Oxatan.com > bAzNet > Statistika sistemlərimiz

Statistika sistemlərimiz


Fevral 14. Разместил: Shaig M
İndi istənilən sayt açan şəxs öz saytını dərhal bu statistika sistemlərinə üzv edir. Həm bu saytın tanınmasını bir qədər asanlaşdırır. Həm saytının digərləri ilə necə rəqabətini aydın görmək olur. Bu yolla asan olaraq sayta keçidləri, hansı səhifələrin çox istifadəsini və s. bilmək olur.  Aznetdə ən çox istifadə olunan isə papulyar rus aytı olan Mail.ru`nun statistika ölçənidir. Demək olarki ən ideal ölçənlərdəndə biridir. Bir çox xüsusiyyət ilə çox əlverişli imkanlar təqdim edir. Belə sistemlər Bizim internet dünyamızda da var. Bunlar haqqında fikirlərim, və müşahidələrim:

İlk olaraq ilk10.az dan başlayım. Son 2 -3 gündür pis işləyən sistemdə arada bu cür axsaqlıqlar olur. Bu sistem Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən geniş bazaya malik, ən çox saytın istifadə etdiyi sistemdir. Sistem yeni texnalogiyalarla təchiz edilmək məqsədi ilə uzun müddətdirki qeyri kafi işləyir. Hələdə saytın girişində " ilk10 sistemi yenilənməkdədir, sistemin bir sıra xidmətləri fəal deyil.
Narahatçılığa görə üzr istəyirik!" yazısı var. Bu çox mənfi haldır. Azərbaycanın demək olarki bir nömrəli statistika sisteminin bu qədər uzun vaxtda təmirdə olması və tez tez işləməsində problemlərin baş verməsi arzuolunmazdır. Son iki gündə bir müddət serveri işləmədi sonra isə SQL bazasında problemlərin olması ilə əlaqədar yaxşı saymadı ziyarətçiləri. Bu kimi server problemləri zamanı səhifəyə yerləşdirilən şəkil kodlar açılmır. Bundan ən çox wap saytları ziyan çəkir. Çünki səhifədə olan şəkillər tam açılmamış telefonlar saytı açmırlar. Bu zaman wap saytın ziyarətçiləri açılmasını gözləmək üçün uzun müddət gözləməli olurlar üstəlik kontur da daha çox işlənir. Bu kimi problemlər olmasa ilk10 Aznetdə ən yaxşı statistika sistemidir demək olar. Hesabınıza daxil olduqda sayta olan keçidlərdən tutmuş, saytı hansı səyyahların köməyi ilə ziyarət etdiklərinə qədər hər bir şey mövcuddur. Həmdə deyərdimki Aznetdə ən yeksək reytinqli saytlar bu sistemdən istifadə edir. Saytın 3 dil seçimində olması da ayrıca xoşa gələndir. Bu sistem uzun müddət alternativsiz fəaliyyət göstərsədə son - səhv etmirəmsə 1 ildə artıq rəqibi ilə fəaliyyətdədir. Rəqibi deyəndə çoxlu saytın üzv olmasını nəzərdə tuturam.

Bu iNet.az dır. Bu sayt rusdilli Aznet kateqoriyasında olan saytlarımızdandır. Kifayət qədərdə çox üzvü var. Bir çox xidməti olmasına baxmayaraq müşahidələrimdə heçdə yüksək səviyyəli, mükəmməl işlədiklərini deyə bilməyəcəm. Ancaq əsas diqqətimi çəkən başqa məqamdır bu sayt haqqında. Əgər ilk10 -a yüksək reytinqli saytlar üzv olursa bu sistemə əksər hallarda koorparativ saytlar üzv olurlar. Müxtəli müəsissələr, jurnallar öz saytlarını bu sistemə üzv edirlər. Bilmirəm buna səbəb nədir. Burada kifayət qədər yüksək reytinqə sahib saytlar olmadığından onlar öz saytlarının rahatca yüksək yerlərdə durub keçid alacaqlarınamı ümid edirlər və ya iNet-i Day.az-ın dəstəklədiyini görübmü belə edirlər bilmirəm. Ancaq cavabını öyənmək istərdim. Məlumatlar bazasındakı saytlar isə ilk10-a catmasada artıq öz yerini tutmuş sistemdir və əksər saytlar burayada üzv olurlar artıq.

Bakililar.az sayıtda son bir neçə ayda öz köhnə statistika sistemini iNet.az-a bənzərlə əvəzlədi. Bu sistem haqqında yuxarıdakına dediklərimi demək olar. Papulyarlığı isə yüksək səviyyədə deyil. Orta səviyyəli.

A-z.az saytınında statistika sistemi fəaliyyət göstərir. Çox yalın bir sistemdir. Sadəcə hostları və hitləri sayır. Əlavə heç bir xidməti yoxdur.

Digəri isə Azerinter.net-dir. Gözümə elə bir qeyri adiliyi ilə dəyməyibdir. iNet.az statistikası ilə oxşar xüsusiyyətləri var. Ancaq burada nə çox yüksək reytinqli nə də koorporativ saytlar üstünlük təşkil etmir. Uğurlar diləyə biləcəyim bir sistemdir.

Növbəti isə Top.sumqayit.info saytıdır. A-z.az statistika sistemi ilə eyni xüsusiyyətlərə malikdir. Ondan çox-çox əvvəl fəaliyyətə başlasada çox az tanınmışdır. Saytın özü də statistika sistemidə baxımsızdır. Yeniliklərini gözləməkdən başqa bir şey deyə bilmərəm.

Tanıdığım sonuncu sistem isə www.azerbaijanian.com saytıdır. O qədərdə çox fünksiyaya malik olmayan sayta ən böyük iradım isə qara fon üzərində saytın qurulmasıdır. Səhifəyə baxanda gözü yorur. Həmdə sayt hitləri və hostları göstərmədiyinə görə seçmədiklərimdəndir.

Tanıdıqlarım bunlar idi. Əgər əlavələrdə varsa, bilirsinizsə şərhlərdə qeyd edin.