Oxatan.com > bAzNet > Bizdə olanlar
Bizdə olanlarFevral 20. Разместил: Shaig M |
|
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Aznetdə olan yeniliklər haqqında bacardıqca məlumat verəcəkdik. Yenilik deyəndə sözün həqiqi mənasında yenilik, xəbər deməyə dəyər məlumatlar haqqında. Bu dəfədə belə xəbərlərdən biri. Türklər demiş saytların "
görücü"yə çıxmaq yerləri statistika sistemləridir. Bu dəfədə buraya nəzər yetirəndə həmişəki kimi yeni saytlar gördüm, bir baxım dedim. Təəccüblü olsada bu heçdə DLE üzərində qurulmuş "əyləncə portalı" deyildi, heç burada reklam yerləri də düzəltməmişdilər. Nəhayət Azərbaycanda ilk sosial şəbəkə ( community) saytı yaranıbmış. Adı da www.azcomonline.net`dir. Düzü ən əvvəl sevindirici odurki nəhayət bizdə də bu tipli servisləri yaratmaq istəyi meydana gəlib. Saytın daxili barədə geniş məlumat yazmaq iqtidarında deyiləm. Bunun üçün üzv olub yaxşıca gəzmək lazım idi. İlk görüşdən funksionallıq baxımdan elədə kasad görsənmir. Video, foto, qrup yaratmaq imkanı var. Ancaq sistemin rahatlığına söz verə bilmərəm. Əsas iradım odurki sayt tünd qara fon üzərindədir. Bu tip fona şəxsi antipatiyamdan başqa ümumi təcrübədə göstərir ki, belə kütləvi saytlar üçün o qədərdə uğurlu seçim deyil. Saytda adamın çox vaxt keçirmək istəyinin qarşısını alır. Bir qədər yorucu və sıxıcı olur. Ancaq bu buna baxmayaraq sayt öz kütləsini tapmış kimi görsənir. Saytın qeydiyyat tarıxı 15 fevral görsənir ancaq kifayət qədər aktivliyə malik üzvləri artıq var.
Düzü bir az səthi maraqlansamda əsas alqışa layiq tərəfini bu sistemi sərbəst domainə bağlamaqlarında gördüm. Bu şəbəkə xidməti ning.com`un məhsuludur. Bir növ ilk community saytı olduğu üçün istər - istəməz hər tərəfli o yan bu yanına baxmadan keçmək olmur. Bir az qurdalanandan sonra şəbəkənin "elə-belə" variantını məndə qeydiyyatdan keçirdim. Təbii ki artıq saytımızda sosial şəbəkə bölməsi fəaliyyət göstərməyəcək. Bu sadəcə qeyd etdiyim kimi ilkə olan maraqdan irəli gəlirdi. Sözümü isə Azcomonline.net`ə uğurlar diləyərək bitirirəm. Bu yeni xidmət üçün sağ olsunlar. Aznetdə bunun arxasının gəlməsini ümid edirəm. Bizdə inkişaf edək, nəyimiz əksikdi. Aznetdədə bu sahədə saytların rəqabətini görməyi arzulayıram. |