Oxatan.com > bAzNet > Yahoo`dan yeni xəbər

Yahoo`dan yeni xəbər


Fevral 16. Разместил: Shaig M
Bizim ölkədi internet sahəsinə nə qədər fikir verilir deyilsədə buna inanmaq üçün gərək ölkə hüdudlarından kənarda yaşayasanki görmüyüb inanasan. Elə buna görə də internet bazarından olan xəbərlərimiz əksərən xarici xəbərlər olur. Son yenilik olaraq ancaq Turizm portalı fəaliyyətə başlayıb deyə bilərdimki, bunu da yəqinki dünən axşam ANS TV də baxmış olarsız yəqin. Mənim əlavə edəcəyim isə odurki sayt düz əməlli tam bitməmiş təqdim ediblər yəqinki. Çox var gəl etmədən sayta bir iki bölməyə kliklədim. Xəritələr bölməsinə daxil olanda isə bir şey tapa bilmədim. Bu boyda dövlət nəzarətində yaranan sayta bir xəritə düz qoş edə bilməyiblər niyə? Yenə də fərdi saytlar - bu işdə onda kataloq.neti alqışlamaq lazım olur sadəcə. Bakının xəritəsini yerləşdiriliblər. Həmdə kifayət qədər ətraflı. Bəs belə yarımçıq edəcəkdilərsə nəyə görə işə başlayıblar, qrand üçün ya niyə... Bizdə bu qeyri inkişaf getdiyi vaxtda dünya internet bazarında yeni bir satılma xəbəri yayılıb. Ətraflı oxuyun:

Fevral ayı internet bazarında sensassiyalı xəbərlə başlamışdı. Microsoft' Yahooya 44.6 milyarsatın alma təklifi etmişdi. Cavab olaraq isə Yahoo təklifi rədd etmişdi. Hətta təklifə cavabını verməzdən əvvəl özü satınalma gerçəkləşdirmişdi. İndi isə sanki meydan oxuyarcasına başqa bir satınalma xəbərini daha eşitdik Yahoo`dan. Bu dəfə gündəmə online video servisi Maven Networks'ü 160 milyon dollara satın alaraq gəldi. Bunu etməkdə məqsədləri son iki ildə içində olduğu maliyyə krizisinə qalib gəlməkdir. Eyni zamanda Yahoo beləcə öz imicini bir qədər yüksəltdi. Satın alınan şirkət CBS Sports, Gannett, News Corp ve Sony Pictures kimi sıra şirkətlərə video çarxlarını yayımlama hizməti verir. Artıq sürətlə internetdən video izləmələrinin sayının artıdığı nəzərə alındığında buna sərfəli sərmayə qoyuluşudur şərhini verməkdə olar. Araşdırmalara görə online videolar üçün xərclənən reklam xərclərini hər il 3 qat artır. Bu rəqəmin 2011-ci ildə 4.3 milyar dollara yüksələcəyi hesab edilir.

Bizim bazarında belə yüksək inkişf edəcəyi ümidilə....