Oxatan.com > bAzNet > Facebook enişdə...
Facebook enişdə...Fevral 23. Разместил: Shaig M |
|
BBC'nin xəbərinə görə, Facebook, Böyük
Britanya'da istifadəçi sayında ilk enişini yaşayıbdı. Nielsen Online'in 2006'nın iyul ayından başlayaraq tərtib etdiyi statistikalar var. Xəbərə görə bu sistemin məlumatına əsasən 2007 nin dekabr ayında bütün dünyanın xatirə dəftərinin istifadəçi sayı 8.9 milyon imiş. Ancaq bu rəqəm yanvar 2008 də 8.5 milyona düşüb. Bu isə təqribən 5 % lik düşmədir. Bundan sonrada xatirə dəftərinin nə dərəcədə qan itirəcəyi və ya yüksələcəyi bilinmir. Hər halda Britanyada bu sistemə doymuşluq ola bilər. Görən Mark bu statistikalarla tanış olandan sonra fikirləşirmi ki, gərək elə dükan pula getdiyi vaxtdaca satıb canımı qutarsam yaxşıdı...
|