Fevral 16
bAzNet : İnternet təhlükəsizliyi üçün ən böyük təhlükə Çin'dən
Google'dan Niels Provos'un raportuna görə
internetdə gəzişmək, axtarış sistemlərindən istifadə artıq gedərək
təhlükəli bir iş halına gəlir. Uzun vaxt bu barədə araşdırmalar
aparılımışdır. Bütün zəhmətlərin nəticəsi olaraq, il yarım davam edən
araşdırmadan sonra 180 min internet saytındakı 3 milyon URL`un
ziyarətçilərinə zərər verici yükləmələr etdiyi aydınlaşıb.Bu isə çox
böyük göstəricidir. Gündə minlərlə kompyuterin bu zərərvericilərə
yoluxması deməkdir. Bu tipli saytların isə böyük əksəriyyətini Çin
saytları olduğu bildirirlir. Bundan sonra axtarış sistemində Çinə
məxsus saytla qarşılaşanda daxil olmazdan əvvəl iki dəfə fikirləşmək
lazım gələcək. Mövzu ilə əlaqəli ətraflı olaraq buradakı xəbərdə,
raportda, və
google blogunda tanış ola bilərsiniz.
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.



