Oxatan.com » OXay » Fan - at saytlarımız.

Fevral 19

OXay, bAzNet : Fan - at saytlarımız.

Ustune dinqildat.

Hə bu ata-at zəmanədə deyəsən bu dəfədə şou əhli bizə atır. Daha doğrusu şou əhli bizəmi atır, yoxsa fanatları bu müğənnilərəmi atır, ya da ikisi birləşib bizəmi atır naməlumdur. Bizdə qərar verdik ki bu dəfə oxumuzu yönəldək bunlara sarı. Bizdə şou əhlini öz sahəmizdə tənqid edək. Axı onlar dəblə ayaqlaşıb ( bizdə həmişə dəblə bir neçə il gec ayaqlaşma moddur axı ) fan saytları açdırıllar. Yada öz dilləri ilə desək fanatları onlar üçün sayt atır. Oyy bağışlayın sayt açır... Hə bax bu dəfə sizə bu saytlar haqqında danışacağıq. Yaxın oturun, ətraflı oxuyun...

Bir neçə vaxt əvvəl moda minmişdiki hər yerindən qalxan müğənni özünə rəsmi sayt açdırıb təqdimatını keçirtsin. Sorada saytı baxımsızlıqdan bir il sonra bağlansın. Yox əşşi özləri bağlamırdılar. Heç yadlarınada düşmürdü. Sadəcə domainin vaxtı bitdiyindən bağlanırdı. Hətta konsert təşkil eləyib, müğənniləri oxudaraq Çal-çağır verlişidə sayt açdırmışdı özünə. Elə adını sanını ancaq həmin konsertdə eşitdik. Sonrasında gördüm, oxudum deyən olmadı saytı. Elə bu cürə templə bu sayt məsələsi əhəmiyyətini itirə itirə gedirdi ki, indi də başqa dəb yaranmağa başladı. Bir neçə vaxt əvvəl Röyanın fanatı olduğunu deyənlər yığışıb bir yerə http://royaayxan.moy.su/ adı altında bir sayt təşkil elədilər. Bir müddət sonra isə deyəsən işin uğurlu alındığını görüb pullu domainə keçirdib adını qoydular http://www.royaayxan.net/ .Hətta Röya xanımın özünü də dəvət elədilər açılışda keçirtdilər. Bundan sonrada Röya xanım dediki fan club saytım var. ( Əslində Azərbaycan estradasının zirvəsində olan bir müğənninin saytının pulsuz servisdə qulurlması heç də fəxarət verici bir hiss deyil. Amma olmayan yerdə day neyləsinlər. Maraqlıdı görən Röya xanıma "Bu fan saytını düzəldəndə əməlli başdı xərcimiz çıxdı" deməyiblərki. ) Bu vəziyyətdə isə mən heç saytı ərsəyə gətirənləridə qınaya bilmirəm. Əllərindən bu gəlib bunu da ediblər. Ancaq öz aramızdır fan club adı altında yaxşıca ZengimCell də satırlar. Bu isə o deməkdirki bu heçdə fun club saytı deyil. Ya da bizim ölkədə hər şeyə bir əmma artıran kimi fan club saytına da barmaq eləyiblər bu hala düşübdü. Sayta bir az əl gəzdirsələr, heç olmasa Azərbaycan estradasında ön pillədə olan bir müğənniyə yaraşan eləsələr pis olmazdı. Sayta daxil olanda adamı SMS kodları yox, müğənni haqqında daha çox məlumat qarşılasın. Arada bir müğənni ilə virtual görüşlər olsun. Bax bu olardı fan club saytı. Yenədə şükürki varımızdı ( Allahın şükürlü bəndəsiyəma ). Yoxsa biz indi day.azda, trend.azda, xazar.namedə, show.azda Röya haqqında daha çox xəbər oxuyuruq nəyinki burada. Hələ buna yenədə min şükür. Sizə indi kimdən deyim, Aygün Kazımovadan. Heç Röyanın fan club saytı ola Aygünün olmaya? O da əl - ayağa düşdü, var - gəl etdi  nəhayər onunda bir funclub saytı oldu. Fikirləşdiki neyniyim necə eliyim , gəli buna da bir təqdimat mərasimi keçirtdi. Özüdə TV.də utanmadan dediki " Azərbaycanda llk dəfədir belə bir şey olur. Fanatlar müğənniyə fan club saytı açırlar. O da ilk mənim saytım oldu." Danışıq mətni tam belə olmasada buna oxşar bir şeydi. Yəni qısaca ağ yalan. Yaxşıki deyirəm gözümüzün qabağında bu biri Röyanın saytı açıq idi, zorla gözümüzə soxa bilmədiki birinci onun saytı açılıb. Sayt açılmağına açıldı amma heç açılmasa bundan yaxşı idi. Sayta girib bismillah eləməmiş adamın gözü qarşısına "Burada sizin reklam ola bilər" yazılı bannerlər çıxır. Hələ saytın özünün reklama ehtiyyacı var bunlar indidən qazanc güdür. Mən bus  saytda Aygün haqqında məlumatdan daha çox reklam yeri satışına aid elanlar gördüm. Deyəsən məqsədləri fan club saytı düz qoş eləmək yox reklam pulu yeməkdir axı. Yenədə buna baxmış Röyanın fanatlarının saytına şükür. Heç olmasa məlumatdan filandan tapmaq olur. Sayta "Təmirdədir" yazsalar daha faydalı məlumat tapmaq olardı. Görək özünü Şou biznesimizin divası adlandıran müğənninin fan club saytının axır aqibəti necə olacaq. Bu hələ son deyil. Bir də İradə İbrahimovnanın fan club saytı var imiş - http://iradaibrahimova.net . Ancaq bu bura deyəsən fanatların yox müğənninin şəxsi təşəbbüsü ilə qurulub. Sayta daxil olanda backsound səsləri bunu deməyə əsas verir. Düzü bu sayt haqqında çox söz deməyəcəm - deyə bilməyəcəm. Çünki heç nə yoxdur. Deyəsən bu müğənnilər saytın adının onlarla bağlı olduğunu görəndə fan club saytları olduğunu hesab edirlər.
Bu internetdə də hər şey dəb oldu bir tək internet reklamçılıq sənayemizin inkişafından başqa...


Subscribe      Qaynaq - Oxatan.

Tags: röya roya aygün aygun irade iradə fan club site

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Aznetin “püfff” nöqtələri.
  • Porno saytları mediaya artıq tez-tez çıxmağa ba ...
  • Yahoo`dan yeni xəbər
  • Uğurlu satış
  • Bloglarımız... ( B loxlarımız? )
  • #1 yazdı: sESo




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Senin aglin bu qeder iwleyirde
    sitat gətir    

    #2 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: sESo
    Senin aglin bu qeder iwleyirde


    əvvəla sənin yox sizin.
    sonradakı kimin ağlının nə qədər işlədiyi göz qabağındadır...
    sitat gətir    

    #3 yazdı: rockboy




    Qrup: İstifadəçi
    Qeydiyyat: 15.03.2008
    Her şeyin öz vaxtı var !" am
    sitat gətir    

    #4 yazdı: AzeriFire




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Diqqət yetirsəniz, İradə xanımın fan saytında Fan klubun öz radiosu fəaliyyət göstərir.həftənin 7 günü 24 saat! İnanmırsınız? Mən də inanmırdım! Amma İctimai radionun aparıcısının səsini eşidəndə inandım ki, öz fan klub radioları var, İctimai radio . Camaata yanlış məlumat verilib, əslində radionun adı İradə Fan klub radiosu imiş. Saytdan sitat:
    Fan Club Radio
    Exclusiv olaraq sizler ucun Fan Club radio

    Bizi tək Azərbaycan yox bütün Dunya dinləyir. Həftənin 7 günü 24 Saati dayanmadan yayimlanir. Fan Club radio. Fanatlarin ¹1 Radiosu
    sitat gətir    

    #5 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: AzeriFire
    Diqqət yetirsəniz, İradə xanımın fan saytında Fan klubun öz radiosu fəaliyyət göstərir.həftənin 7 günü 24 saat! İnanmırsınız? Mən də inanmırdım! Amma İctimai radionun aparıcısının səsini eşidəndə inandım ki, öz fan klub radioları var, İctimai radio . Camaata yanlış məlumat verilib, əslində radionun adı İradə Fan klub radiosu imiş.



    Sən demə mən bunu nəzərdən qaçırmışam. Heç yaraşdırmadım İctimai Televiziyaya. İradənin fan klubunun radiosunu öz adına çıxmaqla müəllif hüquqlarını pozublar. Görən İctimai radionun qəzeti və saytı özlərinindirmi....
    sitat gətir    

    #6 yazdı: Valeh Senani




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Diqqət yetirsəniz, İradə xanımın fan saytında Fan klubun öz radiosu fəaliyyət göstərir.həftənin 7 günü 24 saat! İnanmırsınız? Mən də inanmırdım! Amma İctimai radionun aparıcısının səsini eşidəndə inandım ki, öz fan klub radioları var, İctimai radio . Camaata yanlış məlumat verilib, əslində radionun adı İradə Fan klub radiosu imiş. Saytdan sitat:

    Fan Club Radio
    Exclusiv olaraq sizler ucun Fan Club radio

    Bizi tək Azərbaycan yox bütün Dunya dinləyir. Həftənin 7 günü 24 Saati dayanmadan yayimlanir. Fan Club radio. Fanatlarin ¹1 Radiosu

    Ay agilli hemin vaxt Irade Ictimai radionun qonaqi idi ona gore hemde informasiya hemde yayim desteyi fan club radio idi!! mence bu qeder kifayyet eder!! Sen bundan sonra qulaq as axirina!!!
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: