Fevral 10
OXay : Tarkan demişkən “Yakalarsam..Maç-maç” (Eurovision)
Düzü Oxatan`da bu barədə yazmağı düşünmürdüm. Amma mətbuatda bu barədə çox yazılmasından sonra dedim ki, məndə bir iki kəlmə bəlkə yazım.
Hə.. Hamımızı təbrik edirəm əvvəla. Axır ki, adını necə tələffüz edəcəyimizi bilmədiyimiz, Eurovision`da bizdə varıq. Bəzilərimiz “Avrovizya”, bəzilərimiz “Avrovijın”, bəzilərimiz “Yerovijın”, bəzilərimiz isə “Yevrovidenia” deyirik. Amma yəqin ki, əsas odur ki, hamımız bir-birimizi başa düşürük. Mən seçim turunu və seçim gecəsini təhlil etməyəcəm. Düşünürəm ki, azərbaycanlılar artıq bunu ediblər. Onlarla razıyammı, deyiləmmi bu başqa məsələ. Deyilənə görə, səhnə yaxşı səhnə olub. Amma onu demədən bu mövzudan ötə bilməyəcəm: Milli seçim turunun final gecəsini Sertap Erener yola verməyə gəlmişdi.
Onu deyim ki, qabaqcadan hər nəticəyə hazır olmaq lazımdır, hamı qələbəyə inansa da futbol`da hər dəfə yaşadığımız ruh düşkünlüyünə düçar olmamaq üçün biraz təmkinli olmaq lazımdır. Çünki digər ölkələr bu işə bir il qabaqcadan hazırlaşdığı halda biz alabaşına-külbaşına hələ təzəcə girişmişik.
Amma Elnurun bu qədər əziyyəti niyə çəkdiyini yandakı şəklə baxanda aydın başa düşürsən. Yəqin uşağın bütün yorğunluğu çıxıb . İndi hələ yerli final belədir, gör qələbə qazansa biz Elnuru kimlərə öpdürəciyik. Odur ki, bu işə o ikiqat ciddi yanaşmalıdır.
Amma bilmirəm mənim sözümlə kimlər razılaşacaq kimlər yox, mümkünsə Elnur qələbə çalmadan qayıtsa “yıxılana bir təpik də mən vurum” el ənənəsinə uyğun olaraq – “əşşi mən demişdim də... bu uşağın bir köpüylük oxumağı yoxdu... ora filankəs getməliydi...” deməyək.
Hərhalda mediada da, məişətdə də öz təmsilcimizin müdafiə etməliyik.
TV-də və ya orda baxa bilmədinizsə onda konsertin "pik nöqtəsini" 1 fotoda əks etdirməyə çalışacam.. (Ekrana çox əyilməyin ətrafdakılar şübhəyə düşməsin )

Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.