Oxatan.com » bAzNet » Növbəti sosial şəbəkə.

Fevral 21

bAzNet : Növbəti sosial şəbəkə.

Ustune dinqildat.

Deyəsən Aznetdə yeni dəb başlayır. Növbəti sosial şəbəkə haqqında xəbər. Düzü bu dəfə ətraflıca yazmaq nəsib olmayacaq. Səbəbi isə saytın çox sadə olmasıdı. Foto albom, blog və qrup yarada biləcəyiniz bir sosial sistemidir. Servisi isə a-z.az saytına məxsus emi.az şəbəkəsi verir. Sistem bir qədər sadəliyi ilə seçilir. Axtarış sistemi də həmçinin sadədir. Ətraflı axtarışı olmadığından parametrlərə görə axtarış etmək olmur. Ən böyük irad isə əlbəttə Azərbaycanın sosial şəbəkəsi devizi altında fəaliyyətə başlayan saytın rus dilində fəaliyyət göstərməsidir. Belə olan halda, mən rus dilində sosial şəbəkədə qeydiyyat olmaq istəsəm daha geniş Azərbaycanlı auditoriyasına malik my.mail.ru saytını seçərdim. Emi.az`a qayıtsaq isə son olaraq deyə bilərəmki, sayt paylaşım saytı olaraq deyil, ünsiyyət saytı olaraq nəzərdə tutulub. Hər halda uğurlar.


Subscribe      Qaynaq - Oxatan.

Tags: sosial şəbəkə community sistem Azeri emi .az

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • MyXazar.com - yeni community fəaliyyətə başladı
  • Bizdə olanlar
  • Nəyimiz var?...
  • Aznetdə yeniliklərdən...
  • MySpace sosial şəbəkəsi dizaynı dəyişib
  • #1 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.02.2008
    Bu asand iş deyil. a-z.az admini Azərbaycan dilində yaxşı bilir, maraqlıdı niyə rus dilində hazırlayır saytların. Amma birşey var ki, bizdə rusdilli əhali internetə daha tez atılıb deyənə məncə belədi.
    sitat gətir    

    #2 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Gurbanov
    Amma birşey var ki, bizdə rusdilli əhali internetə daha tez atılıb deyənə məncə belədi.


    Artıqki belə deyil. A-z.az da heç elə stajlı bir sayt deyilki haqq qazandıraqki o vaxt qurulanda rus dilində daha rahat olardı. Bunu bakililar.az a aid etmək olar. Ancaq a-z.az 2006 nın saytıdır. Digər tərəfdən isə artıq 2008.dir. İndi belə baxanda Aznetdə Azərbaycan dilli saytlar rus dillilərdən daha çoxdur. Rus dilində olan saytın belə Azəri dil versiyasl var. Digər tərəfdən isə bu saytın devizi "Azərbaycanın sosial şəbəkəsi"dir. Deməli Azəri dilində versiyanın olmasıda vacibdir.
    sitat gətir    

    #3 yazdı: exe




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Salam hormətli oxuyucular.
    Mən emi.az haqqda bir iki soz demek isteyirem
    1-ci irad. sistemin sadə olması onun hələ ki bir həftə mövcud olduğundan irəli gəlir. Hələ ki tam iş vəziyyətində test gedir əzizlərim
    2-ci irad səhvdir. Saytda ÇOX Geniş axtarış sistemi var. Bir qədər diqqəli olmaq lazımdır. Əgər siz Sosial Şəbəkələrdən istifadə etmisinizsə, bunu dərhal Axtarlş səhifəsində ƏTAFLI AXTARLŞ kinkini gərəsdiniz.
    O ki qaldi Azəri dilinə. Burda sizinlə TAM RAZIYAM
    Və saytın tərcöməsi prosessi gedirş Hələ ki test rejimindədir deyə Sayt qarışıq dildədir (rus ingilis). Bu qyaxınlarda sayt Azəri, Rus və İngilis dilində fəaliyyət göstərəcək. Axı bu Azəri Sosial Şəbəkəsidir.
    Diqqəinizə görə saq olun. Hər bir iradları eşidməyə haziram və şadam!
    Hörmətlə emi.az-in inzibatçısı!
    sitat gətir    

    #4 yazdı: RufatZ




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Duzun desem ... EMI.az - ilk Social Network-idi..chunki.. o azcomonlinedi http://ning.com/ yerlishir..bu nece olur onda? Ilk Azerbaycan Sayti Narod.ru yerleshibse..o onda Ilk Azerbaycan saytidi? Xeyr.. Ilklerin sirasina ancag mustegil saytlar elave oluna biler...

    Bu menim firkimdi..

    D.Az Stuff
    sitat gətir    

    #5 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: exe
    Salam hormətli oxuyucular.
    Mən emi.az haqqda bir iki soz demek isteyirem


    Əlekyüm salam hörmətli inzibatçı.
    Əvvəla onu nəzərinizə çatdırım ki, burada barəsində yazdığımız sayta dediyimiz hər söz irad deyil. İradı deyəndə bildiririk. Əvvəlki dediklərim, ( axtarış və sadəlik ) bunlar sadəcə sistem haqqında məlumat idi. Olsunki tələsgənlikdən ətraflı araşdırmamışam. Ətraflı olaraq siz məlumat verdiniz inzibatçı kimi bizdə daha yaxından tanış olduq. Təşəkkürlər. Ancaq dil ilə bağlı olan iradımız öz mövqeyini itirmir. Bunuda nəzərə alacağınızı deyirsiz bizdə bunu gözləyirik.

    Sitat: RufatZ
    Duzun desem ... EMI.az - ilk Social Network-idi..


    Hörmətli Rufatz. madamki siz öz düzünüzü dediniz indi də mən öz düzümü deyim.
    Fikrimcə sizin belə fikirləşməyiniz sadəcə sistemə olan rəğbət və hörmətinizdən irəli gəlir. Əvvəldən deyimki hər iki sistemin istər azcomonline istərsədə emi.az`ın təsisçiləri mənə eyni dərəcə yaxın ( və ya uzaq ) insanlardır. Heç birini şəxsi olaraq tanımıram. Hətta yuxarıdakə şərh vasitəsilə emi.az inzibatçısı ilə haqq salamımız oldusa digəri ilə o da olmayıb. ona görə mən məsələyə neytral mövqedən yanaşmağa çalışıram ( ola bilsinki bir qədər subyektivlik yaranır ). Keçək mənim düzümə hansı ki sizinlə heç razı deyiləm. Bu dəyişilməzdirki azcomonline ilk sosial şəbəkədir . Sayt bağlanana kimi də belə qalacaq. Mən öz yazımda da bunun hansı sistem əsasında qurulduğunu yazmışdım. Ancaq fikir versəz onsuzda saytdakı bütün URL`lar öz domaini üzərindən keçidləri verir. Bəli Azərbaycanın ilk saytı əgər narod.ru da açılmışdısa deməli bu Azərbaycanın ilk saytıdır. Danılmaz faktdır. Servislərdən istifadəyə gəldikdə isə Azərbaycan Runetinin ən yüksək reytinqli ikinci saytı bakililar.az mail xidmətini bir servisdən istifadə edərək təqdim edir ( bakililar.mail.everyone.net ). Sizin dediyinizə qalsa idi @bakililar.az ünvanı demək olmamalıdır. Ancaq bir çox insanın burada e-maili var. Onda gərək bakililara deyək ki index səhifəsin hava haqqında məlumatı yığışdırsın bu gismetonun təqdim etdiyi servisdir.
    Digər tərəfdən sizin tərəfini saxladığınız a-z.az saytında da bir sıra servis xidmətlər var. Hava haqqında məlumat ( mısal )Toolbar ( misal ) və chat ( http://emi.forumtoolbar.com/Chat/ ) xidməti servisdir. Yəni onda deməli Azərbaycanda ilk sosial şəbəkədə servis olmasına baxmayaraq azcomonline saytıdır mənim doğruma görə.
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: