Oxatan.com > bAzNet > TurboDbAdmin: AJAX dəstəkli, MySQL idarəçisi.

TurboDbAdmin: AJAX dəstəkli, MySQL idarəçisi.


Fevral 18. Разместил: Shaig M
Bildiyimiz kimi günümüz internet aləmini məlumatlar bazası olmadan təsəvvür etmək olmaz. Bu baza sistemlərindən ən çox yayılmışı, Aznetdə də ən çox istifadə olunan MySQL sistemidir. Sistemi idarə etmək üçün müxtəlif platformalardan istifadə edilir. Bunlardan biri də TurboDbAdmin sistemidir. Ən yüksək keyfiyyəti, Ajax ilə dəstəklənməsidir. Yaxın zamanda MySQL ilə birgə PostgreSQL dəstəyidə veriləcəyi vurğulanır.
TurboDbAdmin ilə qısa şəkildə desək, aşağıdakı əməliyyatları həyata keçirmək olar.
1. Məlumatlara baxa bilərsiniz.
2. Məlumatları səhmanlaya bilərsiniz.
3. Məlumat bazasını, cədvəlləri import və ya export edə bilərsini.
4. SQL əmrləri yaza bilər və işlədə bilərsiniz.
5. Sorğu nəticələrini dərhal görə bilərsiniz.

Bu məhsulu tes etmək üçün demo səhifəsinə baxa bilərsiniz. Yükləmək üçün isə buraya klikləyə bilərsiniz.