Oxatan.com > Mənə nə?, TaxNo > İnternetdə real balıqçılıq
İnternetdə real balıqçılıqFevral 21. Разместил: Shaig M |
|
Mobil telefonlarda müxtəlif oyunların mövcudluğu ilə indi heç kimi təəccübləndirmək olmaz. Amma Yaponiyanın FİT şirkətinin yaratdığı "Ippon Zuri" oyunu kimi istəsən gülümsəməyə məcbur edir. Mobil telefonunda virtual balıqçılıqla məşğul olan şəxs oyun bitdikdən sonra heç də virtual olmayan balıqlara sahib çıxır. Bəli. "NTT DoCoMo" mobil operatoru Fukuoka prefekturasında yaşayan abonentlərinə belə bir xidmət təklfi edir. Telefonuna bu oyunu yükləyən yaponiyalı virtual dənizə virtual qarmaq ataraq bəxtini sınamağa başlayır. Amma artıq qeyd edildiyi kimi, uğur qazananları əsl balıqlar gözləyir. İştirakçıya çevrilmək üçün oyunun internet saytında qeydiyyatdan keçmək lazımdır. 3 seansda bəxtini sınamaq istəyənlər 9,3 dollar ödəməlidirlər.
|