Oxatan.com > bAzNet > İnternet təhlükəsizliyi üçün ən böyük təhlükə Çin'dən

İnternet təhlükəsizliyi üçün ən böyük təhlükə Çin'dən


Fevral 16. Разместил: Shaig M
Google'dan Niels Provos'un raportuna görə internetdə gəzişmək, axtarış sistemlərindən istifadə artıq gedərək təhlükəli bir iş halına gəlir. Uzun vaxt bu barədə araşdırmalar aparılımışdır. Bütün zəhmətlərin nəticəsi olaraq, il yarım davam edən araşdırmadan sonra 180 min internet saytındakı 3 milyon URL`un ziyarətçilərinə zərər verici yükləmələr etdiyi aydınlaşıb.Bu isə çox böyük göstəricidir. Gündə minlərlə kompyuterin bu zərərvericilərə yoluxması deməkdir. Bu tipli saytların isə böyük əksəriyyətini Çin saytları olduğu bildirirlir. Bundan sonra axtarış sistemində Çinə məxsus saytla qarşılaşanda daxil olmazdan əvvəl iki dəfə fikirləşmək lazım gələcək. Mövzu ilə əlaqəli ətraflı olaraq buradakı xəbərdə, raportda, və google blogunda tanış ola bilərsiniz.