Oxatan.com » bAzNet » Yahoo`dan yeni xəbər

Fevral 16

bAzNet : Yahoo`dan yeni xəbər

Ustune dinqildat.

Bizim ölkədi internet sahəsinə nə qədər fikir verilir deyilsədə buna inanmaq üçün gərək ölkə hüdudlarından kənarda yaşayasanki görmüyüb inanasan. Elə buna görə də internet bazarından olan xəbərlərimiz əksərən xarici xəbərlər olur. Son yenilik olaraq ancaq Turizm portalı fəaliyyətə başlayıb deyə bilərdimki, bunu da yəqinki dünən axşam ANS TV də baxmış olarsız yəqin. Mənim əlavə edəcəyim isə odurki sayt düz əməlli tam bitməmiş təqdim ediblər yəqinki. Çox var gəl etmədən sayta bir iki bölməyə kliklədim. Xəritələr bölməsinə daxil olanda isə bir şey tapa bilmədim. Bu boyda dövlət nəzarətində yaranan sayta bir xəritə düz qoş edə bilməyiblər niyə? Yenə də fərdi saytlar - bu işdə onda kataloq.neti alqışlamaq lazım olur sadəcə. Bakının xəritəsini yerləşdiriliblər. Həmdə kifayət qədər ətraflı. Bəs belə yarımçıq edəcəkdilərsə nəyə görə işə başlayıblar, qrand üçün ya niyə... Bizdə bu qeyri inkişaf getdiyi vaxtda dünya internet bazarında yeni bir satılma xəbəri yayılıb. Ətraflı oxuyun:

Fevral ayı internet bazarında sensassiyalı xəbərlə başlamışdı. Microsoft' Yahooya 44.6 milyarsatın alma təklifi etmişdi. Cavab olaraq isə Yahoo təklifi rədd etmişdi. Hətta təklifə cavabını verməzdən əvvəl özü satınalma gerçəkləşdirmişdi. İndi isə sanki meydan oxuyarcasına başqa bir satınalma xəbərini daha eşitdik Yahoo`dan. Bu dəfə gündəmə online video servisi Maven Networks'ü 160 milyon dollara satın alaraq gəldi. Bunu etməkdə məqsədləri son iki ildə içində olduğu maliyyə krizisinə qalib gəlməkdir. Eyni zamanda Yahoo beləcə öz imicini bir qədər yüksəltdi. Satın alınan şirkət CBS Sports, Gannett, News Corp ve Sony Pictures kimi sıra şirkətlərə video çarxlarını yayımlama hizməti verir. Artıq sürətlə internetdən video izləmələrinin sayının artıdığı nəzərə alındığında buna sərfəli sərmayə qoyuluşudur şərhini verməkdə olar. Araşdırmalara görə online videolar üçün xərclənən reklam xərclərini hər il 3 qat artır. Bu rəqəmin 2011-ci ildə 4.3 milyar dollara yüksələcəyi hesab edilir.

Bizim bazarında belə yüksək inkişf edəcəyi ümidilə....


Subscribe      Qaynaq - Oxatan.

Tags: yahoo google microsoft milyard milyon kataloq tourism

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Yahoo, Microsoft'un təklifinə rəsmi cavabı verəc& ...
  • Shine.Yahoo.com
  • Yahoo, Microsoft-dan başqa hamını heyrətləndirib
  • İnternet və Video
  • Yahoo irəliləyir
  • #1 yazdı: vetendas




    Qrup: Qonaq
    Qeydiyyat: --
    bizimkiler, helde yeni dunyaya ayaq uydurammirlar. basa dusmurlerki biz artiq piktoqrafiyaya geri qayidiriq. Indi camaat oxumaqdan cox resimli sheylere, videolara maraq gorsetir hem vaxta gore hemde can sixiciliga gore. Cunki min defe esitmekdense 1 defe gormek sohbeti...
    sitat gətir    

    #2 yazdı: oxatan




    Qrup: Admin
    Qeydiyyat: 2.02.2008
    Sitat: vetendas
    Cunki min defe esitmekdense 1 defe gormek sohbeti...

    Bəlkə də haqlısınız, ammakı bizim indi aznetdə olan internetin sürəti ilə çətin ki, videolara baxmaq imkanı yarana.
    sitat gətir    

    #3 yazdı: vetendas




    Qrup: Qonaq
    Qeydiyyat: --
    oxatan,
    Mence o sayt xariciler uchun target olunub, yagin xaricden bakiya gelenin suretli interneti varda :)
    sitat gətir    

    #4 yazdı: Ant0ha1




    Qrup: İstifadəçi
    Qeydiyyat: 8.08.2008
    Отлично Автору зачет
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: