Oxatan.com > bAzNet > Növbəti sosial şəbəkə.
Növbəti sosial şəbəkə.Fevral 21. Разместил: Shaig M |
|
Deyəsən Aznetdə yeni dəb başlayır. Növbəti sosial şəbəkə haqqında xəbər. Düzü bu dəfə ətraflıca yazmaq nəsib olmayacaq. Səbəbi isə saytın çox sadə olmasıdı. Foto albom, blog və qrup yarada biləcəyiniz bir sosial sistemidir. Servisi isə a-z.az saytına məxsus emi.az şəbəkəsi verir. Sistem bir qədər sadəliyi ilə seçilir. Axtarış sistemi də həmçinin sadədir. Ətraflı axtarışı olmadığından parametrlərə görə axtarış etmək olmur. Ən böyük irad isə əlbəttə Azərbaycanın sosial şəbəkəsi devizi altında fəaliyyətə başlayan saytın rus dilində fəaliyyət göstərməsidir. Belə olan halda, mən rus dilində sosial şəbəkədə qeydiyyat olmaq istəsəm daha geniş Azərbaycanlı auditoriyasına malik my.mail.ru saytını seçərdim. Emi.az`a qayıtsaq isə son olaraq deyə bilərəmki, sayt paylaşım saytı olaraq deyil, ünsiyyət saytı olaraq nəzərdə tutulub. Hər halda uğurlar.
|