Oxatan.com » bAzNet » Bizdə olanlar

Fevral 20

bAzNet : Bizdə olanlar

Ustune dinqildat.

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Aznetdə olan yeniliklər haqqında bacardıqca məlumat verəcəkdik. Yenilik deyəndə sözün həqiqi mənasında yenilik, xəbər deməyə dəyər məlumatlar haqqında. Bu dəfədə belə xəbərlərdən biri. Türklər demiş saytların " görücü"yə çıxmaq yerləri statistika sistemləridir. Bu dəfədə buraya nəzər yetirəndə həmişəki kimi yeni saytlar gördüm, bir baxım dedim. Təəccüblü olsada bu heçdə DLE üzərində qurulmuş "əyləncə portalı" deyildi, heç burada reklam yerləri də düzəltməmişdilər. Nəhayət Azərbaycanda ilk sosial şəbəkə ( community) saytı yaranıbmış. Adı da www.azcomonline.net`dir. Düzü ən əvvəl sevindirici odurki nəhayət bizdə də bu tipli servisləri yaratmaq istəyi meydana gəlib. Saytın daxili barədə geniş məlumat yazmaq iqtidarında deyiləm. Bunun üçün üzv olub yaxşıca gəzmək lazım idi. İlk görüşdən funksionallıq baxımdan elədə kasad görsənmir. Video, foto, qrup yaratmaq imkanı var. Ancaq sistemin rahatlığına söz verə bilmərəm. Əsas iradım odurki sayt tünd qara fon üzərindədir. Bu tip fona şəxsi antipatiyamdan başqa ümumi təcrübədə göstərir ki, belə kütləvi saytlar üçün o qədərdə uğurlu seçim deyil. Saytda adamın çox vaxt keçirmək istəyinin qarşısını alır. Bir qədər yorucu və sıxıcı olur. Ancaq bu buna baxmayaraq sayt öz kütləsini tapmış kimi görsənir. Saytın qeydiyyat tarıxı 15 fevral görsənir ancaq kifayət qədər aktivliyə malik üzvləri artıq var.
Düzü bir az səthi maraqlansamda əsas alqışa layiq tərəfini bu sistemi sərbəst domainə bağlamaqlarında gördüm. Bu şəbəkə xidməti ning.com`un məhsuludur. Bir növ ilk community saytı olduğu üçün istər - istəməz hər tərəfli o yan bu yanına baxmadan keçmək olmur. Bir az qurdalanandan sonra şəbəkənin "elə-belə" variantını məndə qeydiyyatdan keçirdim. Təbii ki artıq saytımızda sosial şəbəkə bölməsi fəaliyyət göstərməyəcək. Bu sadəcə qeyd etdiyim kimi ilkə olan maraqdan irəli gəlirdi.

Sözümü isə Azcomonline.net`ə uğurlar diləyərək bitirirəm. Bu yeni xidmət üçün sağ olsunlar. Aznetdə bunun arxasının gəlməsini ümid edirəm. Bizdə inkişaf edək, nəyimiz əksikdi. Aznetdədə bu sahədə saytların rəqabətini görməyi arzulayıram.


Subscribe      Qaynaq - Oxatan.

Tags: community sosial şəbəkə portal azcomonline .net

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Statistika sistemlərimiz
  • Blog sistemi
  • Növbəti sosial şəbəkə.
  • Nəyimiz var?...
  • ilk10.com Web Directory
  • #1 yazdı: Qədeş




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Azcomonline.net işləmir axı. Başqa sayt çıxır orda.
    sitat gətir    

    #2 yazdı: oxatan




    Qrup: Admin
    Qeydiyyat: 2.02.2008
    Sitat: Qədeş
    işləmir axı

    Ünvanın qarşısına www. yazmaq lazımdır...
    sitat gətir    

    #3 yazdı: Gurbanov




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Yaxşı fikirdi amma social networking anlayışının bizə hələ gəlib çıxdığına inanmıram. çünki bizdə internet girib mahnl yazılan, şəkilə baxılan bir yer kimi bilinir.
    Adi bir fakt, internet istifadəçisi olduqları halada emaildə istifadə etməyən oqədər adam var ki:)
    buna bənzər azeroo.com var amma o çoxdan fəaliyyətdədi. Bundan əlavə o hazır script deyil
    sitat gətir    

    #4 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Gurbanov,
    oranı tanıyıram əlbəttə. sadəcə bir qədər fərqli və sosial şəbəkədən daha çox üzvlük sistemi olan bir sayta bənzəyir. Buna görə həmin saytı sosial şəbəkə adlandırmıram. ( subyektiv olaraq )

    bizim internet istifadəçiləri onsuzda internet "müftə mal" fikrində istifadə edirlər. elə buna görədə sosial şəbəkə anlayışının inkişafı barədə konkret nəsə demək olmur. bizdə reytinqli sayt yaratmaq istəyən biri gərək "mənasız şeylər blog"u yaratsın və burada ağıla gələcək hər şeyi exclusive və ya pulsuz adı altında qoysun. ya mp3 saytı açsın ya chat açsın =(.

    həmin o emaildən istifadə etməyən adamlarda böyük ehtimalla internetdən chat eliyib "mənalı" şəkillərə və ya "maraqlı" vidieolara baxmaqla keçirirlər vaxtlarını....
    sitat gətir    

    #5 yazdı: AzCom




    Qrup: İstifadəçi
    Qeydiyyat: 1.03.2008
    Hörmətli Oxatan,

    Düzü AZNETdən saytımıza qarşı belə tez bir anda münasibət bildirilməsini gözləmirdik. Təşəkkürlər. Saytın əsas məqsədi internetdə Azərbaycan dilli kontentin inkişaf etdirilməsində zərrə qədər də yardımçı olmaqdır. Hər zaman əməkdaşlığa hazırıq.

    Hörmətlə,
    Admin

    sitat gətir    

    #6 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: AzCom
    Hörmətli Oxatan,

    Düzü AZNETdən saytımıza qarşı belə tez bir anda münasibət bildirilməsini gözləmirdik.


    Bu blogda öz maraq sahələrimiz haqqında vaxt tapdıqca yazırıq... İntern aləmində olan yeniliklərdə buna daxildir. Bacardığımız qədər də Aznetdə qeyd eləməyə dəyər yeni saytlar haqqında məlumat veririk. Ümid varamki belə proyektlər haqqında xeyli məlumatlarımız olar...
    sitat gətir    

    #7 yazdı: Ant0ha1




    Qrup: İstifadəçi
    Qeydiyyat: 8.08.2008
    прочитал с удовольствием . .
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: