Oxatan.com > bAzNet > Aznetdə yeniliklərdən...
Aznetdə yeniliklərdən...Fevral 09. Ðàçìåñòèë: Shaig M |
|
Fikirləşdimki Aznetdə olan yeniliklərdən qarşıma çıxdıqca yazam. Ancaq bu yeniliklər heçdə hərə bir əyləncə saytı yada blog açanda olmayacaq. Əlbəttə onlardanda yazacam yeri gələndə. Təbii ki buna layiq olanları. Qeyri adi tərzi ilə seçilən xidmətlər, ilklər və ya heç yerdə olmayanlar. Özünə məxsus kreativ dizaynı, gözəl proqramlaşdırılması vəya yenilik gətirməsi ilə fərqlənən saytları. Yəqinki bunlarda mənim subyektiv fikirlərim olacaq. Bəyənməsəz şərhdə bildirərsiz. Elə bəyənsəzdə. Yada sizin daha yaxşı müşahidələriniz varsa buyurub sizdə yazın mən oxuyum. İlk olaraq isə inbox.az dan xəbər verim.
İlk10.az ın blogunda oxudumki bəs inboxdan yenilik. Buyurun sizdə oxuyun “Xoş xəbərlər müjdəçisi” devizi ilə yola çıxan inbox.az bütünlüklə Azərbaycan dilində fəaliyyət göstərir Fəaliyyətə başladığı gündən bir çox azərbaycanlı internet istifadəçisinin vazkeçilməz e-mail provayderi olan www.inbox.az öz sahəsini 1 GB-a yüksəltmişdir. inbox.az -ın ən əhəmiyyətli cəhətlərindən biri onun spam probleminə qarşı köklü həll tapmasıdır. Belə ki, spam hal-hazırda internetin ən ciddi və qlobal problemlərindən biri sayılır. inbox.az e-mail xidməti tərəfindən bu problemin böyük ölçüdə təminat altına alınması IT ekspertləri arasında təqdirlə qarşılanmışdır. Qeyd etmək lazımdır ki, “xoş xəbərlər müjdəçisi” devizi ilə yola çıxan inbox.az bütünlüklə Azərbaycan dilində fəaliyyət göstərir. |