləri gördüyümüz kobud qüsurların tənqidi olmuşdu. Bəs heçmi bizim internet məkanında tərifə layiq sayt yoxdur ? Əlbəttə hər bir istifadəçinin fərdi sevimli saytı var. Qərar aldımki bu dəfə öz gözümlə Aznetdəki belə saytları sadalayım. Bu yazını yazmağıma əsas səbəblər - biri Blogran`da ( Bunu deməməkdən özümü saxlaya bilmirəm. Fikrimcə blogran adı çox gözəl kreativ addır. Məncə bu ad blogger, blogspot, blogcu kimi blog servisi verən bir saytda istifadə olunsa orjinal bir ad olardı. )  oxuduğum bu yazı, və Gurbanovun blogundakı Aznetdə olan bloglara baxışı oldu. Madam o, oxunası blogları yazdı məndə fikirləşdimki Aznetdə nəyimiz var ondan yazım. Ətraflı oxuyaraq yazı ilə tanış ola bilərsiniz.

Burada olan fikirlər tamamilə yazarın ( yəni mənim ) subyektiv fikridir. Öz fikirlərinizi şərhlərdə bildirə bilərsiniz. Siyahını çoxalda və ya azalda bilərsiniz. Mənim ilk ağlıma gələnlər bunlardır. Onu da qeyd edimki yazacağım saytlar Azərbaycan dilində olan saytlardı. Rus dilli saytlarımızı bura qatmamışam və belə fikrimdə yoxdur. Onda gərək MDB`dəki çox saytı yazam.

İlk olaraq Aznetdə uğurlu proyektlərdən biri olan box.az dan başlayım. Fikrimcə ən böyük uğuru uzun müddətdir fəaliyyət göstərməsindədir. 2000 - ci ildən fəaliyyətdə olan saytda bir sıra yeniliklər olub. Kifayət qədərdə çox istifadəçisi var. Hər nə qədər rəqabəti yahoomail, mail.ru, rambler`ə çatmırsada yeni başlayan istifadəçilər və e-maildən az istifadə edənlər üçün mükəmməl resursdur. Hətta bu xidmətdən xarici istifadəçilərdə istifadə edir.

ilk10.az - Azərbaycanda statistika sistemi dedikdə ağıla gələn sistemdir. İlk əvvəl köhnə Azer.net vaxtında bir çox xidməti var idi. Banner dəyişimi, xəbər servisi təminatı. Ancaq sonralar adınıda .com`dan .az`a keçirdərək local fəaliyyətə başladı. Ancaq yenədə yüksək texniki göstəricilərə malik və yenilikləri sevən sistemdir. Bir ara blog`u fəaliyyətə başlamış və maraqlı məlumatlar dərc olunurdu. Ancaq təəssüfki artıq müəlliflər aktivlik etmirlər. Hər yeni sayt açan şəxsin ilk daxil olduğu servislərdəndir.

Digər stajlı saytlardan olan Xazar. Sonluğu o səbəbə yazmadımki müxtəlif bölmələri ( Jurnal, Xəbərlər ) müxtəlif domainlərdədir. Azərbaycan dilində fəaliyyətə başlamış ilklərdən olan sayt artıq daha yüksək texniki göstəricilərə malikdir. Demək olarkı Azərbaycan dilində fəaliyyət göstərən tək portaldır. Həm media yönümü həm digər sahələri ilə belə portlaın Azərbaycan dilində ola biləcəyinə sübutdur. Hər halda Aznetdə fəaliyyət göstərən iki belə portal varki bunlardan digəri rus dilindədir.

Azərbaycanda mobil internet sahəsinin inkişafının ilk dövrlərində yaranmış Wap.Xana.az saytı. Deyərdimki bu Azərbaycanda ən çox istifadə olunan saytdır. Bir sıra dil seçimlərinin olması ilə əlaqədarda istifadəçisi xeyli artmışdır. Təqribi bir həftə əvvəl baxııb sayta wab.ru ilə müqayisə edəndə gördümki artıq həmin istifadəçi səviyyəsinə demək olarkı çatıb. Texniki göstəriciləridə kifayət qədər qənaətbəxşdir.

Növbəti tanıtım Aznetdə verdiyi xidmətə görə tək belə saytdır - Azeriblog.com. Dünyada blog servisinin inkişafından sonra ölkəmizdədə bu sahədə edilmiş keyfiyyətli işlərdəndir. Üstəlik çox yüksək texniki tərtibatı var. Bundan əvvəl fəaliyyətə başlamız bir-iki belə sayt öz işini dayandırsada bu xidmət yüksək keyfiyyətlə işini davam etdirir.

Daha bir e-mail xidməri - inbox.az. Ən yüksək göstəricisini bir neçə vaxt əvvəl nəzərinizə çatdırmışdıqki 1 gb həcmində yaddaşa malik e-mail təqdim edir. Zənnimcə bu sahədə atılmış yaxşı addımdır.

Uğurlu proyektlər arasında boxca.com`da var. Bildiyim qədəri ilə ilk fayl paylaşım saytıdır( və ya ilk uğurlu ). Son vaxtlarda yeni üzvülük sistemi və faylların saxlama müddətini artırmaqla upload sahəsində iddialı olduğunu göstərdi. Xidmətin çox yaşı olmasada iş keyfiyyəti qane edir. Ad seçimi cəhətdəndə uğurludur.

Son olaraq isə tematik bir sayt - Mak.az. Saytın ideyası çox yaxşıdır. Ən yüksək göstəricisi isə saytın Azərbaycan dilində fəaliyyətidir. Əksərən belə tematik saytlar əcnəbi dillərdə təsis edilir. Bu gələcək proyektlərə bir nümunə ola bilər.

Əlavəlirinizi və fikirlərinizi şərhlərdə bölüşə bilərsiniz.


Subscribe      Qaynaq - Oxatan.

Tags: internet box.az xazar.com ilk10.az inbox.az azeriblog.com boxca.com mak.az

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Aznetdə yeniliklərdən...
  • Statistika sistemlərimiz
  • Növbəti sosial şəbəkə.
  • Bizdə olanlar
  • 8 yaşlı mail qutusu.
  • #1 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.02.2008
    Yaxşıdı amma heyf ki mənim üçün yeni sayt olmadı burda :)
    Mənim üçün heç yeri yoxdur bu saytların, çünki mən xoşlayıram hər şeyə bir mız qoşub tənqid eləməyi, bunlar isə maşallah qüsursuz saytardır :)

    Box.azın bir xüsusiyyəti var ki, hər bir internete təzə başlayan Azərbaycanlının emailini box.azda olur. :D
    Mak.az da görülməyə dəyər
    sitat gətir    

    #2 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Gurbanov
    Yaxşıdı amma heyf ki mənim üçün yeni sayt olmadı burda :)


    Əlbəttə bunlar hamısı kifayət qədər yüksək reytinqli saytlardır və normal istifadəçilər tərəfindən tanınırlar. Buna görə yenilikdən daha çox yaxşılarımızı da yazmaq üçün dərc etdiyim məqalədir =). Həmdə Blogran demiş yaxşılarıda yazıb həvəsləndirək.

    Sitat: Gurbanov
    xoşlayıram hər şeyə bir mız qoşub tənqid eləməyi,


    elə mənimdə bu məsələ ilə aram yaxşıdır. fikrimcə tənqid edəcəyimiz bir çox məqalə olacaq onsuzda =)
    sitat gətir    

    #3 yazdı: Elvin




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Oxchu gozel yazmisan, xosum geldi, o gun olsunki bir gun Oxatan-da bir dene de bele movzu haqda yazmagi fikirlesesen ama Aznet-deki saytlari yazdiqca qutarmiyasan. O gun olsun Aznet haqqinda diger milletler oz bloglarinda yazsinlar. Aznet-in inkisafinin terefdariyam. Inkisaf edeceyine de inaniram. Halaldi Inkisaf etsin AZNET
    sitat gətir    

    #4 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Elvin
    o gun olsunki bir gun Oxatan-da bir dene de bele movzu haqda yazmagi fikirlesesen ama Aznet-deki saytlari yazdiqca qutarmiyasan


    Amin inşa Allah. əlbəttə hamımızın arzusudurki biz necə indi bu blogda Foxla Google`un müqaviləsindən yazırıqsa digər ölklərədə də bizim belə iri proyektlərimizdən yazsınlar..
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: