Oxatan.com » CızmaQara » 14 fevral sevgililər günü

Fevral 14

CızmaQara : 14 fevral sevgililər günü

Ustune dinqildat.

Bu gün ilin ilk sevgililər gününü yaşayırıq. Hə, heç bir xalqda olmayan iki sevgililər günündən birini. Hər nə qədər bu gün milli olmasada hər kəs öz sevgilisinə hədiyyə alır. Hünəri də nədir almasın. Yoxsa barışmaq üçün ondan çox xərci çıxacaq. Qabaqdan axı 8 martda gəlir. Gərək özünü bağışlatmaq üçün həmin günü olduqca bahalı hədiyyə ala. Üstəlik barışmaq üçün edəcəyi jestlərdə pul tələb edir. Böyüklərimizin həmişə "zəmanə korlanıb" demələri acığıma gəlirdi. Kim belə deyirsə onunla mübahisə edirdimki əvvəldəndə belə olmuşuqda. Elə dastanlarımızda filan hamsında yazılıbdı. Həmişədə inanmırdımki indiki gənclər arasında belə fikirli başqasıda olsun. Bu gün gördümki sən demə varmış. Gün səhər qəzetinin yazarlarından biri olan Şəbnəm Bəkirzadə`nin yazısını oxuyanda elə bilki çoxdandır demək istədiklərimi o yazırdı. Tamamilə üst - üstə düşür yazıdakı fikirlərlə mənim fikirlərim. Ona görədə özüm birdə bu mövzu haqqında yazmaq istəmədim. Ətraflı oxuyaraq sizdə bu yazı ilə tanış ola bilərsiniz. Elə müəllif demişkən 14 fevral bayramınız mübarək, ey sev(iş)ənlər!



(milli sevgi nümunəsi)

Təxminən əlli yaşlarında bir tanışım var. Həyat yoldaşı xərçəng xəstəliyinə tutulub. İndi kişi özünü vurub sığorta idarələrinə. İstəyir arvadını sığortalasın və arvad öləndən sonra ona bundan bir xeyir gəlsin. Amma sığorta idarələri ölüm yatağında olan qadını sığortalamaq istəmirlər. Sevgi üzərində qurulmuş ailənin yekunu sığorta davası və xərçənglə bitmək üzrədir. Bəlkə də sabah - yəni Sevgililər günündə bu ailə artıq mövcud olmayacaq...

İkinci kursun sonları idi. Əlimdə böyük bir vərəqə toplusu düşmüşdüm universitetimizin canına. Nə var, nə var, təzə Sevgililər günü yaradacağıq. Yalan olmasın, bir neçə yüz tələbənin imzasını da almışdım. 18 yaşını yaşayan bir gənc qız üçün yeni Sevgililər günü, həm də milli Sevgililər günü ideyası olduqca cazibədar idi. Əvəz bəy məndən inciməsin, amma indiki ağlım olsaydı, o kampaniyaya qoşulmazdım. Neyləyim ki, o zamanlar hansısa xüsusi günlərin hisslərə təsir edəcəyinə inanır və bədii ədəbiyyatda təsvir olunan eşq səhnələrinin real olduğunu düşünürdüm. Bütün bu gəncliyin emosionallığı məni imzatoplama kampaniyasında özümü səfərbər etməyimlə və bu da yeni bir sevgi bayramının yaranması ilə nəticələndi.

İndi dünyada bəlkə də yeganə xalqıq ki, bizim iki Sevgililər günümüz var. Biri xarici, biri də milli olan bu bayramlar az qala dövlət səviyyəsində, bütün KİV-in təşviqat və təbliğatı ilə keçirilir. Amma çifayda. Hələ də sevməyi öyrənə bilməmişik.

Sevgi əslində bəsit və çox aydın bir hissdir. Nizamidən, Füzulidən bu yana bizlərə mürəkkəb, anlaşılmaz olan bir duyğu kimi qələmə verilən sevgi və ya sevmək bacarığı elə mücərrədləşdirilib ki, indi sevmək kimi bir instinktimiz yoxdur. Azərbaycanda sevməkdən daha çox sevişmək barədə düşünür və onu realizə etməyə çalışırlar. İndi düşünməyək ki, zəmanə korlanıb, filan. Bir-iki əsr öncənin milli musiqi sözlərində və ya bayatılarda sevgi deyəndə anlamamışcasına ağlayıb sızlayırlarsa, sevişmək bölümünə gələndə çox rahat-rahat duyğularını izhar edirlər. Tutalım ki, sevgisindən danışanda “Ruhum bədəndən oynar, yadıma sən düşəndə” deyərək, mücərrəd bir cümlə və ya qafiyə düşünən Azərbaycan ifaçısı, sevişmə səhnələrini daha aydın və bəsit yaradır. “Qoynunda var bir cüt bar, biri heyva, biri nar...”, “Yardan bir busə dərdim, nə bağ bildi, nə də bağban...”, “Sinə meydan, zülf pərişan, bel nazik...” və s. bu kimi mahnı və şeirlərdə erotika duyğunun özündən daha qabarıq şəkildə mövcuddur. Amma bu da hələ sübut deyil. Mənim elektron poçtuma yazan bəzi oxucular “Bu dastanı hələ oxuyub qurtarmamısan?” kimi kinayəli suallar versə də, mən yenə də “Kitabi-Dədə Qorqud” dastanından misal gətirəcəm. Dastanın ən təsirli sevgi hissəsində iki növcavan əhd bağlamaq üçün “üç öpüb, bir dişlədi”. Yəni sözlər, hisslər, hər hansı digər platonik inanclar iki insanın sevgisinə sahib çıxa bilməsi üçün kifayət etmir, amma üç öpüş və bir dişləmə (!!!) daha əhəmiyyətli faktor kimi əhdin bağlanmasına kömək edir.

Ən qədim dastanımızın yazıldığı gündən bu yana bizdə "sevişmək" kəlməsini sevgi anlayışı əvəzləyib. Hər gün döyüb gözünün altını qaraltdığı, iki gündən bir atası evinə yolladığı arvadını kişinin sidq ürəklə sevməsinə şəxsən mən inanmıram. Amma bu tipli ailələrdə adətən 3-4 və daha çox uşaq olur. Uşaq isə sevginin deyil, sevişmənin məhsuludur


Subscribe      Qaynaq - Oxatan.

Tags: 14 fevral february Valentine day sevgililər günü

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Netty2008`in press relizi
  • Nəyimiz var?...
  • Arvadını internetdə satan kişi
  • Bir azda yazaq...
  • Netty 2008 başladı ( müsabiqə təşkilatç& ...
  • #1 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.02.2008
    Vallah mən çoxdandır bu ideyalar barədə fikirləşirəm, amma danışmağa qorxuram. Çünki desəm ki belə deyil elədi, deyəcəklər ana bacı var o nə söhbətdi eləyirsən.=))

    Amma çox düzgün vurğulamısan. Bizdə sevgini sevişmək kimi başa düşürlər, çox heyflər olsun ki, onun üçün milyon yola əl atırlar.
    Faktlarnan da yaxşı göstərmisiniz, bizdə bu cür hərəkətlərin həqiqətən bir tarixi kökü var.
    sitat gətir    

    #2 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Gurbanov
    Bizdə sevgini sevişmək kimi başa düşürlər,


    bunu hər nə qədər hamıya aid etmək olmasada belədir.

    Həmdə mentalitet, tərbiyə, qadağalar, nə bilim daha bu kimi şeylər qarışaraq ortaya kəskin fəsadlar verir. Ən çoxda qadağalar və bunlara yaranmış maraqdan irəli gəlir.
    sitat gətir    

    #3 yazdı: az-ya




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Kişilər üçün qadın sevdiyi adam deyil, namus qeyrətə çevirilir. Və namusdan başqa bir şey ifadə etmir. Deyək ki,papağı kimi bir əşya..
    Vaxtilə sevərək evlənmədiyi üçün.
    sitat gətir    

    #4 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: az-ya
    Deyək ki,papağı kimi bir əşya..
    Vaxtilə sevərək evlənmədiyi üçün.


    tamamilə razılaşmaq olar bu ifadə ilə. təəssüfki əksəriyyətdə belə olur.
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: