Fevral 23
CızmaQara, OXay : Ədəb-i yat, yəni yatmaq ədəbi...
Belə bir mövzuda yazmaq ehtiyacını bu yaxınlarda mənzil başına çatmaq üçün hamının “Bulvar” kimi tanıdığı dənizkənarı milli parkdan keçəndən sonra duydum. Düzü yazıb-yazmamaqda tərəddüd etsəm də dedim hərdalda artıq köhnəlmiş mövzu olsa da, belə populistik temalar reytinqi qaldırmağa kömək edir...
Yatmaq ədəbi sözünü bir qədər konkretləşdirsəm və daha aydın ifadə etməyə çalışsam, nəzərdə tutduğumun əslində yataq mədəniyyəti yəni sexual mədəniyyət olduğunu görürəm. Mən ilk dəfə sexual mədəniyyət barədə eşidəndə düzü bir qədər qəribə gəlmişdi. Axı bizim təffəkkürdə gənclərə məsləhət baxımından belə hərəkətlər rəva bilinmir və “pis şeylərdi” və ya “axmaq işlərdi” və ya “tərbiyəsizlikdir” sözləri ilə xarakterizə olunur. İndi mədəniyyət hara sex hara? Sən demə ən pisi bunun mədəniyyətsizliyi imiş.
Belə şeylərə tərbiyəsizlik kimi baxan gənc bilmir ki, bu onda olan fizioloji dəyişiklər onun günahıdırmı yoxsa elə bu cür də olmalıdır. Bunu özlüyündə arşadıranda belə bir məntiqi nəticəyə gəlir ki, bizim reallıqda hamı bunu edir amma olmaz. Qaldı məsələnin həlli yolu...
Bunun üçün sexlə sexsizlik arasında bir anlayış tapmaq lazım idi və buda tapıldı: yüngülvari sex, başqa sözlə “fast sex”. Əcnəbilər “fast food”la dünyada ad çıxardığı kimi bizimkilər də bəlkə bu yeniliklə dünyanı lərzəyə gətirdi? Amma məsələ burasındadır ki, bu fast food`u bir “budka”nı sarı-qırmızı rəngə boyuyub üstünə mc donald`s yazıb istənilən yerə ixrac etmək olursa, bizim bu sanballı yeniliyi ixrac etmək özü də ağır və sanballı işdir. Axı hamının bulvarı yoxdur ?! Qəribə orasıdır ki, bu sahədə daha tolerantlı qərbdə heç vaxt balaca uşaq və qocalar istirahət üçün getdikləri parkda belə ayaqüstü sex nümunələri görmürlər, baxmayaraq ki, oralarda sex daha sərbəstdir.
İstənilən işimizdə olan ata-at bu sahədə də özünü göstərir. Burada da oğlanlar qızlara, qızlar oğlanlara atmaq istəyirlər. Oğlan bu məsələdə daha sərbəst olduğunu düşünür və fikirləşir ki, “əşi bu gün sabah evdəkilər bir “ev qızı” tapacaqlar onsuzs da, cavanlıqdır eləyim....” Qızlar da bilir ki, bu “ev qızı” termininin başlıca göstərici bakirəlikdir və düşünürlər ki, “deməli yalnız onu qorusam iş düzəldi”. Bu ata-atda kim bacarıqlı olsa onun da planı uğurla nəticələnir.
Bu da cavanların yeni tapıntılarına aid atılmış fotolar...

Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.