Fevral 13
bAzNet : Gözə dəyənlər...
İnterneti bir az gəzəndə yenə bir neçə yeni saytın olduğunu gördüm. Yenə
klassik ənənəyə sahib olan ənənəvi saytlarda çıxdı qarşıma. Hətta zövqsüz və
ancaq HTML dən ibarət, heç bir style`i olmayan jurnal saytı ilə də rastlaşdım. Belə
nümunələrin onsuzda çoxluğunu nəzər alıb bir az fərqli formatda olan saytlar
barədə məlumat vermək istədim. Bu dəfə seçdiyim saytlar iqtisadi yönümlü saytlardır. Bu sahənin Azərbaycanın internet məkanında heç inkişaf etmədiyi deyilməsədə açıq aydın üzdə olan gerçəklikdi. Bizdə nə webmoney nə də paypal kimi şərti ineternet pul vahidləri yoxdur. Uzun müddətdə belə yenilik gözləməyənlərdənəm düzü. Onsuzda bizdə eBay kimi bir saytın yaranmasını ümid etmək sadəlövhlük olardı. Ancaq internet üzərindən alış - veriş etməkdə hamımızın ürəyindən keçir. Eşitdiyimə görə Azərbaycanda yaxın vaxtlarda bunun lisenziyasını alan bank olub. Görək gələcəkdə nələr olacaq. İndi isə yazının əvvəlində dediyim saytlar:
İlk sayt NUR D dizayn studiyasının məhsuludur ( bu studiyanın işlərini bəyəndiyimdən adını da qeyd etmək istədim). Sayt MYBRAND'S klubunun saytıdır. Burada qeydiyyatdan keçməklə kluba üzv olan markaların yeni xəbərlərini e-mail vasitəsilə əldə edə bilərsiniz. Sizin sevdiyin markanın yeni kolleksiyalarından xəbər tuta bilərsiniz. Yəqin alış-veriş imkanı olsa idi daha maraqlı olardı. O da Aznet yekə oğlan olana qalsın eybi yoxdu.
Digər sayt isə müxtəlif elektron alətlər satan bir saytdır. Adresi belədir
Techazonline.com . Saytda online almaq üçün bir keçid görsənmir. Bir növ qiymətlər kataloqudur. Daha ətraflı..
Növbəti sayt geyimlərlə əlaqəli bir saytdır - Geyim.com. sGirişdə verilən məlumata görə:
Burada da yaln;z kataloq xarakterlidir.
Bu dəfəlik son sayt isə əmlak saytıdır - Evin.az. Sayt dizayn olaraq zəifdir. Bir qədər sıxıcı olsada buradan Yerli və Xarici əmlak almaq istəyənlər yararlana bilər. Əlbəttə saytın öz dediyinə görə.
Bütün bu saytların yenilənmə intervalından heç bir xəbərim yoxdur. Ola bilsinki həmişə bu gün gördüklərimlə də qarşılaşam.
Qaynaq - Oxatan.




